Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                     Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR .....                     Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? .....                     Yerində sayan sektor: milyonları niyə itiririk? .....                     "İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     "Verilişə gələrkən maşını vurdum..." .....                     TƏBİB-in TƏCİLİ olmayan yardımı... .....                     Niyazi Bayramovun korrupsiya ortaqları .....                     Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? .....                     Təzə başçı gələndə camaat düşündü ki... .....                     Pensiyalarla bağlı vacib xəbər .....                     Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                 

"MuğanBank"la bağlı ilginc maxinasiya iddiaları... - Namiq, Şaiq və Elmir Ələkbərov qardaşları nəyin hesabına milyonçuya çevriliblər?
Tarix: 4-07-2015, 10:55 | Çap et
"MuğanBank"la bağlı ilginc maxinasiya iddiaları...
Qəzetimizin ötən saylarından birində "Muğanbank" ASC-nin Müşahidə Şurasının sədri Elmir Mehtiyevin fəaliyyəti və həyata keçirdiyi bir sıra qanundan kənar əməllərlə bağlı məlumat vermişdik. Məsələdən xəbəri olmayan oxucularımız üçün qısaca vurğulamaq istəyirik ki, Elmir Mehtiyev 2000-ci ildən ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində çalışır və bankın nizamnamə kapitalının 63,5 faizinə sahibdir.

"Son zamanlar "Muğanbank"la bağlı bir sıra xoşagəlməz məlumatlar dolaşmaqdadır. Məsələn, "Jalə-Biznes" MMC-nin işçiləri direktoru Elmir Mehtiyevin qanunsuz əməllərinin üstünü açıb. Deyilənlərə görə, şirkətin inşa etdiyi kompleksin dövlət komissiyası tərəfindən təhvili zamanı böyük qanun pozuntularına yol verilib. Belə ki, Elmir Mehtiyev tikinti kompleksinin dövlət qəbulu zamanı komissiya üzvləri ilə "ənənəvi yol"la "razılığa" gəlib. Çünki bu binalardakı bütün mənzillərin sahəsi təsdiq olunan layihədə göstəriləndən 15-20 faiz çoxdur. Lakin problem bununla bitmir. Əvvəlki adı "Jalə-Biznes" MMC, indiki adı isə "Jalə" MTK olan bu şirkətin tikdiyi binadakı mənzillər müştərilərə bank vasitəsi ilə deyil, nağd yolla satılır. Burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır. Əgər hüquq-mühafizə orqanları, eləcə də digər müvafiq qurumlar bu məsələni araşdırsalar, bir çox mətləblərə aydınlıq gətirilə bilər. Elmir Mehtiyev Mərkəzi Bankın sədri Elman Rüstəmovla yaxınlığı ilə seçilən Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımov, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin direktoru Adışirin Qasımov və Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadovla əlbir olub hündürmərtəbəli binanın 3 mərtəbəsini alıblar. Bu zaman sərf olunan vəsaitlərin dövlət büdcəsinə daxil olub-olmadığını deyə bilməsəm də, 1 məsələ var ki, bu işdə 20 milyon manatdan çox pul xərclənib və nəticədə çox böyük problemlər əmələ gəlib", deyə həmin yazıda qeyd olunurdu. Dünən redaksiyamıza "Muğanbank"ın Müşahidə Şurasının sədri Elmir Mehtiyev, Mərkəzi Bankın nəzdindəki maliyyə monitorinqi xidmətinin direktoru Adışirin Qasımov, Ələkbərov və Mərdanov qardaşları haqda yeni məlumatlar daxil olub. Məlumatlı mənbənin sözlərinə görə, Adışirin Qasımov tutduğu vəzifədən istifadə edərək bəzi qanunsuz əməliyyatlar həyata keçirir: "Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən maliyyə monitorinqi xidmətinin direktoru guya çirkli pullara qarşı mübarizə aparır. Əslində isə o vəzifə səlahiyyətlərini aşır və tamamilə başqa işlərlə məşğul olur. Xidmətin çirkli pullara qarşı mübarizəsi istənilən effekti vermir. Bu sahədəki problemlər belə deməyə əsas verir. Direktor işinə lazımi səviyyədə diqqət ayırsa, məsuliyyət göstərsə, bəlkə hansısa müsbət nəticələr əldə oluna bilər. İndiki şəraitdə bu qeyri-mümkündür. Çünki xidmət rəhbəri əsas diqqətini biznesinin inkişaf etdirilməsinə yönəldib. Onun hazırda yaşadığı ev əvvəllər "Texnikabank"ın rəhbəri Etibar Əliyevə məxsus olub. Bu ev "Jalə" MTK-nın Bülbül prospekti 40 ünvanında tikdirdiyi hündürmərtəbəli binada yerləşir. Xidmət direktoru həmin mənzili bank müdirini sıxışdırmaqla əldə edib. "Jalə" MTK hazırda da fəaliyyətini davam etdirir. Elmir Mehtiyev isə bir ildən çoxdur ki, MTK-nın ləğvi üçün çalışır, amma bunu edə bilmir. Bank müdiri vəziyyətin onun xeyrinə olmadığını anlamağa başlayıb. Buna görə də sözügedən tikinti şirkətinin ona heç bir aidiyyəti olmadığını deyir. Bank rəhbəri bununla üzərinə yönələn diqqətləri dağıtmağa çalışır. "Muğanbank"ın müşahidə şurasının sədri qeyd olunan ünvanda yerləşən binada Adışirin Qasımova qaraj bağışlayıb. Maliyyə monitorinqi xidmətinin direktorunun yaşadığı mənzilin sahəsi 220 kvadratmetrdir. Hər cür şəraitlə təmin edilmiş mənzilin hazırkı bazar qiyməti təxminən 1,5 milyon dollardan çoxdur. Xidmət direktoru bu vəzifəyə təyin olunana qədər elə də böyük sərvətə sahib olmayıb. Elə ki, xidmət direktoru vəzifəsinə keçdi maliyyə imkanlarını sürətlə artırmağa başladı. O əslən Zəngilan rayonundandır. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Mühasibat uçotu - nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə bitirib. 1989-cu ildə Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankının Azərbaycan kontorunda iqtisadçı kimi fəaliyyətə başlayıb. 1992-ci ildən Azərbaycan Respublikasının Milli Bankının Əməliyyat idarəsinin baş mühasibi vəzifəsinə təyin edilib. 1995-ci ilin may ayında Milli Bankın respublikadaxili hesablaşmaların təşkili departamentinin direktorunun müavini vəzifəsinə təyin olunub. 2003-cü ilin iyul ayından 2009-cu ilin oktyabr ayınadək Milli Bankın Hesablaşmalar, Bazar əməliyyatları, Daxili audit, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət və Nağd pul departamentlərinin direktoru vəzifəsində işləyib. 2009-cu ilin oktyabr ayında Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru vəzifəsinə təyin edilib. Elə həmin vaxtdan etibarən özbaşına əməllərinin sayını artırmaqla məşğuldur". Mənbəmiz Elmir Mehtiyevlə yaxın əlaqələrə malik olan Ələkbərov qardaşlarının barəsində də maraqlı faktlar açıqladı. Qaynağımızın verdiyi məlumata görə, Namiq Ələkbərov Vergilər Nazirliyində işləyir: "O "Jalə" MTK-dan 2 ədəd hər birinin sahəsi 165 kvadratmetr olan alt-üst mənzil alıb. Mənzillərin 2 milyon manata yaxın qiyməti var. Elmir Mehtiyevin vergi sahəsində yaranan bütün problemlərini məhz bu şəxs yoluna qoyur. Onun digər qardaşı Şaiq Ələkbərov əvvəllər "Muğanbank"ın İdarə Heyətinin sədri olub, indi isə müşahidə şurasının üzvüdür. Şaiq Ələkbərov 1973-cü il təvəllüdlüdür. O Bakı Dövlət Universitetini bitirib. 2008-ci ildən bankın müşahidə şurasının üzvüdür. Başqa bir qardaşı Elmir Ələkbərov "Muğanbank"ın Nərimanov rayonundakı "Dostluq" filialının müdiridir. O vaxtilə "Muğanbank"ın Kiprdəki filialının müdir müavini işləyib. "Jalə" MTK-nın sahibi Elmir Mehtiyevlə tələbə yoldaşıdır. Ələkbərov qardaşlarının çoxsaylı biznes obyektləri, xarici banklardakı hesablarında külli miqdarda vəsaitləri və daha nələri var. Görəsən, bu qədər pul Namiq Ələkbərov və qardaşlarında hardandır? Fikir verin, 3 qardaşın biri vergidə, o biri bankın Bakıdakı filialında müdir, digəri isə offşor zonadakı bankın filial müdirinin müavini işləyib. Elmir Mehtiyev öz tələbə yoldaşı Elmir Ələkbərovu bir müddət bankın Kiprdəki filialında müdir müavini kimi işlətdi. Daha sonra bank pakistanlılara verildi, amma yenə də təsisçilikdə özləri qalır. Deyilənə görə Elmir Ələkbərov hazırda "Kredo Bank"ın Mərkəzi filialının müdiri vəzifəsində çalışır. Bir sözlə, "Muğanbank"ın rəhbəri ətrafında maliyyə vəziyyəti güclü olan insanları saxlayır. Bankda kifayət qədər qanun pozuntusu var. Amma Adışirin Qasımovun himayəsi sayəsində həmin neqativ hallar ört-basdır edilir". Maraqlı məqam ondan ibarətdir ki, "Muğanbank"ın müşahidə şurasının sədri Elmir müəllim atasının soyadındakı "d" hərfini "t" ilə əvəz edib. Bəlkə öz-özündən bu məşhur soyadı daşıyan yüksək vəzifəli şəxslə qohumluq əlaqəsi yaradıb? Atası Mehdiyev Maqbet olsa da, özü Mehtiyev Elmir Maqbet oğludur. Bank rəhbəri bilməlidir ki, kiminsə adından sui-istifadə etdiyinə görə, nə vaxtsa ağır cəzaya məruz qala bilər". Növbəti sayımızda Mərdanov qardaşlarından söhbət açacağıq. Bizi izləyin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Pensiyalarla bağlı vacib xəbər – İlin sonunda…
Bu gün, 06:19
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Dünən, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Dünən, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Dünən, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Dünən, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Dünən, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Dünən, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Dünən, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Dünən, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Dünən, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Dünən, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Dünən, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Dünən, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Dünən, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Dünən, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Dünən, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Dünən, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Dünən, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Dünən, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Dünən, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Dünən, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Dünən, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Dünən, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Dünən, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Dünən, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Dünən, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Dünən, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Dünən, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru