Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                 

“Hələ sülhdən danışmaq tezdir” - Mehman Əliyev
Tarix: 31-01-2024, 06:53 | Çap et
“Hələ sülhdən danışmaq tezdir”
Politoloq və ekspertlərin Azərbaycan-Ermənistan arasında 2023-cü ildə sülh müqaviləsinin bağlana biləcəyi ilə bağlı nikbin proqnozları özünü doğrultmadı. Ötən ilin sonu MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan fasilə zamanı ayaqüstü söhbət ediblər. Lakin sonrasında ciddi irəliləyiş baş verməyib. Bu ilin yanvarın 4-də İrəvan Bakıya Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsi ilə bağlı əlavə təkliflər təqdim etdiyini açıqlayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın həftələrdə təkliflər paketi ilə bağlı Ermənistana cavab veriləcəyini açıqlayıb. Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinə cəlb olunan ölkələr, o cümlədən münaqişə iştirakçılarının özləri sülh müqaviləsinin tezliklə imzalanmasını tələb edirlər. Amma günlər, həftələr ötsə də, sülhə yaxınlaşma müşahidə olunmur. Əksinə, son günlər Ermənistan rəsmilərinin və Baş nazir Nikol Paşinyanın absurd təklifləri sülh sazişinin imzalanmasını mümkünsüz hala gətirir. Bir məqamı qeyd edək ki, Bakı və İrəvan Mətbuat Klublarının birgə təşəbbüsü çərçivəsində "Pressklub"da “Təmas xətti” silsiləsindən verilişlər hazırlanır. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Bakı Mətbuat Klubunun prezidenti Arif Əliyefin aparıcılığı ilə həyata keçirilən layihədə erməni hüquq müdafiəçisi Vardan Arutyunyan və təhlükəsizlik üzrə ekspert Areq Koçinyanla dialoq aparılıb. Hər iki erməni ekspert sülh prosesi ilə bağlı fikirlərini açıqlayıblar. Bir çox məqama toxunan ekspertlər ikitərəfli münasibətlərin tənzimlənməsinin və etimad mühitinin formalaşmasının yaxında olmadığı qənaətindədirlər.
Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatını, ictimaiyyət nümayəndələri arasındakı təmasları "Sherg.az"a dəyərləndirən “Turan” İnformasiya Agentliyinin direktoru, siyasi şərhçi Mehman Əliyev də sülh platformasında Ermənistan tərəfinin səmimi olmadığını düşünür. Baş redaktorun sözlərinə görə, İrəvan hökumətinin və erməni ictimaiyyətinin davranışları onların sülhdən hələ çox uzaq olduqlarını göstərir...

- Mehman müəllim, sülh sazişinin imzalanması ilə bağlı ümidlər 2024-cü ilə qaldı. Son günlər cərəyan edən prosesləri diqqətə alsaq, yaxın aylarda sülh sazişi imzalana bilərmi? Erməni cəmiyyətində sülhdən yana olanlar varmı?

- Ermənistan ictimaiyyətində sülhə inananlar, bu istiqamətdə çalışanlar çox azdır, hətta nadir hallarda rast gəlinir. Cüzi bir hissə məsələlərə nisbətən praqmatik yanaşır ki, o da məcburiyyətdən irəli gəlir. Düşünürlər ki, bunu etməsələr, proses başqa yönə istiqamətlənər. Yəni ortada səmimiyyət yoxdur, həqiqətən sülh istədikləri üçün praqmatik fikirlər səsləndirmirlər. Ermənistanda əksəriyyət ümumilikdə Azərbaycanla sülhün bağlanmasında maraqlı deyillər. Ermənistan sülhə hazır deyil. Çalışırlar ki, sülh danışıqlarını maksimum dərəcədə uzatsınlar. Fürsət gözləyirlər ki, regionda özləri üçün müsbət bir geosiyasi dinamika yaransın və ondan istifadə edərək Azərbaycana qarşı mübarizəyə davam etsinlər.

- Yəni düşünürsüz ki, sülhün tərəfdarı olan bir ölkə bu cür hərəkət etməməlidir?

- Təbii ki, etməməlidir. Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı qətnamə qəbul etdi. Təsəvvür edin, Yunanıstan və yunan Kiprin nümayəndə heyətləri Azərbaycanla bağlı qətnamədə iştirak etmədilər. Amma Ermənistanın AŞPA-dakı nümayəndə heyəti tam şəkildə iştirak etdilər və hətta qətnamənin meydana çıxmasında ciddi rol oynadılar. Əgər İrəvan hökuməti Azərbaycanla sülhdə, münasibətlərin normallaşmasında həqiqətən maraqlı və istəkli olsaydı, məntiqlə AŞPA-nın səsverməsinə onlar da qatılmamalı idilər. Bakı ilə münasibət qurmaq istəyən, daha doğrusu, bunu iddia edən Ermənistan niyə Azərbaycana qarşı prosesdə əsas oyunçulardan olur?! Ən azından bitərəf qalmalıydılar. Ancaq bunun əvəzinə erməni tərəfi öz marağını ortaya qoydu. Bizə qarşı səsverməyə qoşulmaqla real istəklərini büruzə verdilər. Ermənistan bəzi qüvvələrlə konfrantasiya şəklində Azərbaycanla mübarizəni davam etdirir. Ona görə də hələ sülhdən danışmaq tezdir.

- Niyə Ermənistanda sülh tərəfdarları çox deyil? Toplumun hədəfinə gəlməkdən qorxurlar, ya beyinləri zəhərdən təmizlənmir?

- Hər dəfə demişəm, yenə təkrarlayıram. Nə qədər ki, faşist Qaregin Njdenin heykəli İrəvanda durur, erməni cəmiyyəti düzəlməyəcək. Əgər bir gün Njdenin abidəsi sökülüb atılarsa, o zaman hansısa dəyişikliyə ümid etmək olar. Hazırda Ermənistanın ideologiyası Q.Njde ideologiyasıdır, siyasətlərini onun üzərində qurublar. Məsələn, Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Sərəncam verildi. Artıq müəyyən tədbirlər keçirilib və davam edəcək. Bu o deməkdir ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi həmin dəyərlərə qayıdırıq. Biz o dəyərləri bayraq tutaraq gələcəyə doğru addımlayırıq. Bəs ermənilər hansı bayraq altında hara gedirlər? Hələlik Njdenin bayrağı altında hərəkət edirlər. Ona görə də bizim yollarımız tam ayrıdır. Bunun özü ciddi problemdir.

- Paşinyan hökumətinin zaman-zaman sülhlə bağlı açıqlamaları nəyə hesablanıb?

- Paşinyan təzyiq altındadır, o, müstəqil hərəkət etmir. ABŞ və digər Qərb ölkələri erməni baş nazirə hansı təlimatı verirlərsə, onları icra etməyə məcburdur. Ona görə də ara-sıra sülhlə bağlı bəyanatlar verərək siyasi manevrlər edir. Real heç bir addımın şahidi olmuruq. Paşinyan sülh istəsəydi, ötən üç-dörd il ərzində sazişə imza atardı və Naxçıvana yol da öz həllini tapardı. Xoşməramlı addım kimi üçtərəfli bəyanatın müddəalarını yerinə yetirərdi. Ötən ilin sentyabrında baş vermiş antiterror əməliyyatlarını əllərində əsas edərək şikayətlənir, giley-güzar edirlər. Ancaq həmin dövrə kimi niyə sülhlə, dəhlizlə bağlı heç bir addım atmadılar? Laçın dəhlizi aktiv olanda İrəvan hökuməti də Zəngəzur dəhlizinin reallaşmasına imkan verərdi. O zaman problemlər də olmazdı və vəziyyət tamam başqa istiqamətdə gedərdi. Ermənilərin Qarabağdan könüllü surətdə getməsi fərqli prosesləri gündəmə gətirdi. Əslində, gözləməzdim ki, ermənilər birdən-birə toplaşıb hamısı Qarabağı tərk edər. Ancaq bunun özü bir daha göstərdi ki, biz bir yerdə yaşaya bilmərik və yaşamayacağıq. Bu düşmənçilik və nifrət təkcə Qarabağla bağlı deyil, ümumilikdə Ermənistanın mövqeyidir. Əgər Ermənistanın ideologiyası dəyişmirsə, dəyişən heç nə olmayacaq.

- Bəs belə halda Azərbaycan və Ermənistan arasında sülh necə olacaq?

- Tərəflər arasında sülh sazişi imzalana bilər. Amma bunun üçün Ermənistan məcbur edilməlidir. İrəvanı sıxmaq lazımdır ki, Bakı ilə sülh müqaviləsinə imza atmağa məcbur qalsınlar. Amma bilməliyik ki, özləri buna könüllü və istəkli deyillər. Ona görə məcburiyyət lazımdır.

- Məcburiyyət deyəndə hərbi güc tətbiq etməyi nəzərdə tutursuz, yoxsa başqa ölkələrin təzyiq etməsini?

- Əlbəttə, Ermənistana ilk növbədə xarici təsirlərin olması nəzərdə tutulur. Amma vəziyyət dəyişə bilər. 44 günlük müharibə necə başladı? Savaşdan öncə illərlə müzakirələr getdi. Ermənistana dəfələrlə təklif edildi ki, sülh danışıqlarına razılıq verin, 7 rayonu boşaldın və s. Ancaq erməni tərəfi buna birmənalı rədd cavabı verirdi. Hətta yeni müharibədən dəm vurur, bizi Bakını işğal etməklə hədələyirdilər. Torpaqların geri qaytarılmasından söhbət getmir. Ermənistan kritik və maksimalist bir mövqe sərgiləyirdi. Ona görə məcburiyyət qarşısında hərbi əməliyyatlara başlandı, çünki başqa yol qalmamışdı. Bunun davamı da ola bilər. Ermənistan tərəfi bilməlidir ki, sülh əldə olunmasa, proses başqa müstəviyə keçər. 2016-cı ilin aprel döyüşləri də Ermənistana ilk ciddi siqnal idi və bundan çox qorxuya düşmüşdülər. Vahimə içərisində idilər. Lakin yenə də kompromisə getmədilər və 2020-ci ilin 44 günlük müharibəsi başladı. Sonra sərhədboyu irəliləmələr oldu. Qarabağda "Fərrux", "Qisas" və s. əməliyyatlar keçirildi. Son olaraq da 19 sentyabr əməliyyatı baş tutdu. Bunların hamısı Ermənistanı sülhə məcburetmə əməliyyatları idi. Amma görünən odur ki, İrəvan yenə də kompromisdən boyun qaçırır. Ermənistan sülhə yaxın gəlməsə, beynəlxalq təşkilatlar da bununla bağlı İrəvana təzyiq göstərməsə, hərbi güc tətbiqi qaçılmaz olacaq.

- Rusiya hər fürsətdə Qərbi suçlayır ki, Ermənistanı sülhə yaxın gəlməyə qoymayan ABŞ və Avropa ölkələridir. Paşinyanı sülhdən uzaqlaşdıran kimlərdir?

- Rusiyanın özündə də, o cümlədən Qərb ölkələrində Ermənistanı sülh prosesindən uzaqlaşdıranlar var. Erməni lobbisi ilə işləyən qüvvələr sülhün əldə olunmasında maraqlı deyillər. Həmin dairələr İrəvanı ləngidir, manevrlər etməyi tövsiyə edirlər. Ancaq transmilli qruplar öz maraqları naminə olsa da, regionda sülhdə və Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Çünki iqtisadi və logistik layihələrin həyata keçməsi onların da işinə yarayır. Mövcud konflikt bunun qarşısını alır.
SHERG.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Bu gün, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Bu gün, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Bu gün, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Bu gün, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru