Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

İsti yay günlərində Naxçıvanın SU ÇİLƏSİ... - Naxçıvan hakimiyyəti əhaliyə niyə belə divan tutur?
Tarix: 8-07-2022, 09:44 | Çap et
İsti yay günlərində Naxçıvanın SU ÇİLƏSİ...
Naxçıvanın 203 kəndi var. Bunun müqabilində 400-ə qədər irili-xırdalı çayı, 400-dən çox kəhrizi, yüzlərlə bulağı olan Muxtar Respublika əhalisi içməli su sarıdan əziyyət çəkir. Məhz bu səbəbdən hər il Azərbaycan prezidenti Naxçıvanda subartezian quyuları qazılması üçün milyonlarla manat vəsait ayırır. Hətta Yaponiya səfirliyi belə, Naxçıvan əhalisinin su ilə təchizatı üçün əlindən gələni edir. Belə ki, Yaponiya səfirliyi bir çox kəndlərdə subartezian quyuları qazıb istifadəyə verib. Üst-üstə hesablayanda az qala hər kəndə bir neçə çay, bulaq, kəhriz, hər iki kəndə bir su anbarı və ya göl düşür. Naxçıvan əhalisinin su problemi isə bitmək bilmir ki, bilmir.

Bunun əsas səbəblərindən biri Naxçıvanın quraq iqlimindən irəli gəlirsə, digəri Muxtar Respublikada sudan düzgün istifadə olunmamasıdır. Hesablamalara görə, Naxçıvanda olan çayların illik axınının 75 faizdən çoxu kənd təsərrüfatında istifadə edilmir. Digər tərəfdən, Muxtar Respublika quraqlıq zonada yerləşdiyindən bu bölgədə suyun buxarlanması səth axımından üç dəfə çoxdur. Üstəlik, Naxçıvanda yağmur miqdarı da digər rayonlarımızla müqayisədə xeyli aşağıdır. Bu da Naxçıvanda xüsusi arqotexniki meliorasiya tədbirləri həyata keçirməyi tələb edir. Azərbaycan prezidentinin və bir sıra dövlətlərin Naxçıvana ayırdığı vəsaitlə əslində bu problemi həll etmək mümkündür.

Təsəvvür edin ki, Naxçıvanda təkcə kəhrizlərin hesabına bu istiqamətdə ciddi addımlar atmaq olardı. Hər halda bunu biz yox, mütəxəssislər iddia edirlər. İqtisad elmləri doktoru, professor Nazim Əkbərov yazır: "Naxçıvanda 400-ə qədər kəhriz fəaliyyətdədir. Bunlardan 200-ə qədəri Şərurda, 100-ə qədəri Babəkdə, 60-a qədəri Ordubadda, 40-ı isə Naxçıvan şəhəri daxil olmaqla, Culfa və Şahbuz rayonları ərazisindədir.

Naxçıvanda olan kəhrizlərdən istifadə etmək üçün 3800-ə yaxın hidrotexniki qurğu işlədilməklə, 142400 metrdən artıq yeraltı kanal çəkilib. Bu kanallardan axıdılan suyun ümumi sərfi saniyədə 2000 kubmetrə çatır. Hazırda Naxçıvan şəhərində fəaliyyətdə olan kəhrizlərin suyundan istifadə olunmasına baxmayaraq, suların bir hissəsi lazımsız axıdılır. Şəhər əhalisinin içməli suya olan tələbatı tam ödənilmir. Hesablamalar göstərir ki, faydasız axıdılan kəhriz suyunun itkisi aradan qaldırılarsa, Naxçıvan şəhəri əhalisinin içməli suya olan tələbatı ödənilməklə yanaşı, ildə 2000-2500 hektara yaxın sahəni suvarmaq olar".

Naxçıvanda müxtəlif illərdə salınmış su anbarları və təbii göllər də var. Məlumata görə, Muxtar Respublikada 31 su anbarı, 90-na qədər irili-xırdalı göllər mövcuddur. Araz Su Anbarı istisna olmaqla, həmin göl və su anbarlarının ümumi həcmi 303,52 mln m3-dir. Torpaq sahələrinin əksər hissəsinin suvarılması su anbarları vasitəsilə həyata keçirilir. Su anbarlarının, demək olar, hamısı sovet hakimiyyəti illərində, biri isə 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilib.

Naxçıvanın əsas su anbarları və gölləri


Araz su anbarı

Araz su anbarı 1971-ci ildə istifadəyə verilib. İran İslam Respublikası və Azərbaycan Respublikası ilə birgə tikilmiş bu su anbarı, birgə də energetika və suvarma məqsədilə istismar olunur. Su anbarının ümumi həcmi 1254 mln m3, faydalı həcmi 1070 mln m3-dir. Su anbarının istismara verilməsi ilə Azərbaycan və İran tərəfinin 400 min hektar suvarılan sahələri su ilə təmin edilmişdir.

Arpaçay su anbarı

1977-ci ildə istismara verilmiş Arpaçay su anbarının tam həcmi 150 mln m3, faydalı tutumu isə 140 mln m3-dir. Muxtar respublika ərazisində 17370 hektar əkin sahəsini suvarır.

Heydər Əliyev su anbarı

Vayxır su anbarı da adlanır. Su anbarının ümumi həcmi 100 mln m3, faydalı həcmi 90 mln m3-dir,ümumi suvarma sahəsi 16830 hektardır.

Bənəniyar su anbarı

Bənəniyar su anbarı 1990-cı ildə istismara verilmişdir. Su anbarı Culfa və Babək rayonları ərazisində təxminən 4230 hektar əkin sahəsinin suvarılmasına imkan yaratmışdır. Əlincəçayı üzərində tikilən su anbarının həcmi 17,4 mln m3-dir.

Sirab su anbarı

1980-cı ildə istismara verilən Sirab su anbarı Naxçıvançaydan qidalanır. Su anbarının ümumi həcmi 12,7 mln m3, faydalı həcmi 12 mln m3-dir. Anbarın suvardığı sahə 2700 hektardır.

Uzunoba su anbarı

1961-ci ildə istifadəyə verilib. Ümumi həcmi 7.2 mln m3, faydalı həcmi 7,2 mln m3 olan bu su anbarının əsas qidalanma mənbəyi Naxçıvançayıdır. 1730 ha torpaq sahəsini suvarır.

Nehrəm su anbarı

1965-ci ildə istifadəyə verilib. Su anbarının su tutumu 6 mln m3-dir. Onun suyu ilə 1540 hektardan çox əkin sahəsi suvarılır.

Batabat gölləri

Batabat gölləri 0, 1 və 2 saylı göllərdən ibarətdir. Bu göllər təbii göllər əsasında yaradılmış kiçik su anbarlarıdır. Batabat göllərində 1952-55-ci illərdə bənd tikilərək həcmləri genişləndirilmişdir. Həcmi 1,58 mln m3-dir. Göllər uyğun olaraq dəniz səviyyəsindən 2000, 2050, 2113 m yüksəklikdə yerləşirlər. Qida mənbəyini qar və yeraltı sular təşkil edir.

Qanlı göl

Qanlı göl, Keçəldağın cənub-qərb ətəyin də dəniz səviyyəsindən 2424 m yüksəklikdə yerləşir. Bu göl 1864-cü ildə Naxçıvanın görkəmli şəxsiyyətlərindən olan Kəlbəli xan Kəngərlinin himayəsi ilə tikilmişdir. Gölün həcmi 0,85 mln m3-dir, qida mənbəyi qar və bulaq sularıdır. Qanlı gölün suyundan suvarmada geniş istifadə olunur.

Məzrə gölü

Bu göl 1980-cı ildə tikilib istismara verilib. Bu gölün həcmi 1 mln m3 təşkil edir. Məzrə gölünün suyu ilə 200 hektardan çox əkin sahələri su ilə təmin olunur.

Digər göllər

Cəhri gölləri 1979-81-cı illərdə suvarma məqsədi ilə tikilib. Həcmləri isə 2,6 mln m3 təşkil edir. Bu göllərin suyu ilə Cəhri kəndinin əkin sahələri su ilə təmin olunur. Dizə və Qahab gölləri 1940-70-ci illər ərzində yaradılmışdır. Göllərin su tutumları 1,24 mln m3 təşkil edir. Dizə və Qahab gölləri həyətyani əkin sahələrinin suvarılmasında müstəsna rol oynayaraq kəndin əkin sahələrini su ilə təmin edir.

Aza və Gilan gölləri 1984-85-ci illərdə tikilib istifadəyə verilib. Göllərin su tutumları 0.45 mln m3-dir. Aza və Gilan göllərinin suyu ilə Ordubad rayonunun əkin sahələri su ilə təmin olunmuşdur.

Naxçıvanın su anbarları arasında yalnız Vayxır gölü (Heydər Əliyev adına su anbarı) Vasif Talıbovun hakimiyyəti illərində istifadəyə verilib. Amma bu gölün də Vasif Talıbov “həzrətlərinə” az aidiyyəti var. Çünki onun layihəsi 1981-ci ildən hazırlanıb, 1983-cü ildə inşaat işlərinə başlanılıb. Daha sonra SSRİ-nin dağılması ilə yaranan yeni şəraitlə əlaqədar tikinti işləri başa çatdırılmayıb. Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Vayxır su anbarının tikintisini gündəliyə gətirib və 2002-ci ildə tikinti işlərinin davam etdirilməsinə başlanılıb. Kim bilir, bəlkə mərhum Heydər Əliyev həyatının son günlərində bu təşəbbüsü gündəmə gətirməsəydi, bu gün Vayxır gölü də mövcud olmayacaqdı.

Sual: Hətta 1860-cı illərdə ibtidai əmək alətləri ilə Naxçıvan əhalisi üçün su anbarı yaradan Kəlbəli xanın taxtında əyləşən Vasif “xan” həzrətləri Muxtar Respublikanın su probleminin həlli istiqamətdə hansı fəaliyyəti ilə yadda qalmışdır?

Vasif Talıbov hakimiyyəti Kəlbəli xanın əksinə, Naxçıvanın mövcud su ehtiyatlarının belə, yerli əhali tərəfindən istismarına imkan vermir. Naxçıvan MR-nın su ehtiyatını özünün və komandasının əkib becərdiyi sahələrə yönləndirir. Nəticədə Naxçıvan əhalisi su üzünə həsrət qalıb.

Sübutmu istəyirsiniz? Buyurun, bu da sübut. 👇

Babək rayon Sirab kəndinin sakini Quliyev Qadir Əkbər oğlunun dedikləri

Növbəti sual: Bəs, hər il Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvanın su təchizatı üçün ayırdığı milyonlar hara gedir?

Naxçıvandan redaksiyamıza göndərilən bir məktubda bu suala belə aydınlıq gətirilir:

"Naxçıvanda ciddi su problemi var, dəhşətli istilərə insanlar kimi əkinlər də dözmür. Buna görə ölkə başçısı son illər bir neçə dəfə suvarma məqsədilə artezian quyularının qazılması üçün Naxçıvana milyonlarla pul ayırır. Bəs xan nə edir? Həmin milyonlarla vəsatin hesabına köhnə artezianları boyayıb yeni qazılmış artezian kimi sənədləşdirirlər. Milyonlardan yalnız boyaya pul xərcləyir. Qalan vəsaiti müəyyən yollarla silib mənimsəyirlər. Kəndçilərin əkinləri isə gözlərinin qabağında cayır-cayır yanır . Su tələb edən əkinçi və ya digər vəzifə daşıyanlar işdən çıxarılır, 15 sutkalığa atılır. Artezian quyularının qazılması üçün ayrılan pul belə mənimsənilir".



Bir başqa sual: Naxçıvan hakimiyyəti əhaliyə niyə belə divan tutur?

Sözsüz ki, burada ilk növbədə şəxsi mənfəət əldə etmək maraqları ön planda gəlir. Amma məsələ təkcə varlanmaq hərisliyi də deyil. Zənnimizcə, Naxçıvan əhalisinə tutulan divanın əsas məqsədlərindən biri də insanlar öz yurd-yuvalarından didərgin salmaq planıdır. Naxçıvan boşalmasa onun demoqrafik yapısı ilə necə oynamaq olar?

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru