Memarlıq və İnşaat Universitetində ŞÜBHƏLİ SEÇKİ MEYARLARI... - Son sözü rektor deyir...
Tarix: 7-06-2022, 08:48 | Çap et
 Bu gün ölkənin xüsusilə elm və təhsil ictimaiyyəti tərəfindən tez-tez müzakirə edilən və narazılıqla müşayət olunan mövzulardan biri də ali məktəblərdə kafedra müdiri və dekan vəzifələrinin kimlər tərəfindən tutulmasıdır. Məlum olduğu kimi, ölkəmizdə 2017-ci ildən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” qüvvəyə minib. Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiqlənən bu Qaydalara əsasən ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini kimi vəzifələrdə çalışmaq istəyən şəxslərin qarşısında konkret tələblər qoyulur. Əlbəttə ki, son nəticədə hər bir universitetdə qeyd olunan vəzifələrin tutulması seçkilər yolu ilə baş verəcək. Lakin bu seçkilərə öz namizədliklərini irəli sürən şəxslər ilk növbədə məhz qaydalarda qeyd olunan tələblərə cavab verməlidirlər. Qaydalarda isə bildirilir ki, ali təhsil müəssisələrində kafedra müdiri vəzifəsinə seçkilərdə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Gəlin etiraf edək ki, irəli sürülən tələblər kifayət qədər sanballıdır və bu tələblərə cavab verən namizədlərin çalışdıqları müəssisələrdə həm elm, həm də təhsil sahəsinin inkişafına dəyərli töhfələr verəcəyini gözləmək olar. Amma təəssüflər olsun ki, bir çox hallarda bu tələblər sadəcə formal xarakter daşımaqla, universitetlərdə kafedra müdirlərinin seçkilərində heç bir real təsir qüvvəsinə malik olmurlar... Məsələn, bizə daxil olan məlumatlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kafedralarına rəhbərlik edən əksər şəxslərin TN tərəfindən təsdiq olunmuş Qaydaların tələblərinə qətiyyən cavab vermədikləri bildirilir. Mənbələr tərəfindən iddia olunur ki, AzMİU-nun bir sıra kafedra müdirləri indiyədək nə bir elmi-tədqiqat işinin, nə bir tədris-metodiki vasitənin, nə də bir dərs vəsaitinin müəllifi belə olmayıblar.Əlbəttə, bu vəziyyət qətiyyən sözügedən universitetin elmi potensialının digər universitetlərdən aşağı olmasına dəlalət eləmir. Əksinə, bu gün AzMİU-da çalışan bir çox müəllim-professor heyətinin yüksək peşəkarlığı, dərin elmi bilikləri və zəngin təcrübəsi universitetin elmi-tədris fəaliyyətini səmərəli şəkildə təşkil etməyə kifayət edər.
Sadəcə məsələ bundadır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar Gülçöhrə Məmmədova nədənsə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kafedra müdirlərində tamamilə fərqli kriteriləri qiymətləndirir. Etiraf edək ki, bu kriterilərin dəqiq hansılar olduğu barədə tam təsəvvürümüz də yoxdur. Bununla belə üstünlük verilən meyarların AzMİU-da nə tədrisin keyfiyyətinə, nə də aparılan elmi araşdırmaların effektivliyinə heç bir müsbət təsiri olmadığı göz qabağındadır.
Universitetdən daxil olan məlumatlarda isə bildirilir ki, bu ali təhsil müəssisəsinin rektoru tərəfindən AzMİU-nun həqiqi elm xadimlərinə qarşı sanki bir dözümsüzlük nümayiş etdirilir. İddia olunur ki, G.Məmmədova 40-50 yaş arasında olan savadlı kadrların kafedralara rəhbərlik etməsini sanki istəmir.Əslində bu gün AzMİU-da rektor G.Məmmədovaya yaxın olan,dost-tanış şəxslər də kafedralara rəhbərlik edir.Daha onlar o kafedralara hardan, necə seçilmələri müəmmalıdır.Alimliyi şübhə doğuran, heç bir pedaqoji təcrübəyə malik olmayan,elmi-tədqiqat işləri,tedris-metodiki vəsaitləri plagiat hesab edilən şəxslərin kafedralara rəhbərliyi haqlı şəkildə söz-söhbətə yol açır. AzMİU-nun timsalında bu kimi hallar universitetlərin elmi potensialına güclü ziyan vurur.
Kafedra müdiri olmaq üçün adı seçki olan,hər halda formal xarakter daşıyan belə hallara qarşı isə ciddi ölçü götürülməsinin vaxtıdır.
FAKTİNFO.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|