Naxçıvanda polisin PLANBAZLIĞI... - Burası AZƏRBAYCANDIR!
Tarix: 3-08-2022, 09:06 | Çap et
 DİA.AZ: - "Naxçıvan şəhərin Tumbul kəndi ərazisində kimin əli qabarlıdırsa, qanı batdı. Çünki Naxçıvan şəhər 1 saylı polis idarəsinin əməkdaşları əli qabarlı adam axtarırlar. Belə bir adam tapılsa, zəhmət çəkib polis idarəsində özünün oğru olmadığını sübuta yetirməlidir". DİA.AZ xəbər verir ki, bu barədə açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Heydər Oğuz bildirir.
Daha sonra H.Oğuz davam edir: "Məsələ burasındadır ki, iki ay bundan əvvəl Tumbulun poçt idarəsinin kassası yarılıb və ordan 1500 manat pul oğurlanıb. Bu da indiyə qədər “sıfır cinayət” siyasəti ilə öyünən “xan” rejiminin bütün iddialarının sabun köpüyündən başqa bir şey olmadığını ortaya çıxarıb. “Xan” sarayı da qibleyi-aləmin ədalətli hökmdar imicini yerlə yeksan edən bu oğurluq hadisəsinin dərhal araşdırılıb cinayətkarı aşkarlamağı Naxçıvan şəhəri 1 saylı polis idarəsinin rəisi Şəmsi Mirzəyevin qarşısında ən mühüm vəzifə kimi qoyub. Hətta ona bu vəzifəni 100% yerinə yetirməsi üçün 2 həftə möhlət verilib. Başı təsərrüfat işlərinə qarışan (polis rəisinin geniş əkin sahələri var və o, bütün diqqətini həmin ərazilərin becərilməsinə ayırıb) Şəmsi Mirzəyev isə indiyədək qarətçini tapa bilməyib. Bu iki ay ərzində hardansa müəyyənləşdirib ki, qarətçinin əlində qabar var və bütün araşdırmalar həmin qabarlı əli axtarmağa yönəldilib (Görünür, Şəmsi Mirzəyevə də Naxçıvanın “boz kardinalı” Azər Zeynalov kimi gecə yatanda "vəhy" nazil olur. Bu dəfəki "vəhy"də isə oğrunun əli qabarlı olması Şəmsi Mirzəyevin yuxusuna girib. O da öz işini bu yuxusu üzərində qurub. Yeri gəlmişkən, Azər Zeynalovun da "vəhy"lərini araşdırırıq, yaxın günlərdə onlardan bəzilərini ictimailəşdirəcəyik). İndi Naxçıvan polisi cənab qibleyi-aləmin etimadını doğrultmaq üçün əli qabarlı adam axtarır. Naxçıvanda isə iş-güc olmadığından insanların əlindən qabar da yoxa çıxıb. Amma təsadüfən elə biri tapılsa, Şəmsi Mirzəyevin də problem qalmayacaq. Necə olsa, Naxçıvan polisi “Kapital” əsərini Karl Marks tərəfindən yox, hansısa suçu tərəfindən yazıldığını sübut etmək qabiliyyətində pərgardır. Haşiyə Yadıma bir hekayə düşdü. Səhv etmirəmsə, böyük özbək şairi Əlişir Nəvainin qələmə aldığı bu hekayədə bildirilir ki, bir gün bir ölkədə oğurluq hadisəsi baş verir. Oğru girdiyi evin hasarından düşürkən yıxılıb ayağı sındırır. Adamın məhkəməsi keçirilir. Oğru məhkəmədə çıxış edərkən bildirir ki, əsl cinayətkar o yox, hasarı hündür olan ev sahibi imiş. Çünki o hasarını hündür tikdirməsəydi, oğru da ordan atlayarkən yıxılmaz və ayağını sındırmazdı. Məhkəmə bu arqumenti əsaslı sayıb ev sahibini müttəhimlər kürsüsündə oturdur. Ev sahibi isə günahın onda yox, hasarı tikən bənnada olduğunu vurğulayır. Bu arqument də hakimin ağlına batır. Bənna isə günahı bir qadının qolundakı qolbağıda görür. Deyir ki, hasarı inşa edərkən həmin küçədən bir qadın keçirmiş, qolunda da mükəmməl hazırlanmış qolbağı. Bənnanın fikri bu qolbağında qaldığından hasarı hündür tikib. Axırda məhkəmə zərgəri günahkar hesab edir və barəsində edam hökmü çıxarır. Zərgərin isə boynu çox yoğun imiş. Kəndiri onun boğazına keçirib asmaq istəyəndə ip adamın boğazından çıxır. Nəhayət, yoldan keçənlər arasından ən nazik boğazlını tapıb onu asırlar. Naxçıvanda əli qabarlı cinayətkar axtarışı da qorxuram bu cür nəticələnə".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00 |
|
|
|
| • Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58 |
|
|
|
| • 21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57 |
|
|
|
| • Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51 |
|
|
|
| • İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47 |
|
|
|
| • Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36 |
|
|
|
| • Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35 |
|
|
|
| • SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28 |
|
|
|
| • Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23 |
|
|
|
| • Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19 |
|
|
|
| • İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15 |
|
|
|
| • Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06 |
|
|
|
| • Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
| • Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54 |
|
|
|
| • ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49 |
|
|
|
| • Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45 |
|
|
|
| • BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41 |
|
|
|
| • Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32 |
|
|
|
| • Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26 |
|
|
|
| • Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12 |
|
|
|
| • Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10 |
|
|
|
| • Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04 |
|
|
|
| • Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02 |
|
|
|
| • Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52 |
|
|
|
| • Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46 |
|
|
|
| • FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44 |
|
|
|
| • Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43 |
|
|
|
| • Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40 |
|
|
|
| • Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28 |
|
|
|
| • "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25 |
|
|
|
| • Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19 |
|
|
|
| • Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13 |
|
|
|
| • Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05 |
|
|
|
| • “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04 |
|
|
|
| • "European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59 |
|
|
|
| • MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51 |
|
|
|
| • “Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47 |
|
|
|
| • Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42 |
|
|
|
| • Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35 |
|
|
|
| • Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33 |
|
|
|
| • Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16 |
|
|
|
| • Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13 |
|
|
|
| • Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09 |
|
|
|
| • TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04 |
|
|
|
| • Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57 |
|
|
|
| • Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52 |
|
|
|
| • Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07 |
|
|
|
| • Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04 |
|
|
|
|