"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                     Həyasızlığın pik həddi .....                     Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? .....                     Bu universitetin prorektoru vəzifəsindən azad olundu .....                     "Balaəli özünə pullu sponsor axtarır" .....                     Ruslar etiraf etdilər: .....                 

Müavin nə başçını saya salır, nə də qanunları... - ÖZBAŞINALIQ!
Tarix: 19-07-2022, 08:54 | Çap et
Müavin nə başçını saya salır, nə də qanunları...
Xəbər verdiyimiz kimi, Şəki İnzibati Məhkəməsi 2022-ci ilin mayın 24-də fermer Abdullayev Teyyub Əli oğlunun şikayəti əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etmişdir. Hansı ki, iş materiallarında olan sənədlər, məhkəmə iclasında təqdim edilən maddi sübutlar bir daha göstərirdi ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq T.Abdullayevlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən yuxarıdakı Sərəncamı qanunsuz olmuşdur. Bütün rəsmi sənədlərdə- torpağın 25 illiyinə icarəyə götürülməsi barədə bağlanmış müqavilədə, Dövlət Aktında, icarəyə verilmə barədə tərtib olunmuş Akt-da, Dövlət büdcəsinə ödənilən torpaqdan istifadəyə dair vergi ödənişlərində və s. sənədlərdə də torpağın əkin üçün verildiyi, kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu öz əksini tapmışdır. Lakin İsmayıllı rayon İH başçısının müavini, çoxdandır rayonun icra başçısı olmaq arzusunda olan Mahmud Süleymanov rayon rəhbəri Nahid Bağırovun cavanlığından, rayonu yaxşı tanımamasından sui-istifadə edərək ona aydın şəkildə quy u qazmışdı (Bizə verilən məlumata görə, Nahid Bağırovun pandemiya qaydalarını pozmasına görə Prezident sərəncamı ilə töhmət almasının da xəbərçiliyini, yəni Prezident Administrasiyasına məlumatın ötürülməsinin müəllifi Mahmud Süleymanov olmuşdur.).

В«İti öldürənə sürütdürərlər…» və Mahmud Süleymanovun Nahid Bağırova təxribatçılığı…

Beləliklə, atalar yaxşı deyib ki, В«İti öldürənə sürütdürərlər...". Mahmud Süleymanov bu dəfə törətdiyi əməlin cavabını verməyə məcbur edildi. Belə ki, fermer Teyyub Əli oğlu Abdullayev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamının ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə şikayət vermişdir. Məhkəmə 24 may 2022-ci il tarixli qərarı ilə İsmayıllı RİH başçısının 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə imzalanmış Sərəncamını ləğv edərək T.Abdullayevin istifadəsində olan torpaq üzərində icarə və istifadə hüququnu bərpa etmiş oldu.

Bir neçə gün əvvəl isə, daha dəqiq desək, 15 iyul 2022-ci il tarixdə İsmayıllı RİH başçısı Nahid Bağırov qanunlara və məhkəmə qərarına hörmətini ifadə edərək 74 saylı Sərəncam vermişdir. İcra başçısı həmin Sərəncamla 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını özü ləğv etmiş, T.Abdullayevlə bağlı baş vermiş anlaşılmazlığa hüquqi yadınlıq gətirmiş oldu. Və həmin sərəncamın icrası T.Abdullayevin əkin kampaniyasına mane olmuş RİH başçısının müavini Mahmud Süleymanovun özünə həvalə edilmişdir. Amma…

İcra başçısı Nahid Bağırovun məhkəmə qərarının icrası ilə bağlı verdiyi Sərəncamlı tapşırığına RİH başçısının müavini Mahmud Süleymanov təxribatçı hərəkətləri…

Beləliklə, fotosurətini təqdim etdiyimiz Sərəncamda da qeyd olunur ki, bu Sərəncamın icrası icra başçısının müavini Mahmud Süleymanova həvalə edilmişdir. Hansı ki, bütün bu qalmaqalı yaradan elə M.Süleymanov idi… Amma nə baş verir: Mahmud Süleymanov bu Sərəncamın icrasını təmin etmək əvəzinə, iyulun 16-da mübahisələndirilən əkin sahəsinə özünün yaxınlarından olan 10 nəfəri göndərmişdir. Həmin adamlar payızlıq taxıl əkininə hazırlıq görən mexanizatorlara yaxınlaşaraq hədə-qorxu ilə demişlər ki, В«Əgər burda əkin aparsanız bu traktoru və kotanı benzin töküb yandıracağıq…». Traktorçu isə dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir.

Təsəvvür edirsinizmi, qeyd olunan torpaq sahəsi dövlət Fonduna aiddir, fermer T.Abdullayevin əlində də Dövlət Aktı vardır. O, hər il dəmyə taxıl əkmişdir. Ötən il isə buna imkan verilmədi, fermer xeyli ziyana düşdü… Artıq ortada məhkəmə qərarı və buna uyğun RİH başçısı Nahid Bağırovun Sərəncamı da vardır. Mahmud Süleymanov isə nəinki məhkəmə qərarına, qanunlarımıza, eləcə də tabeliyində işlədiyi icra başçısına qarşı hörmətsizlik nümayiş etdirir.

Törətdiyi isə təxribatçılıqdır, ölkənin taxıl ehtiyaclarına dəstək verən fermerə qarşı maneçilik əməlidir, nəhayət, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verən ölkə Prezidentinin aqrar siyasətinə badalaq vurmaqdır!

***

Yazı çapa hazırlanarkən isə maraqlı məlumat aldıq. Məlum olur ki, bəlli hadisənin üstündən İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov T.Abdullyaevin mexanizatoruna hədə-qorxu gələrək təkrarən məhkəmə qərarına və İcra başçısı Nahid Bağırovun Sərəncamına hörmətsizlik nümayiş etdirmişdir. Demişdir ki, biz imkan verməyəcəyik ki, T.Abdullayev orada taxıl əksin və s.

Fermer T.Abdullayevlə əlaqə saxladıq, o, bunları dedi:

-Minnətdaram ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov anlaşılmazlığı aradan qaldırdı, qanunlarımıza və məhkəmə qərarına hörmətlə yanaşaraq 15 iyul 2022-ci il tarixdə 74 saylı Sərəncam verərək özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi, mənim həmin torpaq üzərində icarə hüququmu tanıdı. Lakin təəssüf edirəm ki, əvvəldən N.Bağırovu aldadaraq qanunsuz sərəncam verilməsinə, bununla da məhkəmə mübahisəsinə yol açan RİH başçısının müavini Mahmud Süleymanov indi də ona həvalə edilmiş Sərəncamı icra etdirmək istəmir. Əksinə, əkin sahəsinə öyrədilmiş adamları göndərərərk 300 min manatlıq lizinq yolu ilə alınmış texnikaların benzin tökülüb yandırılması ilə bizə hədə-qorxu gəlir, İcra başçısına və məhkəmə qərarına isə hörmətsizlik edir. Bundan başqa, İcra hakimiyyətinin şöbə müdiri Namiq Kərimov isə Mahmud Süleymanovun yolunu gedir, yenə də əkinçilərəmizə hədə-qorxu gəlir. Əraziyə gələn təxribatçılardan ikisi isə sonradan aldadıldıqlarını etiraf edərək bizim traktorçuya deyiblər ki, bizi aldadıb icra hakimiyyətindən göndərmişdilər… Deməli, bu təxribatın başında M.Süleymanov və N.Kərimov durur. Görünür, onların məqsədi araya təfriqə salmaqla gənc icra başçısının adını belə bir qalmaqalda halandırmaq, bulanıq suda balıq tutmaqdır… Ən dəhşətli hal, Prezident dünyadakı ərzaq böhranını nəzərə alaraq ölkədə taxıl istehsalını artırmağı tapşırır, Mahmud Süleymanov və Namiq Kərimov isə taxıl əkməyimizin qarşısını alır, traktorumuzu yandırtdıracaqlarını deyirlər…

***

Sonda: xatırladırıq ki, aidiyyəti dövlət qurumları artıq bu qalmaqallı məsələ ilə bağlı təfsilatı ilə məlumatlandırılıb. Mövzuya qayıdılacaq.

В«TəzadlarВ»ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Yusif İmanovdan qalmaqallı açıqlama: - "Mənə qarşı ayrıseçkilik edildi"
Dünən, 16:33
Süleyman Mikayılov səyyar görüş keçirdi
Dünən, 16:25
“Şərurlu İsfəndiyar” 5 milyonluq işlə maraqlanmır - “Vallah, mənə heç nə deməyiblər”
Dünən, 16:18
İrəvan Zəngəzur dəhlizinə ABŞ-nin nəzarətini istisna etmir - VİDEO
Dünən, 16:16
Çörəyin qiyməti ucuzlaşır? – AÇIQLAMA
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru