İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                 

Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Tarix: Bu gün, 05:47 | Çap et

“Repetitorluq gələcəkdə tamamilə aradan qalxa bilər”.

Bunu yerli mediaya müsahibəsində İctimai Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə deyib.

O, şagirdlərin repetitorların yanına getməsini məqsədəuyğun hesab etmir:

"Fikrimcə, müəllim biləndə ki, şagirdi başqa bir müəllimin yanına hazırlığa gedir, bu, həmin müəllim üçün utanc olmalıdır. Deməli, müəllim öyrədə bilmir, amma başqası öyrədə bilir. Bəs o zaman müəllim sinfə niyə daxil olur? Bu gün təhsil sahəsində çox böyük islahatlar aparılır.

Hələ ki, bununla bağlı məlumat vermək istəmirəm. Düşünürəm ki, həmin islahatların həyata keçirilməsi repetitorluğun tədricən aradan qalxmasına kömək edəcək. Düzdür, bunun üçün ilk növbədə valideynlərin psixologiyasını dəyişmək lazımdır".

Bəs repetitorluğun aradan qaldırılması realdırmı, yoxsa bu daha çox nəzəri yanaşmadır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, repetitorluq probleminin kökü imtahan tələbləri ilə məktəbdə verilən biliklərin tam üst-üstə düşməməsidir:

"Repetitorluğun aradan qaldırılması ilə bağlı hazırda real tətbiqlər mövcud deyil. Bu istiqamətdə nəticə əldə etmək üçün ilk növbədə qəbul imtahanı modelində müəyyən dəyişikliklər edilməlidir, fənlərin sayı minimallaşdırılmalıdır.

Eyni zamanda, yuxarı sinifləri əhatə etməyən tapşırıqları yenidən nəzərdən keçirilməli, əsas diqqət 10 və 11-ci siniflərə yönəldilməli və hazırlığın məktəb daxilində keçirilməsinə imkan yaradılmalıdır. Yalnız bundan sonra müəyyən dəyişikliklər müşahidə oluna bilər. Həmçinin qaydalar bir qədər sərtləşdirilməlidir. Repetitor fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi vergidən yayınır.

Əgər onlar bu sahədə fəaliyyət göstərirlərsə, təbii ki, qanunvericilik çərçivəsində işləməlidirlər. Qeyd edim ki, dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər görülür və ehtimal ki, 4–5 il sonra bu addımların real nəticələrini daha aydın görə biləcəyik".

Onun sözlərinə görə, hazırda da bu sahədə işlər aparılır:

"Məsələn, məktəblərdə təmayülləşmə sinifləri yaradılır və 10–11-ci sinif şagirdləri məhz həmin siniflərdə ixtisas qrupları üzrə hazırlıq keçə bilirlər. Düzdür, hələlik bunun tam effektini görmürük, lakin yenə də dövlət tərəfindən müəyyən addımlar atılır.

Qarşıdakı dövrdə müəllimlərin vahid iş rejiminin tətbiqindən sonra ən azı məktəbdaxili hazırlığın təşkili nəzərdə tutulur. Yəni dərsdən sonrakı fəaliyyət çərçivəsində ali məktəblərə və ya kolleclərə hazırlaşan şagirdlərin hazırlığı məktəbdə həyata keçirilə bilər.

Hesab edirəm ki, repetitorluq sahəsində xarici təcrübədən daha çox yararlanmalıyıq. Məsələn, xarici ölkələrdə valideynlər övladının hansı fəndə daha yaxşı olduğunu müəyyənləşdirir və məhz həmin fənn üzrə hazırlığa yönləndirirlər.

Bizdə isə bəzən uşaq hansısa fənni mənimsəyə bilməsə belə, məcburi şəkildə həmin fəndən repetitor yanına göndərilir. Nəticədə, bir çox valideynlər övladlarını 6–7 fənn üzrə hazırlığa qoyur və bu da repetitor bazarının daha da genişlənməsinə səbəb olur".

Ekspert qeyd edib ki, bu baxımdan dövlət müdaxiləsi vacibdir:

"Qaydalar sərtləşdirilməli və qəbul edilən qərarlar effektiv şəkildə tətbiq olunmalıdır. Əslində mövcud təhsil sistemi şagirdin əlavə hazırlığa ehtiyac duymaması üçün kifayət qədər imkanlar yaradır.

Sadəcə, imtahan sualları yuxarı sinif proqramına uyğun tərtib edilməli, xüsusilə 10–11-ci sinifləri əhatə etməlidir. Bu halda məktəbdə verilən biliklər əsasında hər bir şagird normal hazırlaşaraq ali məktəbə qəbul ola bilər".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru