İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                 

Yadigar Sadıqlının Müsavat başqanlığına namizədliyi aranı qatdı
Tarix: 3-08-2019, 08:42 | Çap et
Yadigar Sadıqlının Müsavat başqanlığına namizədliyi aranı qatdı
Müsavat Partiyası mühacirlərə saxta arayışlar verdiyi barədə iddiaların ardından indi də daxilindən çalxalanır. Partiyanın qurultayı yaxınlaşdıqca gərginlik artır. Divan üzvü Yadigar Sadıqlının başqanlığa namizəd olacağını bəyan etdikdən sonra partiya daxilində qarşıdurmalar yaşanır.

Narazılıq o həddə çatıb ki, Müsavat Divanı son iclasında Y.Sadıqlı başda olmaqla Yafəz Həsənov, Könül Şamilqızı və Nemət Kərimliyə xəbərdarlıq edib.

Bununla bağlı başqanlığa namizəd status paylaşaraq qərara bu cür mövqe sərgiləyib: “Müsavat Partiyasının növbədənkənar Divanı keçirilib. Lənkəranda olduğum üçün iştirak edə bilmədiyim iclasda partiya Nizamnaməsinə zidd qərar qəbul edilib.

Müsavat Partiyasının Nizamnaməsindən:

1.8. Partiya üzvünün aşağıdakı hüquqları vardır: - partiya seçkili orqanlarına namizəd göstərmək, seçmək və seçilmək; - partiyanın siyasəti və əməli fəaliyyəti məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək; - hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etmək; - bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək; - mənsub olduğu partiya qurumunun bütün tədbirlərində prosesin gedişinə qarışmadan müşahidə etmək və qeydlər aparmaq. Partiya üzvünə partiyadaxili və ictimai müzakirələr zamanı söylədiyi nitqlərə görə intizam tədbiri tətbiq edilə bilməz.

Qəbul edilən qərar:

Divan partiya rəhbərliyini və partiya üzvlərini nüfuzdan salan publik (ictimai) müzakirələrə son qoyulmasını, partiyadaxili müzakirələrin ictimailəşdirilməsinin partiyanın nüfuzuna xələl gətirdiyi və Müsavata qarşı olan qüvvələrin bu açıqlamalardan partiyaya qarşı istifadə etdiyi üçün belə halların yolverilməz olduğunun partiya üzvləri Yafəs Həsənovun, Könül Şamilqızının, Nemət Kərimlinin, Yadigar Sadıqlının diqqətinə çatdırılması barədə qərar qəbul edib.

Bu mənim namizədliyimə qarşı administrativ resursdan istifadədən başqa bir şey deyil. Əslində həmin qərar daha çox məni dəstəkləyəcək, müdafiə edəcək şəxsləri çəkindirməyə hesablanıb. Mən heç zaman Müsavat Partiyasını nüfuzdan salan hərəkətlər etməmişəm. Əksinə, qürur və fəxrlə deyə bilərəm ki, Müsavata ən çox nüfuz qazandıran şəxslərdən biri olmuşam".

Y.Sadıqlının son statuslarından biri də budur: “Seçki rəqabəti zamanı qaçılmaz olan tənqidlərə, iradlara normal reaksiya verib partiyanı müsbət mənada gündəmə gətirmək, burada plüralist mühitin, ədalətli rəqabətin olduğunu göstərmək mümkün idi. Bunun əvəzində müşahidə etdiyimiz isterik reaksiya (bunun 95%-i qapalı qrupdadır, çox şeyi ictimaiyyət bilmir), ağızları yummaq cəhdi ya arqument çatışmazlığından doğur, ya da antidemokratik zehniyyətdən. Ya da hər ikisindən”.

Müsavat başqanının müavini Səxavət Soltanlının yazdığı bu status xüsusilə diqqət çəkir: “Müsavat Divanının son iclasında iştirak edən Divan üzvləri hamılıqla (yekdilliklə) səs verərək bir siyasi qərar verib.

4 nəfərə- əməlləri konkret göstərilməklə bəzi davranışları ilə “partiyaya zərər vurduqlarını”, onların diqqətinə çatdırmağı, “bu kimi davranışları dayandırmağın lazım olduğunu” bildirməsini nizamnaməyə zidd hesab etmək yalnız bilgisizlik (savadsızlıq) deyil. Bununla yanaşı demokratiya, səsvermə mədəniyyətinin hələ də qavranılmamasının göstəricisidir.

Divanın son qərarı hansısa cəza deyil, siyasi uyarıdır. Konkret davranışlara siyasi qiymət verməkdir.

Hansısa əmələ, hadisəyə siyasi qiymət vermək üçün hadisənin baş verməsi kifayətdir.

Azərbaycan Respublikasının qanunlarını da, partiya nizamnaməsini və proqramını kobud şəkildə pozmaqla insanları təhqir etmək, şər-böhtan səsləndirmək, şəxslərin və partiyanın nüfuzuna zərbə vurmaq kimi əməllərə siyasi qiymət vermək nizamnamə pozuntusuymuş.

Bərk bağırmaqla haqlı görsənmək dövrü geridə qalıb. İnsanlar kimin nəyi niyə görə etdiyini, murdar əməllərini duyğu sümrüsü ilə gizlətmək cəhdlərini yaxşı görür.

Müsavat Partiyası Azərbaycan siyasi partiyaları arasında dünyada və xalqımız arasında ən sayğı və rəğbətə sahib olan partiyalardan biri, yeganə gizli səsverməsi və daxili müzakirəsi olan demokratik partiya olması, ən güclü regional strukturlara və beynəlxalq əlaqələrə sahib olması yalnız hakimiyyəti narahat etməlidir.

Hakimiyyət həmin beynəlxalq təşkilatlar və demokratik dövlətlərdə Müsavat Partiyasını gözdən salmaq üçün başlatdığı kampaniyanı kim fürsət hesab edib bizə hücum etmək istəyirsə, heç kim niyyətinə çatmayacağını da bilsin."

Başqan müavininin paylaşdığı daha bir status Müsavat daxilindəki gərginliyin hansı həddə çatdığını açıq göstərir. Həmin statusu təqdim edirik: “Hansısa hərəkətinizi dəstəkləyənlərin arasında murdar adamlar, əvvəllər sizin söydükləriniz, sizi söyənlər çoxluq təşkil edirsə, bir düşünün. Heç olmasa ”Bəlkə səhv edirəm?" deyə özünüzə sual verin. Az sayda normal adamın səmimi aldanaraq sizə dəstək verməsi sizi çaşdırmasın (ürəkləndirməsin).

Hərəkətlərimizin doğruluğuna tam əmin olmaq üçün yüzlərlə vicdanlı adamın, əsas hədəf kimi ləyaqətli həyat yaşamağı seçən, yaxından tanıdıqlarımızın münasibəti ilə tənzimləyək".

Görünən odur ki, Müsavat qurultayı keçirilənə qədər narazılıqlar artan xətlə gedəcək. 2014-cü ildə baş tutan son qurultay ərəfəsində də bu cür hallar yaşanmışdı. Məhz o zaman başqanlığa namizəd olan Tural Abbaslı Ağ Partiya və Qubad İbadoğlu isə ADR hərəkatını yaradaraq, Müsavatdan getmişdilər. İndi də belə halın yaşanacağını ehtimal etmək olar.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısının köməkçisi vəfat etdi
Bu gün, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru