Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ - Yüzlərlə vətəndaş işsiz qaldı...
Tarix: 26-05-2020, 08:02 | Çap et
 COVİD-19 pandemiyası səbəbindən yaranmış məlum vəziyyət diğər sahələrdə olduğu kimi neft sektoruna da təsirsiz ötüşmədi. Neftin qiymətinin gözlənilmədən düşməsi və dünya satış bazarındakı azalmalar əsasən özəl şirkətləri silkələdi. Amma bu o demək deyil ki, illərdir Azərbaycanda milyonlar qazanan şirkətlər bu vəziyyətdən istifadə edib insanları işsiz qoymalıdır.
Ölkə başçısı İlham Əliyev bütün çıxışlarında bu dönəmdə insanların işdən çıxarılmasının yolverilməz olduğunu dəfələrlə bildirib, yerli və xarici şirkətlərə belə bir addım atmamağı tövsiyə edib.
Amma gələn xəbərlər heç də ürəkaçan deyil.
Bizimxeber.az-a daxil olan məlumata görə, uzun illərdir Azərbaycanın özəl neft sektorunda fəaliyyət göstərən ruslara məxsus "Global Energy Azerbaijan Group"a ("GEA") daxil olan “Shirvan Drilling Limited” şirkəti bağlanıb. Bu səbəbdən də şirkət 300-dən çox azərbaycanlı işçini ixtisara salıb.
Şirkətdə çalışan fəhlələrin redaksiyaya verdiyi məlumata görə, 2019-cu ildə "Karasu Operating Company", "Neftechala Operating Company" və "Shirvan Operating Company" şirkətlərinin işçiləri yeni yaradılan “Shirvan Drilling Limited” adlı şirkətə köçürülüblər.
Köhnə şirkətdən çıxdıqları üçün işçilərə kompensasiya ödənilməyib. Hətta onları məcbur ediblər ki, ərizə yazaraq öz köhnə işlərindən çıxsınlar.
Cəmi 8 ay fəaliyyət göstərdikdən sonra “Shirvan Drilling Limited” də bu günlərdə fəaliyyətini dayandırıb. Hazırda şirkət rəhbərliyi dünya bazarında neftin qiymətinin düşməsini, satış barelinin azalmasını bəhanə gətirərək işçilərin bir qismini işdən çıxarıb.
Məlumatda qeyd olunur ki, işdən çıxarılanların 286 nəfəri "Karasu Operating Company" və "Shirvan Operating Company"nin, 41 nəfəri isə "Neftechala Operating Company"nin əməkdaşlarıdır.
İşçilərin dediyinə görə, çıxarılanlar arasında pensiya yaşına çatmayan xeyli təcrübəli neftçi var. Hətta onların əksəriyyəti 20-30 illik iş stajına malikdirlər. Bununla yanaşı “Shirvan Drilling Limited” yaranan vaxt ətraf rayonlardan heç bir təcrübəsi və iş stajı olmayan şəxslər işə götürülüb. Qəribə məqam budur ki, şirkət başqa rayondan olan işçilərin müqavilə müddətini uzatsa da, Şirvan və Neftçala rayonunda yaşayan işçiləri kənarda saxlayıb. Bu isə neftçilər arasında ciddi narazılıq yaradıb. Başqa rayonlardan gələn insanlar Neftçala və Şirvan ərazisində neftç çıxarır, bu rayonun uzun illərlə təcrübəsi olan, ailəsini bu əməklə dolandıran neftçilər işsiz qalsın. "Bu hansı məntiqdir" sualına cavab verən yoxdur.
Məsələnin ən acınacaqlı tərəfi odur ki, əslən şirvanlı olan və bu rayondan millət vəkili seçilən İltizam Yusifov hazırda “Shirvan Operating Company” şirkətində vitse-prezidentdir. İşçilərin bildirdiyinə görə, İ.Yusifov millət vəkili olduğu halda işdən çıxarılan həmyerlilərinin hüquqlarının bərpa olunması ilə bağlı heç bir addım da atmır. Özünə yaxın olan 1-2 nəfəri işə bərpa etməklə öz vəzifəsini icra etmiş sayır.
GEA Vircin adalarının Britaniyaya aid hissəsində qeydə alınmış "GCM Global Energy Plc." şirkətinin filialıdır. Əvvəllər bu şirkət "Russneft"in offşor törəmə şirkəti kimi fəaliyyət göstərib. Sonradan isə adını dəyişərək "Global Energy" şirkətinə çevrilib. "Global Energy"nin sahibi isə çeçen əsilli rusiyalı sahibkar Mixail Safarbekoviç Qutseriyevdir.
GEA Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət sayılır və Azərbaycanda 5 Hasilatın Pay Bölgüsü (PSA) sazişinin operatorudur. Həmin sazişlər bu şirkətlər vasitəsilə idarə olunur: "Absheron Operating Company", "Binagadi Oil Company", "Karasu Operating Company", "Neftechala Operating Company" və "Shirvan Operating Company".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47 |
|
|
|
| • "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43 |
|
|
|
| • Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
| • Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37 |
|
|
|
| • "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35 |
|
|
|
| • Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28 |
|
|
|
| • Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20 |
|
|
|
| • Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16 |
|
|
|
| • 500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12 |
|
|
|
| • "Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00 |
|
|
|
| • Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58 |
|
|
|
| • Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52 |
|
|
|
| • Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32 |
|
|
|
| • Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30 |
|
|
|
| • Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27 |
|
|
|
| • Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25 |
|
|
|
| • Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20 |
|
|
|
| • Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15 |
|
|
|
| • Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00 |
|
|
|
| • Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59 |
|
|
|
| • Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52 |
|
|
|
| • Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49 |
|
|
|
| • Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Dünən, 13:44 |
|
|
|
|