Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir .....                     “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı .....                     Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər .....                     Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? .....                     Deputatın borc içində üzən şirkəti TENDER UDUR .....                     “Rusiyadan hər cür təxribat gözləmək olar” .....                     Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... .....                     Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər .....                     Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! .....                     Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib .....                     Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi .....                     Şəkidə abadlıq işləri də BAMƏZƏDİR .....                     "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər" .....                     Zəngəzur dəhlizi hamının işinə yarayır... .....                     Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər .....                     İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir .....                     Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                     Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi .....                     Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... .....                     Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı .....                     Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət .....                     Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq .....                     Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub .....                     AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə .....                     Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” .....                     İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı .....                     “Piyadaların cərimələnməsi bərpa olunsun” .....                     İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar .....                     "Avrasiya üçbucağı"nın bir çox bucağı var .....                     Sərkisyan Azərbaycanla sərhəddə .....                     “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? .....                 

Göygöl rayon İcra Hakimiyyətində nə baş verir? - “Şahin Məmmədovun başı çatmır, o dəlidir, psixdir...”
Tarix: 14-11-2014, 11:30 | Çap et
Göygöl rayon İcra Hakimiyyətində nə baş verir?
“Təzadlar”a daxil olmuş şikayət məktublarından biri də Göygöl rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyəti barədədir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayət ünvanlayan (surəti “Təzadlar” qəzeti redaksiyasına) şikayətçi isə YAP üzvü, Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmiş, SDU-nun magistri, ön xətdə zabit kimi qulluq etmiş, ehtiyatda olan leytenant, Dövlət Qulluğu Komissiyasının keçirdiyi imtahanlardan uğurlu nəticə əldə edərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinə məsləhətçi təyin edilmiş Məmmədov Şahin Şakir oğludur.

Bəs şikayətə səbəb nədir?

Dünən şikayət məktubunda qeyd olunanlarla bağlı əvvəlcə məktub müəllifi Şahin Məmmədovla telefon əlaqəsi saxladıq. Ş.Məmmədov şöbənin rəhbərliyi barədə yazdıqlarına, necə deyərlər, başı ilə cavabdeh olduğunu bildirdi... Həmçinin qarşı tərəfin də əlaqə vasitələrini bizə bildirərək, Şərqiyyə Hümbətovanın da mövqeyini öyrənməyimizi məsləhət bildi. Amma onu da qeyd etdi ki, “Onsuz da qarşı tərəf günahsız olduğunu deyəcək... Amma mən istərdim ki, qeyd etdiyim faktları araşdırasınız və qarşı tərəf quru sözlə deyil, konkret faktla bunu təkzib edə bilsin. Əks halda, istərdim ki, araşdırdığınız faktları Baş Prokurorluğa və ya digər aidiyyəti qurumlara göndərəsiniz. Hansı ki, Azərbaycan CPM-nin tələblərinə görə, istintaq orqanı KİV-in təqdim etdiyi məlumat əsasında təhqiqat aparmağa borcludur...”.
Beləliklə, qarşı tərəf olaraq Ş.Hümbətova ilə də əlaqə saxladıq. Bu barədə əlavə bəhs olunacaq. Hələlik isə şikayətçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, surəti “Təzadlar”a ünvanlı məktubundakı bəzi faktlara toxunaq.
Şikayətçi Ş.Məmmədov yazır:
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə!
Surəti “Təzadlar” qəzeti redaksiyasına!
Hörmətli Kamran müəllim!
Bildirirəm ki, mən Məmmədov Şahin Şakir oğlu YAP üzvüyəm, Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm və SDU-nun magistriyəm. Cəbhənin ön xəttində zabit kimi qulluq etmişəm, ehtiyatda olan leytenantam, Dövlət Qulluğu Komissiyasının keçirdiyi imtahanlardan uğurlu nəticə əldə edərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinə məsləhətçi təyin edilmişəm. Amma sonradan şöbənin müdiri Şərqiyyə Hümbətovanın bir sıra qanunsuz hərəkətlərini görərək vicdanımın səsi ilə hərəkət edib etirazımı bildirmişəm. Çünki ən azı məni bu vəzifəyə təyinat etmiş Dövlət Qulluğu Komissiyasının etimadına kəm baxa bilməyəcəyimi qeyd etmişəm. Bundan sonra şöbə müdiri Ş.Hümbətova məni işdən kənarlaşdırmağa və gözümçıxdıya salmağa qərar vermişdir. Dəfələrlə Göygöl RİH başçısına etdiyim müraciətlər də səmərəsiz qalıb, sanki Ş.Hümbətovaya xüsusi status verilmişdir.
Hörmətli Kamran müəllim!
Şöbə müdiri Ş.Hümbətovanın etiraz etdiyim qanunsuz hərəkətləri barədə məlumat vermək istəyirəm. Hansı ki, bu barədə ilk dövrlər xanım şöbə müdirinə məruzə edərək tədbir görməsini xahiş edib gözləmişəm. Bu isə onun xətrinə dəyib, məni onun tələb və şərtlərinə uyğun gəlməyən kadr kimi işdən kənarlaşdırmağımı ortaya qoyub.
Diqqətinizə çatdırıram ki, Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın qanunsuz fəaliyyətini ört-basdır edir, araşdırmır. Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidmətinə Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciət etmişəm. Həmin müraciət aidiyyatı üzrə Göygöl Rayon İcra Hakimiyyətinə göndərilmişdir.

“Bəlkə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır?”

Göygöl rayon İcra Hakimiyyətindən isə həmin müraciət əsassız hesab olundu. Bəlkə ölkədə korrupsiyaya qarşı aparılan mübarizə əsassızdır? Yalandan əvvəlki tarixlərdə olan müraciətin yoxlanılmasınının cavabını göndərirlər. Bilərəkdən korrupsiya faktlarının üzərindən keçilir. Halbuki, açıq-aydın göstərirəm ki, 1 aprel, 26 aprel 2013-cü il tarixli Əmrdən çıxarışlarda büdcə vəsaitləri artıqlaması ilə xərclənib. İnventar və avadanlıqlar bilərəkdən artıq qiymətə alınıb. Baxmırlar və baxmaq istəmirlər. Ölkə Prezidentinin göstərişlərinə əməl etmirlər. Həmin konkret faktları Sizə tqdim etməyə hazıram.
Şərqiyyə Hümbətova indi də öz oğlu Ceyhun Hümbətovu Göygöl rayon İcra Hakimiyyəti vastəsilə Göygöl rayon Gənclər və İdman İdarəsində məsləhətçi vəzifəsinə yerləşdirib. DQMK-da həmin vəzifənin tutulma şərtlərinə görə həmin vəzifədə yalnız və yalnız bədən tərbiyəsi və idman, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasları üzrə ali təhsil almış şəxslər işləyə bilərlər. Belə haqsızlıq olarmı? Ceyhun Hümbətov isə tarix fakültəsini bitirib, ancaq Şərqiyyə Hümbətovanın oğludur deyə həmin vəzifəni tutmalıdır? Heç olmasa ixtisası uyğun gəlməlidir. Bəs onda bizlər ali təhsil ocaqlarında hansısa ixtisas üzrə niyə oxuyuruq???
Ş.Hümbətova digər oğlunu isə Göygöl rayon Çaylı kənd İcra Nümayəndəliyinə müavin vəzifəsinə yerləşdirib. İkisini də eyni gündə, ikisini də dövlət qulluğuna. Necə ola bilər ki, digər gənclər imtahan verib dövlət qulluğuna qəbul edilirlər, Şərqiyyə Hümbətovanın oğlanları isə birbaşa, ixtisasları və ya əvvəlki iş təcrübələri həmin vəzifəyə uyğun gəlmədiyi halda. Bütün bu hallara Göygöl rayon İcra Hakimiyyəti heç bir reaksiya vermir.
Göygöl rayon İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin baş mühasibi Fəridə Allahverdiyeva, həm də “ƏDİRƏF” MMC-nin sahibidir. “ƏDİRƏF” MMC Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi ilə daim alqı-satqı müqavilələri imzalayır, tenderə girilmədən, Satınalmalar üzrə Dövlət Agentliyindən keçmədən müqavilələrdə bilərəkdən qiymətlər artıq yazılır. Dövlət vəsaiti israf edilir. Bildiyiniz kimi Dövlət Qulluğu haqqında qanuna görə dövlət qulluqçusu sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Dövlət qulluqçusunun sahibkarlıqla məşğul olması korrupsiya hüquqpozması sayılır. Bu da sübut:
Kommersiya qurumunun adı: “ƏDİRƏF” MMC
Dövlət qeydiyyatına alındığı tarix: 27.02.2013
Hüquqi ünvanı: Göygöl şəhəri, R.Nəsibov məhəlləsi, ev 01, m.10
MMC-nin sahibi Fəridə Allahverdiyeva Mayıl qızı.
Bu faktı Vergilər Nazirliyindən dəqiqləşdirə bilərsiniz. Bu fakta Göygöl rayon İcra Hakimiyyəti və Maliyyə İdarəsi heç bir reaksiya vermir. Açıq-aydın qanun pozuntusuna göz yumurlar. Qanunlara hörmət etmirlər.
Göygöl rayon İcra Hakimiyyəti bilərəkdən Şərqiyyə Hümbətovanın heç bir ali təhsili olmayan işçisi Qurbanov Ayaz Bülqədər oğlunu Rayon Mədəniyyət Mərkəzinə direktor təyin etməsinə heç bir reaksiya vermir. Necə ola bilər ki, yalnız çilingər ixtisası almış, texnikum təhsili olan şəxs 60 minlik rayonun Mədəniyyət Mərkəzində direktorluq etsin? Bunu yalnız fəaliyyətinə nəzarət edilməyəcəyini düşünən Ş.Hümbətova edə bilər. Göygöl rayon İcra Hakimiyyəti isə bu faktı bilsə də Ş.Hümbətovaya heç xəbərdarlıq da etməyib.
Hörmətli Kamran müəllim!
Bütün bu göstərdiklərim faktlar korrupsiya fəaliyyətidir və hesab edirəm ki, Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində baş verən qanunsuz halların yalnız bir hissəsidir. Bütün bu hallar barədə Göygöl rayon İcra Hakimiyyəti və rayonun maliyyə şöbəsi xəbərdar olsalar da heç bir tədbir görmürlər. İnanıram ki, Sizin bu faktların araşdırılmasına bir göstərişiniz yetərli olacaq və adı çəkilən şöbədə çoxsaylı qanun pozuntuları aşkarlanacaq.
Hörmətlə, şikayətçi Şahin Məmmədov

Şərqiyyə Hümbətova: “Şahin Məmmədovun başı çatmır, o dəlidir, psixdir...”

Şikayət məktubunda barəsində çoxsaylı ittihamlar səslənən Şərqiyyə Hümbətova ilə də əlaqə saxladıq. Məktubun mahiyyətini eşidən kimi əsəbiləşən xanım şöbə müdiri dedi:
- Şahin Məmmədov ağlına gələni danışır, o, dəlidir, psixdir, onun başı çatmır...
- Şərqiyyə xanım, Şahin Məmmədovun redaksiyaya təqdim etdiyi sənədlərdən belə məlum olur ki, o, Dövlət Qulluğu Komissiyasının təqdimatı ilə sizin şöbəyə məsləhətçi kimi məsul vəzifəyə təyin olunub. Belə vəzifəyə gələnlərin isə sağlamlığı və psixi durumu yoxlanılır... Sizdə onun dəli olması barədə həkim arayışı varmı?
- Onun hərəkətləri bunu deməyə əsas verir... Olarmı, mən sizinlə bir az sonra əlaqə saxlayım, hər şeyi danışım?..
- Buyurun...
Amma qəzet çapa gedənədək gözləsək də, xanım müdir zəng etmədi.
***
Yazı çapa gedərkən şikayətçi Ş.Məmmədov redaksiyanın elektron poçtuna əlavə sənədlər göndərdi. Növbəti yazıda bu barədə bəhs olunacaq.
\\ tezadlar.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10
“Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08
Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07
Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05
Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01
“Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58
Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56
Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48
Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46
Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44
Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42
Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40
"Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31
Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22
İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Dünən, 15:22
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Dünən, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Dünən, 15:08
Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Dünən, 14:57
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Dünən, 14:52
AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:48
Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Dünən, 14:40
Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Dünən, 14:35
Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Dünən, 14:32
Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Dünən, 13:40
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Dünən, 13:32
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Dünən, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Dünən, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Dünən, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru