Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR! .....                     ABŞ-ın yeni Yaxın Şərq projesi .....                     "Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?" .....                     Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib .....                     Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər .....                     GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? .....                     "Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: .....                     Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... .....                     Məhbəs sisteminin SEYİDOV BƏLASI... .....                     Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi .....                     "Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" .....                     Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf .....                     Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib .....                     Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı .....                     Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... .....                     "Elə şeylər var ki, onları danışmaq istəmirəm" .....                     Rəsmi İrəvan yola gəlir... .....                     Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR .....                     Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: .....                     Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə .....                     Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi .....                     130 dollara ChatGPT planı satıldı .....                     Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib .....                     İrəvanda çağırış: .....                     Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər .....                     Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri .....                     Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ .....                     “Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” .....                     Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib .....                     İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? .....                     Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı .....                     Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? .....                     “Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib .....                     DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib .....                     Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? .....                     Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur .....                     Bu, sanki Allaha rüşvət verməkdir .....                     Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi .....                     Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək .....                     Bakıda həbs edilən ruslar fərari imiş .....                 

Rövşən Əkbərov özü ilə daha KİMLƏRİ APARACAQ? - Yeni həbslər OLA BİLƏR
Tarix: 3-07-2021, 08:59 | Çap et
Rövşən Əkbərov özü ilə daha KİMLƏRİ APARACAQ?
Həbsdə olan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Rövşən Əkbərov 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirib, onu qəsdən öldürüb.

Qətldən sonra Rövşən Əkbərov Azərbaycana qaçıb, o zaman barəsində Ukrayna Baş Prokurorluğunda xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ukrayna Prokurorluğu cinayət işinin materiallarını Azərbaycan Baş Prokurorluğuna göndərib. Lakin Rövşən Əkbərov Bakı, sonradan isə Şəmkir korpuslarının komandiri olduğu müddətdə cinayət işinin istintaqı dayandırılıb. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi günlərində Rövşən Əkbərov, Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Şəmkir hərbi birləşməsinin tabeliyindəki hərbi hissələrdən birinin komandiri Xəqani Cəbrayılov ordudan uzaqlaşdırılıblar. Bu uzaqlaşdırılmanın səbəbi bu günə qədər açıqlanmasa da, hər 3 şəxsin adı Azərbaycan ordusunda baş verən neqativlərdə hallanırdı. Ordudan uzaqlaşdırılandan sonra, 2021-ci ilin martına qədər Rövşən Əkbərov barəsində tədbir görülməyib. O, mətbuata açıqlamalarında “öz işləri” ilə məşğul olduğunu açıqlayıb. Həmin ay istintaqa dəvət olunan Rövşən Əkbərovun barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib, qollarına qandal vurub istintaq təcridxanasına göndəriblər.

Onun əsas ortağı və dostu, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov, onunla eyni vaxtda ordudan uzaqlaşdırılan Xəqani Cəbrayılov isə hələlik azadlıqdadırlar. Barələrindəki cinayət dosyeləri üzərindəki tozun töküləcəyi də istisna deyil. Hər iki şəxsin əlinə vurulacaq qandallar da hazırdır...

Hər iki general 44 günlük Vətən müharibəsi dövründə vəzifələrindən uzaqlaşdırılıblar. Düşmən darmadağın edilərək üzərində qələbə qazanıldıqdan sonra Nəcməddin Sadıkovun sorağı Rusiyadan, Dubaydan gəlib. Xəqani Cəbrayılovun da səsi çıxmır. Nəcməddin Sadıkovun həbsi ilə bağlı xəbərlər yayılandan sonra onun Dubayda şortiklə, qolunda saat hovuzun kənarında gəzdiyi video ictimailəşmişdi. Belə xəbərlər vardı ki, Nəcməddin Sadıkov bu videonun yayılmasında maraqlı olub. Bununla Sadıkov “toxunulmaz” olduğu mesajını çatdırmaq istəyirmiş...

2001-ci ilin bu günlərində Rövşən Əkbərov biznesmen Elçin Əliyevi öldürəndən sonra da özünü eynilə N.Sadıkov kimi “toxunulmaz” göstərməyə çalışırdı.

Qətldə əsas fiqurant olduğu bilinəndən sonra isə onun adı kef məclislərinin təşkilatçısı olaraq gündəmə gəlməyə başlamışdı. Halbuki həmin günlərdə Ukrayna prokurorluğunda Rövşən Əkbərovun barəsində ölüm işindən dolayı cinayət işi istintaq olunurdu. Elçin Əliyevin valideynləri də Rövşən Əkbərovu qətldə suçlayırdılar.

Rövşən Əkbərov illərlə həbs olunmayacağına arxayınlığını gizlətməyib. Son illərdə isə istintaqa cəlbetmə müddətinin ötməsi Rövşən Əkbərovun cəzasız qalacağı haqda ictimai rəydə fikir formalaşdırmışdı. Buna baxmayaraq, Rövşən Əkbərov həbs olundu.

Rövşən Əkbərova Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham verilib. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur. Belə ki, Azərbaycan vətəndaşları ölkə hüdudlarından kənarda törətdikləri əmələ görə bu əməl həm Azərbaycanın, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Azərbaycan Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Xüsusilə ağır cinayət hesab edilən bu əmələ görə məsuliyyətə cəlbetmə müddəti 20 ildir. 221.3-cü (xuliqanlıq) maddəsində təqsirli bilinən şəxslər isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət qanunvericiliyinə əsasən, cinayətlərin məcmusuna görə cəza təyin edilərkən qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Hazırda istintaq 120.2.2 və 221.3-cü maddələri üzrə aparılır. 120.2.2 maddəsi xuliqanlıq niyyəti ilə adam öldürmədir. Yəni heç bir səbəb olmadan qətl törətmək. Bundan başqa, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Bu ittihamlar təsdiqlənərsə, Rövşən Əkbərova ağır cəza verilə bilər. İstintaqa cəlb etmə müddətinə gəlincə isə 120.2.2 maddəsi üzrə istintaqa cəlb etmə müddətinin təyini məhkəmənin səlahiyyətindədir. İttihama görə, Rövşən Əkbərov Elçin Əliyevi səbəbsiz öldürüb, digər şəxsi isə döyüb, xəsarət yetirib.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycana göndərilib.

Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən(?) cinayət işi üzrə icraat dayandırılıb.

2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, Azərbaycan vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 1 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə R.Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda imtahan önəmli deyil: Rüşvət verməsən İŞ DƏ YOXDUR! - ETİRAZ VAR...
Bu gün, 09:11
ABŞ-ın yeni Yaxın Şərq projesi - Osmanlı imperiyasının millətlər sistemi
Bu gün, 09:08
"Bu nə qədər absurd, bu nə qədər anormal bir yanaşmadır?" - İFŞA!!!
Bu gün, 09:04
Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verib
Bu gün, 08:52
Vaşinqtonun həm Zəngəzur, həm sülh sənədinə ciddi marağı bölgədə gərginliyi artıra bilər - hədəfdə iki region ölkəsi...
Bu gün, 08:51
GDU rektoru nazirə qarşı CƏBHƏ AÇIB? - İLGİNC İDDİALAR
Bu gün, 08:48
"Terrorsuz Türkiyə" üçün kritik dönüş nöqtəsi: - PKK bu gün silahı yerə qoyacaq
Bu gün, 08:06
Pentaqon bu məhdudiyyətləri ləğv etdi: Çin və Rusiyaya qarşı... - NƏ BAŞ VERİR?
Bu gün, 07:20
Məhbəs sisteminin SEYİDOV BƏLASI... - Məmurlar sanki sanatoriyalarda qalır...
Bu gün, 07:18
Cənubi Qafqazda sülh gündəliyi: hazırkı danışıqların siyasi fəlsəfəsi - İNCƏLƏMƏ
Bu gün, 06:29
"Biz qalib tərəf kimi öz mövqelərimizi, təkliflərimizi bəyan etmişik" - deputat
Bu gün, 06:17
Əliyev onunla görüşmədi: Moskvadan gözlənilməz etiraf – 10 il əvvəl Putin…
Bu gün, 06:12
Rusiyanın Ermənistandakı hərbi bazasının əsgəri özünü güllələyib - “Factor.am”
Bu gün, 06:09
Uzun danışıqların başlanğıcı və: Ukraynada müharibəyə son qoymağın açarı - Görünəni odur ki...
Bu gün, 01:00
Əbu-Dabi görüşü: Böyük sülhə doğru mühüm addım... - GƏLİŞMƏ
Bu gün, 00:57
"Elə şeylər var ki, onları danışmaq istəmirəm"
Bu gün, 00:52
Rəsmi İrəvan yola gəlir... - AKTUAL
Bu gün, 00:50
Rusiya Azərbaycanın daxili işlərinə BURUN SOXMAĞA HAZIRLAŞIR - BU NƏDİ BELƏ?
Bu gün, 00:46
Əliyev-Paşinyan görüşü "vasitəçilik oyunu"nu yenə pozdu: - Qafqaz Rusiya, ABŞ və Avropa Birliyinin maraqlarına "girov" düşmədi
Dünən, 21:11
Partiya sədrlərindən Əliyev-Paşinyan görüşünə REAKSİYA
Dünən, 18:00
Azərbaycanlı hərbi jurnalist Gülbəniz Arifqızı vəfat etdi
Dünən, 17:57
130 dollara ChatGPT planı satıldı - Dietoloqu hansı cəza gözləyir?
Dünən, 17:55
Əbu-Dabidə üç mühüm məsələ üzrə razılıq əldə edilib - AÇIQLAMA
Dünən, 17:51
İrəvanda çağırış: - Daşnaksütyunu terror təşkilatı etməyin vaxtıdır
Dünən, 17:48
Ermənistanda Sünikdəki yolun üçüncü tərəfə verilməsini mümkün hesab ediblər
Dünən, 17:44
Azərbaycanın Liderliyi: Cənubi Qafqazda davamlı sülhün yeni üfüqləri - İNCƏLƏMƏ
Dünən, 17:27
Ruslar Azərbaycan səfirliyinin yanında PARTLAYIŞ TÖRƏTDİ - Hücum zamanı...
Dünən, 17:23
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
Dünən, 17:18
Məhkəmə Bakıda qətl törədən 22 yaşlı gənci məcburi müalicəyə göndərib - TƏFƏRRÜAT
Dünən, 17:13
İşdən çıxarılan müəllimlərin yerinə əlavə kadr götürülməlidirmi? - AKTUAL
Dünən, 17:00
Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı
Dünən, 16:55
Vətəndaşa təzyiq göstərən Elçin Bayramov kimə arxalanır? - Sumqayıt Hospitalının həkimindən ŞİKAYƏT
Dünən, 16:45
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib - FOTO
Dünən, 16:36
DTX-nin saxladığı "Vaqner"də döyüşmüş iki azərbaycanlı barəsində həbs qətimkan seçilib - TƏFƏRRÜAT
Dünən, 16:30
Məhşur blogerin “Papaq” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
Dünən, 16:28
Tramp Ukrayna məsələsində daha çox tərəqqinin olmamasından məyusdur - Rubio
Dünən, 16:14
Bu, sanki Allaha rüşvət verməkdir - Elşad Miri
Dünən, 16:13
Generalın adı ilə 2500 manatlıq dələduzluq edildi - TƏFƏRRÜAT
Dünən, 16:12
Bakcell istifadəçiləri bu tətbiqdən pulsuz istifadə edəcək - DİQQƏT!
Dünən, 16:09
Bakıda həbs edilən ruslar fərari imiş
Dünən, 16:04
ADY-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub - AÇIQLAMA
Dünən, 16:00
Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər - Rusiya XİN
Dünən, 15:59
AYNA-nın növbəti OYUNU – Sürücüləri zinhara gətirən parklanma sistemi NİYƏ DƏYİŞMİR?
Dünən, 15:57
Telli Pənahqızı bu TV-nin rəhbəri oldu - BUNDAN SONRA...
Dünən, 15:55
“Daşnaksütyun” Paşinyanın hədəfində: - Bu təmizləmə yox, erməni xalqını xilasetmə cəhdidir
Dünən, 15:52
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib
Dünən, 15:49
Paşinyan Əbu-Dabidə: - Manukyanın evində axtarış aparılır
Dünən, 15:48
Güney Qafqazda Əbu-Dabi yelləri... - GƏLİŞMƏ
Dünən, 15:44
Xüsusi təyinatlılar azərbaycanlılara görə şöbələrə hücum etdi - TƏFƏRRÜAT
Dünən, 15:41
Ermənistan Əbu-Dabi görüşündə yaranmış tarixi şansı əldən verməməlidir - RƏY
Dünən, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru