Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində şok özbaşınalıq – Əlikram Əliyevə ağır ittihamlar – Dövlətin pullarının talan olunduğu daha bir ünvan
Tarix: 15-10-2014, 10:11 | Çap et
 DİA.AZ: - Redaksiyamıza bir qrup mədəniyyət işçiləri adından müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:
“Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində dözülməz vəziyyət daha da gərginləşməkdədir. Təcrübəsiz idarəçilik, insanlarla kobud, alçaldıcı davranış hamını, direktorlardan tutmuş adi işçiyədək bezdirmişdir.
İdarədə fəaliyyət göstərən şöbələrdən biri Mədəniyyət siyasəti şöbəsidi. Maraqlı orasıdır ki, Bakı şəhərində fəaliyyət göstərən bütün muzeylərə, mədəniyyət mərkəzlərinə, kitabxanalara rəhbərlik edən bu şöbənin müdiri Gülnarə Seyidovanın ixtisası biologiya müəllimidir. Sübut kimi bu linkə baxa bilərsiniz: http://az.baku-art.com/index.php?newsid=37 Məgər son illərdə mədəniyyət sahəsinə artan dövlət qayğısını Əlikram Əliyev bu cürmü anlayıb? Məgər Azərbaycanda ixtisaslı kadr yoxdurmu ki, biologiya müəllimi paytaxt Bakının mədəniyyət sahəsinə nəzarət edir?
Bu azmış kimi Əlikram Əliyev həmin biologiya müəlliməsini özünün müavini vəzifəsinə təyin etdirib. Artıq Dövlət Qulluğu məsələləri komissiyası ilə razılığa gəlinib. Bu proses isə aydın məsələdir ki, hansı yollarla baş tutub.
Halbuki İdarəyə yeni müavin təyin olunub. DÖVLƏT MƏŞĞULLUQ XİDMƏTİnin köhnə rəis müavini Nazim Novruz oğlu Əliyev İdarəyə yenicə müavin vəzifəsinə təyin edilmişdir. Lakin Ə.Əliyev yeni təyin olunmuş müavini qəbul etmir. Hətta bu yaxın günlərdə musiqi məktəblərinin direktorlarının iştirakı ilə keçirilən iclasda da, digər kollektiv iclasda da yeni müavin dəvət olunmamışdır. Ümumiyyətlə keçirilən iclaslara müavinin qatılmasına Ə.Əliyev qadağa qoyub. Hətta İdarənin rəsmi internet səhifəsində də yeni müavinin adı yerləşdirilməyib.
Büdcə vəsaitlərinin talanması isə adi hala çevrilmişdir. Direktorlar ancaq sənədlərə qol çəkir, maliyyə vəsaitlərini və ya alınan avadanlıqları gördüm deyən tapılmaz. Buna əmin olmaq üçün aidiyyatı maliyyə qurumlarının İdarədə yoxlama aparmaları kifayətdir. Kiçik mədəniyyət obyektlərinə fantastik sayda və qiymətdə il ərzində eyni adlı avadanlıq və inventarların sənəd üstündə alınmasını artıq hamı adi qarşılayır. Nəticədə isə dövlət büdcəsindən küllü miqdarda vəsaitlər məlum insanların cibinə axır. Maliyyə yoxlamalarının nəticəsini isə Əlikram Əliyev "müəyyən" yollarla dəyişməyə nail olur. Bunu hətta məclislərin birində də etiraf edib. Bu barədə məlumat da bu yaxınlarda mətbuatda yayılmışdır.
Hər təqvim ilinin sonunda mədəniyyət evlərinə, klublara, musiqi məktəblərinə, kitabxanalara, muzeylərə zorla və məcburi Yeni il şənliklərinə biletlər satılır. İmtina etmək isə qadağandır. Əks halda biletləri almaqdan imtina edən direktorlara müxtəlif bəhanələrlə yoxlama göndərilir və onlara gözdağı verilir.
Dəfələrlə deyilib, bir daha da bildiririk ki, İdarənin tabeliyində olan və şəhərin mərkəzində yerləşən kitabxana binalari satılır. Təzəliklə isə Sahil metrostansiyasının yaxınlığında yerləşən Seyidzadə adına kitabxananın bir hissəsi satıldı. Nəsimi bazarının yaxınlığında yerləşən Sarabski adına mədəniyyət evi də uzun müddətdir ki boşaldılıb və yeni sahibini gözləyir.
İdarənin tabeliyində işləmək üçün isə mütləq 1000-3000 manat arasında məlum insanlara hörmət etməlisən. Bu işi isə İdarənin rəisi Mədəniyyət siyasəti şöbəsinin müdirinə həvalə edib. Musiqi məktəblərinin direktorları isə onlarla işləyəcək müəllimləri işə götürə bilməzlər. Direktorların bu səlahiyyətləri də əllərindən alınıb. Və bu məsələdə dəfələrlə ciddi narazılıq baş verib. Bir sözlə illərlə pedoqji stajı olan məktəb direktorları səlahiyyətsiz insanlara çevriliblər.
Biz mədəniyyət işçilərini narahat edən və Nazirlikdən, həmçinin Bakı şəhər İH-dən narazı salan əsas məsələ odur ki, nəyə görə bu qədər haqsızlıqlara, ədalətsizliklərə nazir Əbülfəs Qarayev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bir dəfə də olsun reaksiya verməyib və aidiyyəti üzrə maliyyə yoxlamaları aparılmayıb.
Məqsədləri və maraqları nədir görəsən?”
DİA.AZ olaraq qarşı tərəfin də bu ittihamlara münasibətini işıqlandırmağa hazırıq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Netanyahunun oğlunun toyu təxirə salındı
Bu gün, 18:04 |
|
|
|
• İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Bu gün, 18:01 |
|
|
|
• Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Bu gün, 17:17 |
|
|
|
• İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Bu gün, 17:05 |
|
|
|
• İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Bu gün, 16:57 |
|
|
|
• Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 16:43 |
|
|
|
• İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Bu gün, 16:34 |
|
|
|
• İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Bu gün, 16:32 |
|
|
|
• Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Bu gün, 16:29 |
|
|
|
• İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Bu gün, 16:18 |
|
|
|
• AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Bu gün, 16:17 |
|
|
|
• “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Bu gün, 13:45 |
|
|
|
• Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Bu gün, 13:41 |
|
|
|
• Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Bu gün, 13:14 |
|
|
|
• İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Bu gün, 13:08 |
|
|
|
• Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
• İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Bu gün, 13:02 |
|
|
|
• "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:56 |
|
|
|
• “Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Bu gün, 12:52 |
|
|
|
• Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• “Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Bu gün, 12:43 |
|
|
|
• SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Bu gün, 12:37 |
|
|
|
• “Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Bu gün, 12:28 |
|
|
|
• Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Bu gün, 12:19 |
|
|
|
• İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Bu gün, 12:16 |
|
|
|
• Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Bu gün, 11:55 |
|
|
|
• Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• "Mənim üçün çox çətin bir dönəm başlayır"
Bu gün, 11:50 |
|
|
|
• Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Bu gün, 11:42 |
|
|
|
• Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Bu gün, 11:35 |
|
|
|
• İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Bu gün, 11:27 |
|
|
|
• YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Bu gün, 11:08 |
|
|
|
• Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Bu gün, 11:06 |
|
|
|
• II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Bu gün, 10:55 |
|
|
|
• Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Bu gün, 10:50 |
|
|
|
• "Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Bu gün, 10:38 |
|
|
|
• "İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Bu gün, 10:33 |
|
|
|
• İranın kamikadze dronları İsraildəki hədəfləri vurub - KİV
Bu gün, 10:30 |
|
|
|
• Bakıya “dostcasına” təzyiq: AŞ ünvanı yenə səhv saldı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:29 |
|
|
|
• İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
Bu gün, 10:23 |
|
|
|
• Dollarla bağlı GÖZLƏNİLMƏZ ADDIM: Manat UCUZLAŞACAQ? - AKTUAL
Bu gün, 10:18 |
|
|
|
• Ağdamda ACINACAQLI DURUM - vətəndaş HARAY ÇƏKDİ
Bu gün, 10:16 |
|
|
|
• İran-İsrail toqquşması: Kim kimin TƏRƏFİNDƏDİR.... - SİYAHI
Bu gün, 10:07 |
|
|
|
• Bakıda kollec direktoru vəzifədən GETDİ - AÇIQLAMA
Bu gün, 10:05 |
|
|
|
• Azərbaycan xalqının Qurtuluş Günü - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
• 38 nəfər "qanuni oğru" məhkum edildi: Aralarında azərbaycanlı da var - FOTO
Bu gün, 09:51 |
|
|
|
• Neft-qaz sektorunda MAAŞ PARADOKSU - ÖZƏL ŞİRKƏTLƏR AZALDIR, DÖVLƏT İSƏ ARTIRIR
Bu gün, 09:47 |
|
|
|
• İranda Mossad casuslarının maşınları ələ keçirildi - İçindən nələr çıxdı?
Bu gün, 09:41 |
|
|
|
• Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
Bu gün, 09:39 |
|
|
|
|