BOKT “Falcon Finance” MMC 31 dekabr 2025-ci ilə olan hesabatını açıqlayıb.
Kommersant.az xəbər verir ki, sözügedən BOKT-un mənfəəti 1 il ərzində 12.5 dəfə azalaraq 61 min 577 manata düşüb.
Şirkətin cəmi aktivləri 1 il ərzində 664 min 606 manat artaraq 7 milyon 418 min manata çatıb. Bu artımın əsas səbəbi “Falcon Finance”nin müştərilərinə verdiyi kreditlərin 482 min manat artaraq 7 milyon 418 min manata çatmasıdır.
BOKT-un cəmi ödəlikləri 2024-cü ilin sonu ilə müqayisədə 726 min manat artaraq 5 milyon 436 min manata yüksəlib.
Qeyd edək ki, ilin əvvəlində verdiyi 308 min manatlıq kreditin 226 min manatı silinmiş borc olub. Yekunda şirkətin il sonunda 79 min manatlıq kreditinin 28.5 faizi və ya 22 min 680 manatı ümidsiz borclara (mərhələ-3) düşüb.









