Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                 

Anar Kərimov Ağstafanı KİMƏ TAPŞIRIB? - İTTİHAM
Tarix: 5-04-2021, 08:56 | Çap et
Anar Kərimov Ağstafanı KİMƏ TAPŞIRIB?
Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam əsasında, Anar Qabil oğlu Kərimov 05 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin olunur. Adı çəkilən bu şəxsin belə bir vəzifəyə təyin olunması, əslində cəmiyyətdə, ələlxüsus bu sahədə çalışan hər kəsin düşüncəsində Azərbaycan mədəniyyətinin inkişafına, yeniliklərə və dirçəlişə olan ümidləri bir qədər artırdı. Faktdır ki, Anar Kərimov vəzifəsinin icraasına başladıqdan az sonra bir çox addımlarını atdı ki, həmin addımlardan biri də həyata keçirilən kadr dəyişiklikləri oldu. Yəni, o, həm Nazirlikdə, həm də digər mədəniyyət qurumlarında müəyyən vəzifələrə gənc, perespektivi kadrların təyin olunmaları haqda əmrlər imzaladı. Məsələn, Anar Kərimovun imzaladığı əmr əsasında 1986-cı ildə anadan olan, 2007-ci ildə Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə bakalavr təhsilinə yiyələnən, 2009-cu ildə “Təbiətşünaslığın fəlsəfəsi” üzrə magistr adına sahib olan, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr dərəcələrini başa vuran, ilk əmək fəaliyyətinə 2006-cı ildə “Ədalət” qəzetində məsləhətçi vəzifəsini daşımaqla başlayan, 2009-2021-ci illər ərzində Mədəniyyət Nazirliyinin Aparatında müxtəlif vəzifələrdə çalışan, MDB-nin “Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurası”nın üzvü olaraq 2019-cu ildə Azərbaycanın sədrliyi dövründə ölkəmizi təmsil edən, qardaş Qazaxıstan Respublikasının alimi Nemət Kelimbetovun “Türk xalqlarının qədim ədəbi abidələri” kitabının Azərbaycan dilinə həmtərcüməçisi olan Əli Elbəy Akif oğlu Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunur. Bəli, buradan görünür ki, 35 yaşlı Əli Elbəy müəyyən qədər həyat yolu keçən, müəyyən qədər idarəçilik təcrübəsi toplayan şəxsdir.

Bütün bunlara baxmayaraq, son 4-5 gündür ki,araz.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi incəlikləri haqda xeyli məlumatlar çatdırılmaqda davam edir. Məsələn, daxil olan məlumatlarda qeyd olunur ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi hər hansı bir sənədə imza atmaq, hansısa sənədi əldə etmək, yaxud da hansısa rəhbər şəxsə şifahi tapşırıq vermək və s. məqsədilə, təqribən 30 km aralı məsafədə yerləşən və Tovuz rayonunun mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin gündəlik Ağstafaya gəlmələrini tələb edir. Bundan əlavə, o, ötən illər ərzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan və bu sahədə kifayət qədər təcrübə toplayan şəxslərdən bəzilərini işdən çıxarır, ailə üzvləri ilə eyni müəssisədə çalışan şəxsləri isə, başqa müəssisələrdə işlə təmin etmək qərarına gəlir. O halda sual oluna bilər ki, görəsən cənab Əli Elbəy, hansı qanunun tələbini əsas tutaraq belə bir addımını atır? Məgər, qanun valideyn ilə övladın (sıravi işçi olaraq) eyni müəssisədə çalışmasını qadağan edirmi?

Digər tərəfdən, bu gün ölkəmizdə koronovirus infeksiyasının varlığı səbəbindən hər kəsin bir-biri ilə ara məsafəsi saxlaması, maska taxması, spirtdən istifadə etməsi, mümkün qədər gigiyena qaydalarına əməl etməsi və s. istiqamətində maarifləndirici təbliğati işlər həyata keçirilir. Bütün bunlara baxmayaraq, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Tovuzun mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin gündəlik Ağstafaya gəlmələrini tələb edir. O halda sual oluna bilər ki, müasir texnologiyanın inkişaf etdiyi indiki vaxtda sadə bir sənədin əldə olunması, yaxud da rəhbər şəxslərə hansısa tapşırığın verilməsi və s. görəsən o qədərmi çətin məsələdir ki, 35 yaşlı Əli Elbəy belə bir addımını atmağa daha çox üstünlük verir? Söylənilənlərə görə, Ağstafa Regional Mədəniyyət İdarəsi rəisinin atdığı addımlardan biri də, mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin imzlamalı olduqları əmrləri, məhz onun özünün imzalaması olur. Baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, deyəsən cənab Anar Kərimovun təyin etdiyi bu kadrın idarəçiliyində yavaş-yavaş “çatvermələr” baş verir. Sual oluna bilər ki, görəsən bu yöndə baş verənlərdən mədəniyyət naziri vəzifəsini icra edən cənab Anar Kərimovun xəbəri varmı, yaxud da o, Regional Mədəniyyət İdarəsinin rəisinə belə bir addımlarını atmaqla bağlı hansısa tapşırığını veribmi? Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Yaxın günlərdə yeni açıqlamalarla çıxış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Mövzunu diqqətdə saxlayacağıq.

araz.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Dünən, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Dünən, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Dünən, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Dünən, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Dünən, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Dünən, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Dünən, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Dünən, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Dünən, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Dünən, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Dünən, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Dünən, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Dünən, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Dünən, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Dünən, 14:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru