Azərbaycanda nazirliklərin 3 aparıcı sosial şəbəkədəki rəsmi hesabları üzrə ümumi izləyici sayı 3 010 792 təşkil edir.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, bu göstəricinin 1 317 700-ü “Facebook”, 1 157 462-si “İnstagram”, 535 630-u isə “YouTube” platformasının payına düşür.
Nazirliklər arasında ümumi izləyici sayına görə ən yüksək göstərici Müdafiə Nazirliyində qeydə alınıb – 557 000. Ondan sonra Elm və Təhsil Nazirliyi 555 000, Daxili İşlər Nazirliyi isə 538 500 izləyici ilə növbəti yerlərdə qərarlaşıb. Ən aşağı göstərici isə Müdafiə Sənayesi Nazirliyindədir – 9 980 izləyici.
“Facebook” platformasında ən çox izləyici Müdafiə Nazirliyinə məxsusdur – 301 000. İkinci yerdə Elm və Təhsil Nazirliyi 249 000, üçüncü yerdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 162 000 izləyici ilə qərarlaşıb. Bu platformada ən az izləyici Müdafiə Sənayesi Nazirliyində qeydə alınıb – 8 700.
“İnstagram” üzrə ən yüksək göstərici Daxili İşlər Nazirliyindədir – 384 000 izləyici. Elm və Təhsil Nazirliyi 170 000 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 135 000 izləyici ilə növbəti yerlərdə qərarlaşıblar. Ən aşağı göstərici Energetika Nazirliyindədir – 2 040 izləyici.
“YouTube” platformasında ən çox izləyici Elm və Təhsil Nazirliyinə məxsusdur – 136 000. Sonrakı yerlərdə Müdafiə Nazirliyi 132 000 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 118 000 izləyici ilə qərarlaşıb. Bu platformada ən aşağı göstərici Energetika Nazirliyində qeydə alınıb – 704 izləyici.
Azərbaycanda nazirliklərin “Facebook”, “İnstagram” və “YouTube” platformalarındakı rəsmi hesabları üzrə izləyici sayı aşağıdakı kimidir:








