PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                     Həyasızlığın pik həddi .....                     Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? .....                     Bu universitetin prorektoru vəzifəsindən azad olundu .....                     "Balaəli özünə pullu sponsor axtarır" .....                     Ruslar etiraf etdilər: .....                     "Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." .....                     “Sinəsini açana Xalq artisti adı verirlər” .....                     SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... .....                     “Atam öz əcəli ilə ölməyib, intihar edib” .....                     Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... .....                     Yusif İmanovdan qalmaqallı açıqlama: .....                     Süleyman Mikayılov səyyar görüş keçirdi .....                     “Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır .....                     İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir .....                     Çörəyin qiyməti ucuzlaşır? .....                     Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur .....                     Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... .....                     Ağdam Sənaye Parkında yeni şirkət .....                     AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib .....                     Məsud Pezeşkiana hücumlar .....                     15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı .....                     Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: .....                     "DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." .....                     Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi .....                     Putinin danışan dilindən sərt açıqlamalar .....                     “JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR .....                     ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB .....                     Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir .....                     Qalmaqallı imtahanda .....                     Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır .....                 

Müğənni Manaf Ağayev və biznesmen “Pokrov Məhərrəm” mediaya qarşı belə meydan oxuyur - BU NƏDİR BELƏ?
Tarix: 20-06-2024, 07:07 | Çap et
Müğənni Manaf Ağayev və biznesmen “Pokrov Məhərrəm” mediaya qarşı belə meydan oxuyur

Ölkədə açıq şəkildə kibercinayətlə məşğul olan bir dəstə fəaliyyət göstərir. Ən maraqlısı budur ki, bu dəstənin üzvləri arasında: tanınmış müğənnilər, iş adamları və İT sahəsi ilə məşğul olan proqramçılar var.

Nə qədər təəccüblü olsa da, bu dəstə heç kimdən çəkinmədən , yaratdıqları qruplaşmadakı şəxslərin imkanları vasitəsilə: jurnalistlərə, xəbər saytlarına öz şərtlərini diqtə edirlər.

Xoşlarına gəlməyən tənqidi videoları və yazıları şikayət etmək adı ilə saytlardan və sosial şəbəkə hesablarından sildirirlər, hətta yeri gələndə kanalları belə bağladırlar.

Şəxsən mənim başıma belə bir iş gəlib, bir aydır ki, bu qruplaşma ilə mübarizə aparıram, faydası yoxdur. Elə bu səbəbdən də, mövzunu içtimailəşdirmək, əlaqədar rəsmi qurumların diqqətini bu məsələyə yönəltmək qərarına gəldim.

Təxminən bir ay bundan əvvəl, MTV adlı televiziya kanalında Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə belə bir məlumat səsləndi ki, Rusiyada tanınmış iş adamlarından olan – “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev müğənni Manaf Ağayevin doğum günü şənliyində əməkdar artist Vasif Məhərrəmli ilə dava edib.

Həmin ad günü “partisi” Manaf Ağayevin Novxanıdakı bağ evində keçirilib. Belə məlumat verildi ki, dava müğənni Mətanət Əsədovanın üstündə düşüb. Bu xəbəri bir çox saytlar kimi biz də tirajladıq.

Sonra gördüm ki, xəbər saytlardan silinib. Bizim “yotube” və “tik-tok” kanallarımızda həmin xəbərə kütləvi baxış oldu. Ümumi baxış sayı milyonları keçdi.

Bir çox tanınmış və nüfuzlu adamlar vasitəsilə məndən məlumatın silinməsi xahiş olundu və əvəzinfə istənilən hörməti edə biləcəklərini dedilər. Həmin adamlar mənim “Pokrov Məhərrəm”lə telefon danışığımı da təşkil etdilər.

Ozünə də izah etdim ki, yayılan informasiya başqa kanallara istinadən verilib və şəxsinə qarşı heç bir qərəzim yoxdur. Məhərrəm xeyriyyəçi olduğunu bildirdi, məscid tikdirdiyini, kimsəsizlərə yardım etdiyini mənə xatırlatdı.

Dedim ki, göndən xeyriyyəçilik etdiyinə dair videoları da paylaşaq. Razılaşmadı, israrlı tələbi bu oldu ki, videolar silinsin.

Təbii ki, razılaşmadım. Sonra arada olan adamlar hədə tonu ilə bildirdilər ki, onda “Pokrov Məhərrəm” deyir ki, nə qədər lazımdırsa, pul buraxıb, həmin məlumatların getdiyi hesabları dağıtdıracaq.

Bunu deyən adama bildirdim ki, Məhərrəm belə addım atarsa, cinayətə yol vermiş olar. Çünki bu, killer tutub məni öldürməyə bərabər bir addımdır. Nə fərqi var, ya məni öldütdür, ya da min bir əziyyət hesabına ərsəyə gətirdiyim kanalları dağıt…

Qeyd edim ki, “Pokrov Məhərrəm” Rusiyadan 5 illik deport edilib, bu səbəbdən də Azərbaycanda yaşayır. Bu adam şou biznes nümayəndələri arasında görünməyi əsl hobbisinə çevirib.

Üstündən bir gün keçdi, baxdım ki, “yotube” kanalımızda yerləşdirilən həmin videodan şikayət edilib. Maraqlandım və gördüm ki, şikayəti edən Xalid adlı bir adamdır. Tapıb onunla əlaqə saxladım, mənə açıq dedi ki, o, proqramçıdır və ödəniş müqabilində belə işləri görür. Mənə dedi ki, belə şikayət verməkdə qanunsuz nəsə yoxdur.

İzah etdim ki, mediada gedən materialları bu üsulla saytdan sildirmirlər. Bunun üçün Məhkəmələr var. Kim narazıdırsa, gedib ora müraciət etsin və sənin bu işlərə müdaxilən kibercinayət sayılır. Dediklərimi anlayışla qarşılayıb, şikayətini geri çəkdi.

Amma sonra ard-arda iki şikayət Manaf Ağayevin, bir şikayət isə Məhərrəm Quliyevin (“Pokrov”) adından edildi. Şikayətlərə zamanında cavab vermədiyimiz üçün “yotube” kanalımız bağlandı.

İşə jurnalist həmkarımız Məhəmməd Türkmən qarışdı və Xalid şikayəti geri çəkdiyi üçün kanalımızı aça bildik. Ancaq iki şikayət geri çəkilməlidir ki, gələcəkdə kanalımızın bağlanma risqi aradan qaldırılsın.

Adından şikayət edilən Manaf Ağayevlə əlaqə saxladım. Bu işlərdən xəbəri olmadığını dedi. Təklif etdim ki, şəxsiyyət vəsiqəsilə birlikdə video çəkib, videonu “yotube”a göndərək ki, bizdən şikayəti olmadığı təsdiqlənsin Görüşüb, bunu etdik. Hətta birlikdə bu görüşə dair video da paylaşdıq.

Ən maraqlısı bundan sonra oldu. Həmin görüşdən yarım saat sonra Manaf Ağayev məni yığıb dedi ki, “Pokrov”la danış

ıb, mən “tik-tok”da 800 min baxışı olan videonu silsəm, Məhərrəm iki şikayəti də geri çəkə bilər.

Manaf Ağayevdən soruşdum ki, bəs deyirdin Məhərrəmin bu işlərdə əli yoxdur… Manaf cavab verdi ki, Məhərrəmə hörməti olan dostları bunu edib, xahiş etsə, onu eşidəcəklər. Manafın bu təklifindən sonra tam əmin oldum ki, mənim kanalımı bağladan məhz bu şəbəkədir.

İş burasındadır ki, bu şəbəkə xarici şirkət vasitəsilə Azinforum.az saytından da şikayətlər edib. Saytın fəaliyyətini iflic ediblər. Saytdan edilən şikayətlər də birbaşa Məhərrəm Quliyevin adından olunub. Bütün bunları təsdiq edən sənədləri şərh bölümündə paylaşıram.

Bunun bir adı var, dövlətin qanunlarına meydan oxumaq. Hesab edirəm ki, əlaqədar qurumlar mütləq mənada bu cür pullu adamlara proqramistlik adı ilə “killerlik” fəaliyyəti göstərən çevrəni müəyyənləşdirib, məsuliyyətə cəlb etməlidir.

Bunlar bir toyu 10-15 min manata oxuyub, heç vergisini də ödəmirlər. İndi də bu pullarla da gəlib ölkənin informasiya təhlükəsizliyinə açıq təhdid yaradırlar. Əgər belə bacarıqları varsa, onda niyə xaricdən ölkəmizə söyüş yağdıran kanalları bağlatmırlar?

Əminəm ki, əlaqədar qurumlar bu qruplaşma barədə lazımi ölçünü götürəcək. Çünki bunların qarşısı alınmasa, daha ciddi fəsadlara yol açan addımların şahidi ola bilərik…

Məhəmmədəli QƏRİBLİ,
Azinforum.az

Müğənni Manaf Ağayev və biznesmen “Pokrov Məhərrəm” mediaya qarşı belə meydan oxuyur
Müğənni Manaf Ağayev və biznesmen “Pokrov Məhərrəm” mediaya qarşı belə meydan oxuyur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Bu gün, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Bu gün, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Bu gün, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Bu gün, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Bu gün, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Bu gün, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Bu gün, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Bu gün, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Bu gün, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Bu gün, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Bu gün, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Bu gün, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Bu gün, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Bu gün, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Bu gün, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Bu gün, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Bu gün, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Bu gün, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Bu gün, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Bu gün, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Bu gün, 16:12
Bəzi apteklərdəki əczaçılarla market satıcılarıın bilik səviyyəsində fərq yoxdur -Pediatrdan sərt tənqid
Bu gün, 16:09
Lukaşenkoya etdiklərimiz HARAMI OLSUN... - HƏR HALDA...
Bu gün, 16:03
Ağdam Sənaye Parkında yeni şirkət - Dəmir qapı istehsal edəcək
Bu gün, 16:01
AMB “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta”ya məcburi sərəncam verib
Bu gün, 15:50
Məsud Pezeşkiana hücumlar - İran hakimiyyətinin köhnə prinsipləri
Bu gün, 15:41
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
Bu gün, 15:36
Xalq artistinə qarşı külli miqdarda DƏLƏDUZLUQ: - evini satmağa məcbur oldu
Bu gün, 15:35
"DEDİ Kİ, OĞLUN MƏNİM ÜÇÜN QAZİ OLMAYIB..." - Astara sakini oğluna əlillik dərəcəsi verilməməsindən şikayətçidir
Bu gün, 15:19
Qadın verdiyi 20 min borcu istədi, şantaj edildi - TƏFƏRRÜAT
Bu gün, 15:16
Putinin danışan dilindən sərt açıqlamalar
Bu gün, 15:14
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR - VİDEO
Bu gün, 15:10
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB - Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir
Bu gün, 15:07
Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir - Sərdar Cəlaloğlu
Bu gün, 14:02
Qalmaqallı imtahanda qalmaqallı SON
Bu gün, 14:00
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52
85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru