ABŞ ordusu Sakit okeanın şərqində narkotik daşıdığı iddia olunan daha bir qayığa hava hücumu etdiyini və üç narko-terrorçunun öldürüldüyünü açıqlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ ordusunun Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Açıqlamada kəşfiyyatın qayığın terror təşkilatına məxsus olduğunu və narkotik daşıdığını təsdiqlədiyi vurğulanır.









