Mingəçevir Dövlət Universiteti "Azəristiliktəchizat" ASC ilə bağladığı 19.000 AZN-lik istilik və isti su təchizatı müqaviləsini elektron portalda (e-tender.gov.az) dərc edib.
32gun.az xəbər verir ki, Lakin sənədin dərc olunma vaxtı dövlət satınalmalarındakı idarəetmə və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib. Belə ki, icra müddəti 1 yanvar tarixində başlayan və aprelin 30-da bitməli olan xidmətin təfərrüatları, işin başa çatmasına cəmi 9 gün qalmış – 21 aprel tarixində sistemə daxil edilib.
Qeyd: Faktiki olaraq yanvar ayından bəri icra edilən işin aprelin sonunda elan edilməsi şəffaflıq prinsiplərinin kobud şəkildə pozulması və aşkar qanunsuz gecikmə hesab olunur. Bu növ "arxaya tarixli" rəsmiləşdirmələr satınalma intizamına tamamilə ziddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 410-cu maddəsinə əsasən, bu növ hesabatlılıq pozuntularına görə vəzifəli şəxslər 1500 manatdan 3000 manatadək məbləğdə cərimə edilə bilərlər (İnzibati Xətalar Məcəlləsi, Maddə 410).
Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.








