Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir .....                     “Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb .....                     Ermənistan hələ də Rusiyanın qucağından düşməyib .....                     Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir .....                     Energetika sanatoriyasında enerji problemi .....                     Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? .....                     “Aparıcı da onların səviyyəsindədir” .....                     Burada baş həkim QOÇULUQ EDİR .....                     İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək .....                     "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" .....                     Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik .....                     Putin İsrailin İrana hücumunu şərh edib .....                     İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər .....                     Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir .....                     Xalq artistindən rep deyən Alim Qasımova .....                     Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? .....                     Azərbaycan İrandan təxliyələrə .....                     Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? .....                     Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub .....                     Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, .....                     Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək .....                     Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     İsrailli ekspertdən qalmaqallı açıqlama .....                     İsrail elə hazırlaşıb ki... .....                     Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır .....                     Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu .....                     Bir manata görə "parkovşik"lər dalaşdı: .....                     Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi .....                     Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. .....                     Ermənistanın “balans oyunu”: .....                     “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… .....                     Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi .....                     Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı .....                     İsrail hücumunda onların ailə üzvləri də öldürülüb .....                     “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi .....                     Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb .....                     Öldürülənın yerinə TƏYİNAT VARSA... .....                     Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır .....                     SEPAH-ın bu generalları da öldürüldü .....                     Expressbankın İdarə Heyətinə yeni təyinat olub .....                 

Əmrullayevin yarıtmaz KADR SİYASƏTİ... - NƏ ETMƏLİ?
Tarix: Dünən, 10:50 | Çap et

Müəllimlərin nüfuzu ilə bağlı müzakirələr son dövrlərdə daha da intensiv xarakter alıb. Sosial şəbəkələrdə və mətbuat səhifələrində məktəblərlə, müəllimlərlə bağlı yayılan neqativ xəbərlər artıq təkcə fərdi halları deyil, bütöv təhsil sisteminin imicini zədələmək həddinə çatıb. Son olaraq bir bölgə məktəbində müəllimə üzük bağışlanması ətrafında yaranan qalmaqal bir daha göstərdi ki, bu kimi hadisələrə münasibət birmənalı deyil: bəziləri bunu korrupsiya elementi kimi təqdim edərkən, digər kəsim müəllimlərin ictimai linçə məruz qaldığını vurğulayıb.
Milli Məclisin üzvləri – Elm və təhsil komitəsinin deputatları Ceyhun Məmmədov və Elçin Mirzəbəyli də məsələyə münasibət bildirərək, problemin yalnız müəllimlərlə məhdudlaşmadığını, sistematik və hüquqi boşluqların, o cümlədən reket jurnalistikanın bu prosesə ciddi təsir etdiyini qeyd ediblər. Onların fikrincə, mediada müəllimlərin davamlı olaraq hədəf seçilməsi yalnız fərdi səhvləri qabartmaq deyil, eyni zamanda pedaqoji peşənin nüfuzuna və gələcək nəsillərin təlim-tərbiyəsinə mənfi təsir göstərir.
Cəmiyyətdə müəllimə həddindən artıq yüklənildiyini vurğulayan Ceyhun Məmmədov qeyd edib ki, mətbuat müəllimin nüfuzunu qorumalıdır: “Bir müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır”.
Elçin Mirzəbəyli isə deyib ki, təhsil sahəsindəki problemlər həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Millət vəkilinin sözlərinə görə, rayonların birində baş verən son hadisə ilə bağlı videonu media nümayəndələri yox, prosesin içində iştirak edən şəxslər çəkiblər, paylaşıblar: “Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Eyni zamanda rüşvət formasında müəllimə üzük hədiyyə edən insan da məsuliyyət daşıyır. Bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Mediada yalnız mövcud olan hadisənin üzə çıxması yer alıb. Lakin məsələnin hüquqi tərəfləri var. Media neqativ hallara yol verirsə, normativ hüquqi aktlara uyğun olaraq onun fəaliyyəti tənzimlənməlidir və bu problemlərin ortaya çıxması üçün zəmin yaradılmamalıdır. Bu boşluqlar ola-ola xüsusilə regionlarda olan məktəblər bizim daim zamanında mübarizə apardığımız reket jurnalistika ilə çox yaxından əməkdaşlıq edir. Reket jurnalistikanı yemləyən yerlərdəki, regionlardakı həmin şəxslər, məktəb direktorları, təhsil müəssisələrinin rəhbərləridir”.
 
Mövzuya münasibət bildirən siyasi şərhçi Azər Həsrət də Sherg.az-a açıqlamasında son illər sosial media platformalarında və bəzi kütləvi informasiya vasitələrində məktəblərlə, müəllimlərlə bağlı yayılan məlumatların sayı kəskin şəkildə artmasından şikayətlənib:
“Təəssüf doğuran məqam isə odur ki, bu məlumatların əksəriyyəti ilkin araşdırma aparılmadan, hadisənin bütün tərəfləri dinlənilmədən və ya mötəbər mənbələrə istinad olunmadan ictimaiyyətə təqdim olunur. Bunun nəticəsində müəllimlərin cəmiyyətdəki nüfuzu ciddi şəkildə zədələnir, təhsil ocaqları haqsız yerə ləkələnir və bütövlükdə təhsil sisteminə olan ictimai inam sarsılır. Məktəb və müəllimlərlə bağlı yerli-yersiz paylaşımlar artıq narahatedici həddə çatıb.
Əlbəttə, cəmiyyətin məlumat alma haqqı var. Lakin bu hüquq peşə etikası, obyektivlik və balans prinsipləri çərçivəsində təmin olunmalıdır. Media nümayəndələri sensasiya xatirinə, klik sayı və reytinq uğrunda müəllimləri linç etməməli, hadisələrin arxasında dayanan səbəbləri araşdırmadan qərəzli informasiyalar yaymamalıdır. Bu cür yanaşma təkcə fərdi müəllimləri deyil, ümumilikdə müəllimlik peşəsini, onun nüfuzunu sual altına salır. Unutmaq olmaz ki, müəllim nüfuzunun zədələnməsi cəmiyyətin gələcək nəsillərinə, yəni uşaqlarımıza birbaşa təsir edir.
Bu kimi halların qarşısının alınması ilə bağlı dəfələrlə çağırışlarım olub ki, məktəblər, müəllimlər, şagirdlərlə bağlı informasiyalara həssas yanaşmaq, araşdırmadan tirajlamaq düzgün deyil. Çox təəssüflər ki, sensasiya axtarışında olan media orqanları bu çağırışları qulaqardına vururlar”.
 
A.Həsrətin sözlərinə görə, bu prosesdə dövlətin təhsil siyasətinə rəhbərlik edən qurumların da məsuliyyəti az deyil:
“Əgər hansısa müəllimə inzibati cəza tətbiq olunubsa, bu məsələnin dərhal mediaya sızdırılması və ya rəsmi şəkildə ictimailəşdirilməsi hansı məqsədə xidmət edir? Daxili inzibati tədbirlərin mediaya ötürülməsi nəticəsində həmin müəllim haqqında cəmiyyətdə mənfi rəy formalaşır. Halbuki, bu cür məsələlər qapalı şəkildə, peşəkar prosedurlarla, müəllimin hüquqları qorunmaqla aparılmalı, nəticəsi yalnız zəruri hallarda ictimaiyyətlə paylaşılmalıdır. Bu baxımdan hesab edirəm ki, təhsil sahəsindəki problemlər məktəblərdən yox, məhz təhsil qurumlarında çalışan insanların qeyri-peşəkarlığından qaynaqlanır.
Bu qurumlarda çalışan insanların əksəriyyəti 1 saat belə olsun dərs deməmiş, sinif otağına girməmiş adamlardır. Təhsil sahəsindəki ciddi struktur problemlərdən ən böyüyü də məhz idarəçi və rəhbər vəzifələrdə olan şəxslərin əksəriyyətinin pedaqoji təcrübəyə malik olmamasıdır. Bir çox hallarda sinif otağına heç vaxt daxil olmayan, müəllim peşəsinin mahiyyətindən uzaq olan şəxslər məktəblərə, müəllim kollektivlərinə rəhbərlik edir, onlara göstəriş verir. Belə bir vəziyyətdə real problemlərin düzgün təhlili, effektiv qərarların verilməsi və təhsildə keyfiyyətin yüksəldilməsi mümkün deyil”.
Təhsil sahəsinin idarə olunmasında yalnız nəzəri biliklər yetərli deyil – burada praktik təcrübə, sinif mühiti ilə təmas, pedaqoji instinkt və insani yanaşma əsas amillərdir. Müəllimin nüfuzunu qorumaq hər bir vətəndaşın borcudur. Təhsil qurumlarında çalışan vəzifəli şəxslərin isə birbaşa vəzifəsidir. Biz isə əksini görürük: vətəndaşlar da, təhsilə məsul qurumların vəzifəli işçiləri də müəllimlərin üzərinə yüklənirlər. Cəmiyyət olaraq anlamalıyıq ki, müəllimin nüfuzu zəiflədikcə, uşaqların gözündə nümunəvi fiqurlar da dəyərsizləşir. Əgər müəllim hörmət görmürsə, onun sözünə etibar edilmir, nüfuzu sosial mediada lağ obyektinə çevrilirsə, bu vəziyyət gələcək nəsillərdə təhsilə və öyrənməyə münasibəti mənfi şəkildə formalaşdıracaq. Bu səbəbdən, həm media nümayəndələrini, həm təhsil idarəçilərini, həm də valideynləri və digər vətəndaşları bu məsələyə daha həssas yanaşmağa çağırmaq vacibdir. Müəllimlərin nüfuzunun qorunması yalnız bir peşənin müdafiəsi deyil – bu, cəmiyyətin gələcəyinə, onun mədəni və intellektual inkişafına edilən ən vacib sərmayələrdən biridir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ ev “SpaceX” şirkəti ilə dövlət müqavilələrini yenidən nəzərdən keçirir - Reuters
Bu gün, 07:50
“Muğan Bank” jurnalisti soymaq fikrinə düşüb - “Sələmçilər belə etmirlər”
Bu gün, 07:48
Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09
Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03
Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02
Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51
“Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48
Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43
İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34
"Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32
Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27
Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24
İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18
Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12
Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41
Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34
Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06
Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57
Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54
Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49
Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47
İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45
İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40
Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29
Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25
Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24
Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20
Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19
Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11
“Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04
Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01
Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56
İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55
“FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52
Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49
Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43
Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40
SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25
Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34
Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32
Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29
İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28
İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24
Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22
Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Dünən, 15:18
“İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Dünən, 15:14
Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:09
AZAL 3 şəhərə uçuşları ləğv edib
Dünən, 14:59
Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru