Qurban bayramında ətin qiyməti belə dəyişəcək .....                     Xalqımızın xilaskarı: Heydər Əliyev .....                     Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider .....                     Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil .....                     1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... .....                     Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır .....                     Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi .....                     100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək .....                     Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? .....                     Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR .....                     Gənclərin problemi "Vağzalı"dırmı? .....                     “Avropalı gəlin” Azərbaycandan nə istəyir? .....                     İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? .....                     5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur .....                     Bu dəfə müharibə Ermənistanın sonu ola bilər .....                     Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu .....                     İran ABŞ-nin təklifinə cavabı bu gün .....                     Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb .....                     Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib .....                     ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər .....                     Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? .....                     AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... .....                     Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? .....                     "İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." .....                     Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır .....                     Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR .....                     Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI .....                     "Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                 

"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir" - Xalq artisti
Tarix: 3-10-2020, 08:24 | Çap et
"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır.

Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb.

Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”.

İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır:

“Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”.

Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”.

Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”.

Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar.

Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız".

Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”.

Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”.

Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam.

Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır:

“Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər.

Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi
Bu gün, 08:17
Xalqımızın xilaskarı: Heydər Əliyev - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider - MƏQALƏ
Bu gün, 08:11
Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil - KİV
Bu gün, 08:10
1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... - SƏN DEMƏ...
Bu gün, 08:08
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır - TƏFƏRRÜAT
Bu gün, 07:52
Səhiyyə Nazirliyindən çıxarılan şöbə müdirinin müavininə TƏBİB-də vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 07:51
100-dən çox tələbə AQC-yə üzv şirkətlərdə təcrübə keçəcək - FOTO
Bu gün, 07:49
Həmkarların nəzdindəki Buzovna Fizioterapiya Mərkəzi bağlandı? - Lisenziya problemi, yoxsa təmir...
Bu gün, 07:40
Mingəçevirdə uşaqlar arasında XƏSTƏLİK YAYILIR - İDDİA
Bu gün, 07:33
Gənclərin problemi "Vağzalı"dırmı? - AKTUAL
Bu gün, 07:26
“Avropalı gəlin” Azərbaycandan nə istəyir? - GƏLİŞMƏ
Bu gün, 07:23
İrəvanın silahlanma yanğısı: Ermənistan UNO hücumuna hazırlaşır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:21
5 ildə 14 qətnamə:Avropa Parlamenti sülhə zərbə vurmaqla məşğuldur - AKTUAL
Bu gün, 07:19
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
Bu gün, 07:17
Laboratoriyanın 235 minlik "pikap" planı puç oldu - Şirkətlər tenderə maraq göstərmədi
Bu gün, 07:15
İran ABŞ-nin təklifinə cavabı bu gün TƏQDİM EDƏ BİLƏR
Bu gün, 07:12
Bakıda qorxulu virus: milyonlarla insanı öldürüb – Araşdırma başladı
Bu gün, 07:10
Səudiyyə Ərəbistanı ABŞ-ın “Azadlıq layihəsi” əməliyyatına dəstək verməkdən imtina edib - MƏNBƏ
Bu gün, 07:07
ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər - "The Wall Street Journal"
Bu gün, 07:05
Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? - ARAŞDIRMA
Bu gün, 04:19
AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... - Bunu da YARITMIRLAR...
Bu gün, 04:08
Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:45
"İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." - REAKSİYA
Bu gün, 03:22
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar
Bu gün, 03:12
Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR - ETİRAZ VAR!
Bu gün, 03:05
Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:55
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Dünən, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Dünən, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Dünən, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Dünən, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Dünən, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Dünən, 16:57
Asif həkim dəfn edildi - Foto
Dünən, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Dünən, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Dünən, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Dünən, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Dünən, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Dünən, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Dünən, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Dünən, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Dünən, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Dünən, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Dünən, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Dünən, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Dünən, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Dünən, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Dünən, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru