İyunun 19-da, saat 10:00-da "Cənubtikintiservis" ASC-nin səhmdarlarının təkrar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 25 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2025-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirə edilməsi, eləcə də Müşahidə Şurasının və maliyyə-təftiş komissiyasının formalaşdırılması məsələləri daxildir.
Xatırladaq ki, "Cənubtikintiservis" ASC 2003-cü ildə yaradılıb, Azərbaycanın neft-qaz sektoruna xidmət göstərən aktiv müəssisələrdən biridir. Onun nizamnamə kapitalı 1 323 694 manatdır. Şirkətin əsas səhmdarı Türkiyənin "Tekfen İnşaat" şirkətidir.









