Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” .....                     “Məni itirmək istəmir” .....                     "Depressiyada idi, özünə qəsd etmək istəyirdi" .....                     “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” .....                     Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir .....                     Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır .....                     Kreml miqrant ovunu davam etdirir... .....                     Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR .....                     Putin Zelenskini tanımır: .....                     Ruslar bizi nə dost bilir... nə də düşmən... .....                     Tramp Rusiyanı "oğru" adlandırdı .....                     Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? .....                     Hakan Fidan Rusiyaya gedir .....                     Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir .....                     “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı .....                     SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? .....                     'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB .....                     İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb .....                     "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" .....                     Zəngəzur dəhlizinin Sədərək qapısı .....                     Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... .....                     Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək .....                     Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… .....                     "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm" .....                     "İranın çox ağır bir durumdadır..." .....                     İrəvanın 'İNDEYSKİ' mahiyyəti... .....                     İstedadlı gənclər ölkəni niyə tərk edir? .....                     Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                 

Hacıbala Abutalıbov HƏBS OLUNUR? - GƏLİŞMƏ
Tarix: 1-09-2021, 10:09 | Çap et
Hacıbala Abutalıbov HƏBS OLUNUR?
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyevin məhkəmədə açıqladığı faktlar sabiq mer Hacıbala Abutalıbov ətrafında halqanı daraldır. “Yeni Müsavat” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində R.Quliyev H.Abutalıbovu həbsə aparacaq detalları faş etməkdədir. Onun sözlərinə görə, Abutalıbov baş nazirin müavini olsa da, gündəlik BŞİH-ə gəlib-gedibmiş.

Sitat: “Yüksək rütbəli şəxs öz vəzifəsindən aşağı bir quruma gəlirsə, kabinetdə olursa, bu nə deməkdir? O deməkdir ki, mənim səlahiyyətlərim olmayıb. Ehtimal edirəm ki, Abutalıbov həmin dövrdə də hansısa formada icra başçısı səlahiyyətlərini icra edib”. Keçmiş Aparat rəhbəri əlavə edib ki, müavin kimi nə əmək müqaviləsi olub, nə də bu vəzifənin əmək haqqını alıb. Bu nüanslar göstərir ki, keçmiş mer Nazirlər Kabinetində otura-otura BŞİH rəhbəri vəzifəsini idarə edib. Təbii ki, qanun pozuntusudur. Bununla yanaşı, həm də Abutalıbovun həbsinə aparan yol genişlənir.

Yada salaq ki, bir müddət əvvəl Abutalıbovun həbs olunacağı barədə xəbərlər dolaşırdı. Həmin ərəfədə özü müsahibə verərək hakimiyyətə sədaqətli xidmətini qabartmışdı. Daha sonra isə həbsi ilə bağlı xəbərlərə “mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır” demişdi. Son günlər isə adı yenidən gündəmdə olsa da, heç bir açıqlama vermir. Onun təqaüdə göndəriləndən sonra Qaraçuxurdakı evində olduğu deyilir.

11 il BŞİH başçısı olan Abutalıbov niyə baş nazir müavini olduqdan sonra da iki kabinetdə oturub? Uzun illər barəsində ən ciddi korrupsiya ittihamları olan Abutalıbov bu məhkəmədən də “quru çıxa” biləcəkmi? Onu ən azı məhkəməyə çağırıb niyə suallara cavab istəmirlər?

Onun həbsini tələb edənlərdən biri də xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyovdur. Şeyx Əbdül bir müddət əvvəl onu çirkin “moşennik” də adlandırmışdı. Buna səbəb onun Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsində evinin sökülməsi, bu işlə bağlı 7 il davam edən məhkəmə çəkişmələridir.

Şeyx Əbdül R.Quliyevin açıqladığı son faktlarla bağlı “Yeni Müsavat”a sual etdi ki, məhkəmələrin onun barəsində çıxardığı haqlı qətnamələr Abutalıbov tərəfindən zibil yeşiyinə atılırsa, bu məsələdə Rasim kimilər kimdir: “Əvvəla, bu məsələ illərdir mətbuatın diqqətindədir. Xüsusən ”Yeni Müsavat"a təşəkkür edirəm ki, mənim mülkiyyət hüququmun tapdanması məsələsini həmişə işıqlandırıb. Mən o zaman hər dəfə meriyaya gedəndə Abutalıbov öpüşüb-görüşüb yola salırdı, sanki heç nə olmayıb, bu adam mənə qarşı haqsızlıq etməyib, sonra yenə “çevir tatı, vur tatı...” Yəni heç nə dəyişmirdi. Bir dəfə Rasim Quliyev mənə dedi ki, bu adam yalan danışır, səni aldadır, heç nə edən deyil, problemi yoluna qoymayacaq. Dedi, özünə sığışdırmır ki, Abutalıbov iqtidarın aparıcı bir qüvvəsi, Bakının hakimi-mütləqi ola-ola məhkəmələr özündə cəsarəti tapıb ona qarşı qərar çıxarsınlar. Ancaq bu nadan hələ bilmir ki, dövlət qanunla idarə olunur, şəxslərin vəzifəsi ilə yox. Ona görə qətnamə nəinki icra olunmadı, saya salınmadı".

Şeyx Əbdül qeyd etdi ki, bu gün xalq artisti, dövlət mükafatları olan şəxs haqda qətnamələr yerinə yetirilmirsə, Rasim kimdir ki, Abutalıbov onu saysın: “Əgər bu səviyyədə hüququm pozulubsa, adi işçinin heç bir haqqı qala bilməz. Mən Rasimə ömürlük həbs verilsə, təəccüblənmərəm. Çünki haqqı nahaqqa veririk. Rasimin o vəzifədə bir hüququ yoxdursa, heç bir sərəncam verə bilməzdi. Azərbaycanda elə təşkilat var ki, orada ikinci şəxs rəhbərin sözündən çıxsın? Odur ki, xalq kimin kim olduğunu yaxşı bilir. Məhkəmələrə səslənirəm ki, günaha batmasınlar.

Dövlət məmurları xalqa və qanunlara xəyanət etməklə bilavasitə Prezidentə xəyanət edirlər. Onlar Prezidentin uğurlarına qarşı inamsızlıq, gərginlik yaradırlar. Bu gün adi “JEK” müdirinin qəbuluna düşmək olmur. İcra başçıları, nazirlər heç adam saymırlar. Mən Bakı şəhərinin müdafiə komitəsini yaratmaq istəyirəm. Çünki məmurlar şəhəri dağıdıblar".

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011" Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır. Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hitlerin izi ilə: Putinin “bufer zonası” və “mən sülh istəyirəm” - GƏLİŞMƏ
Bu gün, 20:28
“Məni itirmək istəmir”
Bu gün, 20:23
"Depressiyada idi, özünə qəsd etmək istəyirdi" - Aydın Xırdalanlının anası
Bu gün, 15:03
“3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Bu gün, 11:14
Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Bu gün, 11:11
Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Bu gün, 11:04
Kreml miqrant ovunu davam etdirir...
Bu gün, 09:42
Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Bu gün, 09:40
Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16
Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14
Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30
Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26
Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37
“Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31
SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23
'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28
"Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20
Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11
Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59
Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46
Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42
"Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38
"İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10
İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru