ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                 

Əmrullayevin BİABIRÇI TƏHSİL LÖVHƏLƏRİ... - BUNA NƏ DEYİRSİNİZ?
Tarix: 29-03-2022, 09:09 | Çap et
Əmrullayevin BİABIRÇI TƏHSİL LÖVHƏLƏRİ...
Azərbaycanda təhsil adına baş verən elə hadisələrin şahidi oluruq ki, sadəcə baş verənlərə təəssüflənməklə yetinmək olmur. Həm də təəccüb edirsən ki, hüquqi dövlətdə, islahatlar haqqında az qala hər gün şüarlar səsləndirilən bir ölkədə bu hallar necə baş verir.

Sizə paytaxtın iki məktəbi haqqında qısaca məlumat verəcəyik. Özünüz nəticə çıxarın, bunlar paytaxt Bakının məktəbləridirsə, görün ucqarlarda nələr baş verir. Başlayaq Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbdə baş verən film kimi olaylardan.

Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbdə baş verənlər barəsində az-çox məlumatı olanlar təhsil adına rəzalət sayıla biləcək bu kimi hallara indiyə qədər Təhsil nazirliyinin heç bir reaksiya verməməsinə sadəcə təəccüblənirlər. Hamının bildiyi və əzabını çəkdiyi nöqsanlar sanki bu məktəbdə baş vermir və direktor Emilya Səfərəliyeva təhsilin inkişafı naminə yorulmadan külüng çalır. Əslində mənzərə tamamilə fərqlidir və bir daha olanları nazirliyin, digər əlaqədar qurumların diqqətinə çatdırırıq ki, bəlkə nəhayət ki, insafa gəlib hərəkətə keçdilər.

Öncə ondan başlayaq ki, 60 saylı məktəbdə “şirinlik xəstəliyi” geniş yayılaraq az qala pandemiya halını alıb. Burada “şirinlik” verməsən heç bir iş görə bilməzsən. Bayramlarda, əlamətdar günlərdə məktəb rəhbərliyi valideynləri heç vaxt unutmur. Düşünməyin ki, valideynləri toplayıb təbrik edirlər. Əsla, belə günlərdə valideynlər əməlli-başlı xərcə düşürlər ki, nəticədə bayramlar onların yaddaşında əbədi həkk olur. Valideynlər bayramlar bir yana, direktorun, müavinlərin, bəzi zirək sinif rəhbərlərinin də ad günlərini əzbər bilirlər ki, sonra “şirinliyini” verməz, üzqaraçılıq olar.
Aldığımız məlumatlara görə, heç müəllimlərin də gün-güzəranı valideynlərdən fərqlənmir. Valideynlər bayramlarda xərcə düşürlərsə, binəva müəllimlər hər ay xərcə düşürlər. Maaş gələndən sonra adı direktorun siyahısına düşməyən müəllimin vay halına.
Məktəbdə dərs saatları da müəllimlərin diaqnostik qiymətləndirmə ballarına uyğun aparılmır. Burada əsas rolu Emilya xanımın “balları” oynayır ki, bunun da qiymətini hər kəs bilir.

60 saylı məktəbin yuxarı siniflərində (əsasən 9, 10 və 11-ci siniflərdə) təhsil sırf direktorun biznes sahəsidir. Belə ki, hazırlıq kurslarına gedən şagirdlər dərsə gəlməmək müqabilində aylıq haqq ödəyirlər. Həmçinin yüksək qiymət almağın da haqqı başqadır.
Vəziyyət o həddə çatıb ki, hətta summativlərin keçirilməsi üçün də şagirdlər pul toplayırlar. Müəllimlər hər summativdə siyahı tutub şagirdlərdən summativlərin çapı üçün pul toplayırlar. Sual olunur ki, bəs məktəblərə ayrılan kağızlar hara sərf olunur ki, müəllimlər şagirdlərdən qəpik-quruş toplamağa məcbur edilirlər.
Baş verənlər təkcə 60 saylı məktəblə yekunlaşsaydı, sıradan bir nöqsan kimi susmaq olardı. Amma dəhşətlisi odur ki, paytaxtın hər məktəbinin öz dərdi var. Götürək elə Binəqədi rayon 248 saylı orta məktəbində baş verənləri. Bu məktəbin direktoru Xəyyam Fərəcovun əməllərinə diqqət yetirdikdə başa düşürsən ki, təhsil sistemində çox böyük boşluqlar və problemlər hökm sürür. Əks təqdirdə belə birisinin böyük bir təhsil ocağına rəhbərlik etməsinə yol verilməzdi. Əgər digər məktəb direktorlar rəhbərlik etdikləri təhsil ocaqlarını özəl müəssisələri hesab edirlərsə Xəyyam müəllim ümumiyyətlə 248 saylı məktəbi əyləncə mərkəzi hesab edir. Məsələn direktorun şagird və müəllimlərin gözü önündə öz müavininin ad günüdə tort kəsməsi nə dərəcədə düzgündür? Məlumatlara görə, Xəyyam Fərəcov məktəbə direktor təyin olunandan sonra onun sağ əlinə çevrilən müavini Reyhanə Qurbanova ilə birlikdə məktəbi gəlir yeri və əyləncə mərkəzinə çevirib. Şikayətçilər bildirir ki, belə görüntüləri ancaq toylarda görmək mümkündür. Hətta Xəyyam Fərəcovun müavini Reyhanə Qurbanovanın təmtəraqlı ad gününü keçirmək üçün müəllimlərdən pul yığması barəsində də məlumatlar verilir.
Bütün bunlara hardasa dözmək mümkündür. Amma...

Bax əsl həngamə də bu “amma”dan sonra başlanır. Xəyyam müəllimlə müavinin tort kəsib havalarda uçduqları vaxt ayaqları altında qalan Azərbaycan bayrağından belə xəbərləri olmur. Belə yerdə “gözü ayaqlarının altını görmür” ifadəsi yerinə düşür. Minlərlə şəhidlərimizin qanı bahasına zirvələrə ucalan bayrağımız Xəyyam Fərəcovun “Ömər Xəyyam” sayağı məclislərindən sonra ayaqlar altına atılırsa, burada günahkar kimdir? Bütün bunları görməzdən gələn Təhsil nazirliyimi, yoxsa bunlara rəvac verən əlaqədar qurumlarmı? Bütün bunları görən və susanların o müqəddəs bayrağın altında “məsud” yaşamağa haqqları çatırmı? Gələcək nəsillərin tərbiyəsi bunlaramı etibar edilib ?
Gördüyünüz kimi, təhsil sistemində aparılan az-çox islahatların 60 və 248 saylı məktəblərə heç bir aidiyyatı yoxdur. Burada “islahatları” direktor Emilya xanım və Xəyyam müəllim həyata keçirir ki, onun da Azərbaycan təhsilinə dəxli yoxdur. Yəqin ki, təhsil sisteminin başbilənləri nəhayət ki, bu məktəblərə də bir nəzər yetirərlər. Yoxsa vəziyyət rəhmətlik Sabir deyən kimidir :

Vah... bu imiş dərsi-üsuli-cədid ?!
Yox, yox, oğul, məktəbi-üsyandı bu !
Dur qaçaq,oğlum, baş-ayaq qandı bu!

Nicat Mahmudov
Rubrika.Az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru