Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                     TƏBİB-in yeni rəhbəri daha iki nəfəri .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu .....                     Dostunu boğazından bıçaqlayana .....                     Bakı Dövlət Sirkinin yerinə bina tikilir? .....                     Daha bir direktor işdən çıxarıldı .....                     Avropa İttifaqı Ermənistana girir .....                     Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş .....                     “Simonyan Türkiyəni şantaj edir” .....                     "Çəkilmə araq qoxusu var" .....                     Melonidən Solovyov barədə: .....                     Könül Ələkbərov vəzifəsindən azad edildi .....                     SEPAH sağa-sola hədə yağdırır .....                     Uşağın cinayətində əsas günahkar valideyndir .....                     YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? .....                     Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? .....                     "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB .....                     Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb .....                     Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib .....                     Qadının üzərinə benzin töküb yandıran sevgilisi: .....                     Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər .....                     Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq .....                     Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək .....                     “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT .....                     YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib .....                     “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? .....                     TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq .....                     Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz .....                     Heydərov onu Xankəndiyə rəis təyin etdi .....                     SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... .....                     SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                 

Prezident vətəndaşa hüquq verir, məmurlar isə onu pozurlar - Nədən məmurlar dövlətin qanunlarını manipulyasiya edirlər?
Tarix: 20-10-2014, 10:33 | Çap et
Prezident vətəndaşa hüquq verir, məmurlar isə onu pozurlar
Vətəndaşları ən çox narahat edən məsələlərdən biri də fərdi yaşayış evlərinin tikintisi ilə bağlıdır. Rayon icra hakimiyyətlərinin fərdi evlərin tikintisinə icazə prosedurunu süni yolla mürəkkəbləşdirmələrinə dair, demək olar ki, hər gün şikayətlər eşidilir. Bu cür icazələrin verilməsinə görə vətəndaşlardan rüşvət alınmasına dair mətbuatda da tez-tez məlumatlar yayılır. 2 gün əvvəl Binəqədi rayonunun ərazisində fərdi evlərin tikintisinə icazə verilməsi üçün yerli məmurların tələb etdiyi məbləğlər açıqlanmşdı. Musavat.com saytının araşdırmasından və müraciət edən vətəndaşların məlumatlarından görünür ki, evin mərtəbəsindən və yerindən asılı olaraq icazə qiymətləri dəyişilir. Sirr deyil ki, digər rayonlarda da eyni qaydalar tətbiq olunur. Bütün В«qanunsuzВ» deyilən tikililərin hamısının В«icazəsiniВ» icra hakimiyyətləri "qanuniləşdirir". İcra hakimiyyətlərinin icazəsi olmadan В«daşı daş üstəВ» qoymağın mümkünsüzlüyü də hər kəsə bəllidir. Eləcə də xüsusi mülkiyyətində olan torpaq sahəsində də vətəndaşın fərdi ev tikməsinə mütləq icra hakimiyyətinin В«xeyir-duasıВ» tələb ounur. Ayrı-ayrı rayonlarda В«prosedur fərqiВ» yalnız məbləğlərdə ola bilər.

Bəs qanunlar nə tələb edir? Vətəndaş özünə məxsus torpaq sahəsində özü üçün ev tikməyə icazə almalıdırmı? Hansı hallarda rayon icra hakimiyyətindən icazə alınması tələb olunur?

Sualları Analitik.az-a şərh edən hüquqşünas Vüsal Kazımzadə şəhərsalma və tikintiyə dair yeni qanunvericilikdə fərdi evlərin tikintisi üçün icazə prosedurlarının sadələşdirildiyini bildirib. Hüquqşünas qanunvericiliyin izahını təqdim etməklə, vətəndaşlara fərdi yaşayış evinin tikintisinə dair prosedurları bilmələri və aidiyyəti icra orqanlarında məmurların haqsız tələblərinə qarşı öz hüquqlarını qorumağı tövsiyə edir.

V.Kazımovun Analitik.az-a bildirdiyinə görə, 01 yanvar 2013-cü il tarixdən qüvvəyə minmiş В«Şəhərsalma və Tikinti MəcəlləsiВ», adından da göründüyü kimi, ölkəmizdə şəhərsalma və tikintinin əsaslarını, qaydalarını tənzimləyir. Məcəllənin müddəalarının təhlilindən belə bir nəticəyə gəlmək olar ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, yerli icra hakimiyyəti orqanları tərəfindən tikintiyə icazə verilməlidir.Yəni, bu Qanunda və digər normativ aktlarda tikinti norma və qaydaları nəzərdə tutulur. Bu normalara uyğun olaraq, təqdim edilən tikinti planı üzrə tikintiyə icazə almaq üçün ərazi üzrə yerli icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

Tikintiyə icazə verilməsi proseduru necədir?

Yerli icra hakimiyyəti orqanları tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 5 iş günü ərzində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır (Məcəllənin 75.3-cü maddəsi). Sənədlər tam təqdim olunmadıqda, yerli icra hakimiyyəti orqanları onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir (Məcəllənin 75.3-cü maddəsi). Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, yerli icra hakimiyyəti orqanları tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və yerli icra hakimiyyəti orqanları tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində rəy bildirilməlidir (Məcəllənin75.4-cü maddəsi). Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, yerli icra hakimiyyəti orqanları iradların olmaması prezumpsiyasından çıxış edir. Bu, o deməkdir ki, sənədlərə qarşı irad yoxdursa, deməli, təqdim olunan layihə-sənədlər tikinti normalarına uyğundur. Sənədlərin tamlığı təmin edildikdən sonra yerli icra hakimiyyəti orqanları tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir (Məcəllənin75.5-ci maddəsi). Yerli icra hakimiyyəti orqanları tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir (Məcəllənin75.6-cı maddəsi).

Hansı hallarda fərdi yaşayış evinin tikintisinə icazə tələb olunmur?

Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur (Məcəllənin 80.1-ci maddəsi). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur (Məcəllənin 80.2-ci maddəsi). Hüquqşünasın Analitik.az-a şərhinə görə, məlumatlandırma icraatı o deməkdir ki, yuxarıda göstərilən şərtlərə uyğun olan fərdi yaşayış evinin tikintisi üçün vətəndaş yerli icra hakimiyyəti orqanına tikilinin memarlıq-layihəsini təqdim edir. Layihəni müvafiq lisenziyası olan memarlıq-layihə müəssisələri tərəfindən tərtib olunmalıdır. Müvafiq laiyhə əlavə edilməklə təqdim olunmuş ərizəyə 3 ay müddətində yerli icra hakimiyyəti tərəfindən münasibət bildirilməlidir. Bir daha qeyd olunur ki, bu müraciət icazə xarakterli deyil, məlumatlandırma məqsmədi daşıyır. Yəni, vətəndaş özünə məxsus (mülkiyyətində, istifadəsində və ya icarəsində olan) torpaq sahəsində ev tikmək niyyətinə dair icra hakimiyyətinə məlumat verir. Təqdim olunan memarlıq layihəsi tikinti norma və şərtlərinə uyğundursa, icra hakimiyyəti orqanının ona irad, etiraz bildirməsi, hər hansı digər müdaxiləsi qanunsuzdur.

Hansı digər tikililərin inşasına icazə tələb olunmur?

Eyni zamanda, sözügedən Məcəllənin 79-cu maddəsinin tələblərinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
- hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
- xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;
- hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçəboyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
- hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;
- kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;
- tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
- fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;
- təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;
- yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin, hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.

Yuxarıda sadalananan tikinti obyektlərinin ölçüləri nəzərdə tutulan ölçüləri keçdikdə, belə obyektlərin tikintisinə də məlumatlandırma icraatı şamil olunur. Lakin, nəzərə alınmalıdır ki, Qanunun 77-ci maddəsinin tələbinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Bu müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Prezident vətəndaşa hüquq verir, məmurlar isə onu pozurlar

Hüquqşünasın şərhindən də göründüyü kimi, 3 mərtəbəli, 12 metr hündürlüyü olan fərdi yaşayış evlərinin tikintisinə yerli icra hakimiyyətinin icazəsi tələb olunmur. Vətəndaş özünə ev tikmək niyyəti barədə icra hakimiyyətinə məlumat verir və lazımi sənədləri təqdim edir. Bu cür müraciət icazə almaq yox, məlumatlandırmaq məqsədi daşıyır. Hər kəsə bəllidir ki, sıravi vətəndaşlar özlərinə 3 mərtəbədən arıtq ev tikmirlər. Lakin yerli icra hakimiyyətləri ucdantutma, bütün tikililərə müdaxilə etməklə, əslində Qanunun tələblərini pozurlar. Hüquqşünas V.Kazımzadənin Analitik.az-a dediyinə görə, hətta, təqdim edilən layihə-memarlıq planı norma və qaydalara uyğun olmadıqda belə, yerli icra hakimiyyəti orqanları bu cür layihələrin normalara uyğunlaşdırılmasında vətəndaşa kömək etməlidirlər. Lakin, təəssüf ki, dövlətin qanunları elə dövlət məmurları tərəfindən pozulur. Ona görə də artıq mətbuatda rayon icra hakimiyyətlərinin rüşvət siyahıları dərc olunur.

Əgər qanunun tələbini ilk olaraq məmurlar pozacaqdısa, onda onu qəbul etmək nəyə lazım idi? Bəlkə, məmurlar В«qanunlar onları pozmaq üçündürВ» prinsipi ilə işləməyi düzgün hesab edirlər? Bir də yerli icra hakimiyyətlərinin rəhbərləri də, digər aidiyyəti məmurlar da bilməlidirlər ki, vətəndaşa hüquq verən qanunlar, onları bu vəzifələrə təyin edən Prezidentin imzası ilə qüvvəyə minir. Qanuna riayət etməyən məmurlar, heç olmasa Prezidentin imzasına hörmət etməlidirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59
SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57
Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54
YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53
Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45
"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40
Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38
Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34
Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31
Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26
Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25
“Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13
“Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11
TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02
Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59
Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56
SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru