“Azərbaycan Metrologiya İnstitutu”nun tabeliyindəki “Kommunal Laboratoriyalar” MMC elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, tenderin keçirilməsində məqsəd MMC üçün 2 ədəd avtomobilin alınmasıdır.
Belə ki, MMC “AZ-TEX-IMPORT” MMC ilə anlaşaraq, onlara iki ədəd, biri sedan, digəri isə furqon olmaqla avtomobil sifariş edib. Həmin sifarişin yerinə yetirilıməsi üçün isə “Kommunal Laboratoriyalar” tenderin qalibi olmuş şirkətə 103 min 499 manat pul ödəyəcək.









