Dövlət tenderini qazanan şirkətin vergi borcu var – Direktorlar Şurasının üzvü Həsən Rzayevdir
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin borularda baş verə biləcək qəzalara qarşı təmir xamutlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi "SOFCON GROUP S.R.O"-nun Azərbaycan Respublikasındakı filialı olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 419.978,17 manat məbləğində müqavilə bağlanacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan şirkətin dövlətə 114.288,59 manat məbləğində vergi borcu var. Şirkətin Direktorlar Şurasının üzvü Həsən Rzayevdir.
Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub.