Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir .....                     ABŞ Ukrayna məsələsinə qarışmamalı idi .....                     Xəlil Arslanovu 19 il həbs gözləyir .....                     Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu .....                     Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər .....                     Pensiyalarla bağlı VACİB TƏKLİF .....                     Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR .....                     İki Cəbrayılovun dağıtdığı BİR RAYON .....                     Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR .....                     Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? .....                     Paşinyan hələ gözləmə mövqeyindədir .....                     “Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı .....                     "Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" .....                     Müğənni Mirkamil əməliyyat olundu .....                     Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? .....                     Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir .....                     Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir .....                     Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? .....                     Ukrayna Rusiya ilə memorandum imzalaya bilər .....                     "Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" .....                     Azərbaycanda şair xərçəngdən vəfat etdi .....                     Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ .....                     Erməni terrorçuları şərti sərhəddə .....                     Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq .....                     “Qocalanda bunu sənə karyera verməyəcək” .....                     Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib .....                     Camaatımız nə istəyir? .....                     İcra başçıları nə qədər maaş alır? .....                     "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” .....                     Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir .....                     “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək .....                     Bakının mərkəzində söküntü başlayır .....                     Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb .....                     SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı .....                     Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür .....                     Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu .....                     Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir .....                     Rəşadı buna görə ürəyindən vurdular... .....                     Bank kartlarından kütləvi oğurluq: .....                     Paşinyan BUNU ANLADIĞINDAN... .....                 

Təyyarəsi necədirsə, taksisi də elədir... - Aeroportun taksiləri "baş kəsir"
Tarix: 24-06-2022, 12:09 | Çap et
Təyyarəsi necədirsə, taksisi də elədir...
Bakı hava limanı sözün əsl mənasında bazara çevrilib. Yox, bu dəfə “AZAL”-ın dəyişməz, böyük və qüdrətli qiymət siyasətindən danışmayacağam. Bəllidir ki, “AZAL”-a “daydaylıq” edən hər kimdirsə, mənim, sənin, bizim gücümüz çatacaq birisi deyil. Və bütün KİV-in yazdıqlarını oxuyub, bığaltı gülür də...
Deyir “dəyirman baş ağrıdır, çaxçax öz işində”. Burada çax-çax biz media qurumları oluruq. Nə isə, keçək mətləbə...

Bir neçə gün əvvəl gecə saatlarında “Bakı Taksi Xidməti”-nin xidmətindən istifadə edim. Bilirsiniz nəyi deyirəm? “Rahat və komfortlu olduğu" deyilən “London” taksilərinin qırmızısı var ha, onların xidmətindən. Düşündüm nə olar, bir gün biz də “ağ insanlar kimi” lüks həyat yaşayaq. Deməz olaydım. Yaxınlaşıb qiymətlərlə maraqlandım.

“London” taksinin sürücüsü gedəcəyim yeri soruşdu, dedim. Adətən, getdiyim ünvana ən baha aparan taksilər belə 15 manatdan artıq qiymət demir. Ürəyimdə düşündüm ki, uzağı bu taksi istəsin 20-25 manat... Ləng davranış sərgiləyən sürücü mənə dedi ki, gedəcəyim yerə məsafə çox uzaqdır və bu mənə çox baha başa gələcək. Mən də cavab verdim ki, “qardaş rayona getmirəm ki, Bakıda daxilindədir, qiymət danışaq”. Bu vaxt sürücü mənə bildirdi ki, “bu taksinin yerindən tərpənməsi 40 manatdır”. Eşitdiyim qiymətə inanmayıb təkrar soruşdum ki, “gedəcəyim ünvana 40 manata aparırsınız?” Sürücü dedi, “yox sadəcə, taksiyə minirsən 40 manat yazılır, sonra kilometrə görə hesablanır”...

Kənara çəkilib avtomobilə baxdım, yəni bildiyiniz “London” taksisi, xüsusi əlavəsi, artırması, lifti, yumşaq yatağı və s. olmayan taksi... Dedim yəqin əcnəbilər üçün nəzərdə tutulub. Sürücülər susdular. Sonra digər taksi sürücüləri ilə söhbətləşdim. Onların sözlərinə görə,“London” taksi sürücüləri hər gün 70 manat plan verdiyi üçün qiymətlər belə “ceyran belindədir”.

“Bakı Taksi Xidməti” haqqında hava limanının saytında yazılan məlumatlara nəzər saldım. Saytda xüsusi qürurla qeyd edilib ki, “Bakı Taksi Xidməti” yeganə dövlət taksi xidmətidir. Sonra isə, taksilərin duracağı, sifariş etmə və s. haqında məlumatlar var. Qiymətlərə gəldikdə isə, bu barədə konkret rəqəm yazılmayıb.

Yəqin sürücülərə tapşırılıb ki, gözünüzü yumub qiymət oxuyun, “kim yeyər, yeyər” və yaxud “yesələr də budur, yeməsələr də”… Saytda həmçinin qeyd edilib ki, “Bakı Taxi” müştərilərinə TX4 və LEVC TX markalı “London Taxi” minik avtomobilləri ilə xidmət göstərir. Xatirinizdədirsə, bu avtomobillərin qiymətləri haqqında yazmışdıq bir müddət öncə.

Sonda sürücülər xüsusi olaraq qeyd etdilər ki, bu taksilər aeroportun taksiləridir. Düzü, onlar qiyməti dedikdən sonra həmin yolu 12 manata aparan sürücülərə minnətdarlıq etmək gəldi içimdən. Sonra da düşündüm ki, Bakı Taksi Xidməti dövlətindir və aeroporta məxsusdur. Aeroport isə Cahangir Əsgərovun biznesidir. Belə çıxır ki, Bakı Taksi Xidməti də müəllimin biznesinə daxildir. Bəlkə də “AZAL”-ın qiymət siyasəti eynilə “Bakı Taksi Xidməti” taksilərinə də tətbiq edilir. Yoxsa özünüz düşünün 40 manata yerindən tərpənən taksi olar?

Bir də maraqlı başqa sual var: “Bakı Taksi Xidməti” dövlətindir, “AZAL” da dövlətindir və eyni qiymət siyasəti aparılır. Bəlkə biz bilmirik, elə dövlət dediyimiz Cahangir Əsgərovun özüdür?

Qeyd edək ki, Bakı Taksi Xidmətinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğu deyilir. Məsələ ilə bağlı nazirliyə sorğu ünvanladıq. Cavabı olarsa, sizinlə paylaşacağıq. Mövzunu davam etdirəcəyik.
Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir - 150 milyardlıq silah fondu
Bu gün, 07:04
ABŞ Ukrayna məsələsinə qarışmamalı idi - Tramp
Bu gün, 07:02
Xəlil Arslanovu 19 il həbs gözləyir - BUNA GÖRƏ
Bu gün, 06:23
Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - "Daha sonra öyrəndim ki.."
Bu gün, 06:20
Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir
Bu gün, 06:09
Pensiyalarla bağlı VACİB TƏKLİF – Mərhələli olaraq…
Bu gün, 06:05
Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
Bu gün, 06:02
İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
Bu gün, 05:57
Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 05:50
Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bu gün, 05:42
Paşinyan hələ gözləmə mövqeyindədir - NƏ BAŞ VERİR?
Bu gün, 05:34
“Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı - SİYAHI
Bu gün, 05:30
"Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" - ETİRAZ
Bu gün, 05:26
Müğənni Mirkamil əməliyyat olundu
Bu gün, 05:23
Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46
Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41
Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38
Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36
Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30
"Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" - FAKT BUDUR!
Bu gün, 00:27
Azərbaycanda şair xərçəngdən vəfat etdi
Bu gün, 00:24
Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
Bu gün, 00:20
Erməni terrorçuları şərti sərhəddə
Bu gün, 00:13
Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Dünən, 22:17
“Qocalanda bunu sənə karyera verməyəcək”
Dünən, 21:23
Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Dünən, 21:19
Camaatımız nə istəyir? - AKTUAL
Dünən, 19:02
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Dünən, 19:01
"Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Dünən, 18:52
Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Dünən, 18:47
“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Dünən, 18:37
Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Dünən, 18:30
Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Dünən, 17:19
SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Dünən, 17:16
Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Dünən, 17:13
Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Dünən, 17:09
Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Dünən, 17:06
Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Dünən, 17:03
Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Dünən, 17:00
Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Dünən, 16:55
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Dünən, 16:52
Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Dünən, 16:50
“SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48
“Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Dünən, 16:43
Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Dünən, 16:35
Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 16:32
"Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Dünən, 16:30
"Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Dünən, 16:25
Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Dünən, 16:22
“Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru