Ötən il dövlət hesabına 158 şəhid ailəsi mənzillə təmin olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, dövlət hesabına mənzillə təmin olunan şəhid ailəsi üzvlərinin ümumi sayı 687 nəfər olub.
Qeyd edək ki, əvvəlki illə müqayisədə mənzillə təmin olunan şəhid ailələrinin sayı 2,2 dəfə, bu ailələrin üzvlərinin sayı isə 2,1 dəfə azalıb.
Azərbaycanın şəhər və rayonlarında 2025-ci ildə mənzillə təmin olunan şəhid ailələrinin və onların ailə üzvlərinin sayı, həmçinin adambaşına düşən mənzil sahəsi belə olub:
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda orta hesabla hər nəfərə düşən mənzil sahəsi 23 kvadratmetr olub.
Açıqlanan rəsmi məlumatlardan göründüyü kimi, şəhid ailələrinə verilən mənzillərin sahəsi yalnız 3 rayonda – Astara, Yevlax və Oğuz rayonlarında ölkə üzrə orta göstəricidən yüksək olub. Digər şəhər və rayonlarda isə şəhid ailəsi üzvlərinə düşən mənzil sahəsi ölkə üzrə orta göstəricidən – 23 kvadratmetrdən az olub.









