"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                 

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Tarix: Bu gün, 08:21 | Çap et

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasi strategiyanın, bütün sahələr üzrə aparılan davamlı islahatların və atılan cəsarətli addımların nəticəsidir ki, artıq Azərbaycan nəinki yerləşdiyi coğrafi məkanın, hətta bütövlükdə Avrasiyanın real güc mərkəzlərindən biridir və regional proseslərin önündə gəlir. Həmçinin dünyanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələr, iqtisadi qüdrəti, misilsiz logistik imkanları, eyni zamanda, formalaşdırdığı yeni reallıqlar fonunda bölgəyə gətirdiyi sülh və təhlükəsizlik, regional əməkdaşlığın inkişafına təkan verən təşəbbüsləri ölkəmizə bu statusu qazanmağa imkan verib. Həm də Azərbaycan dünyada tam güvənilən, atdığı hər bir imzasına dəyər verən etibarlı tərəfdaş kimi tanınır. Bu da onunla münasibətlər quran, əməkdaşlığı genişləndirmək istəyən dövlətlərin sayını durmadan artırır və beynəlxalq mövqelərini möhkəmləndirir.
Azərbaycanın milli maraqlara və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərində İtaliya ilə əlaqələr xüsusi önəm kəsb edir. Ən qədim dövlətçilik ənənələrinə və zəngin mədəniyyətə sahib olan bu ölkə ilə əlaqələrimiz bir çox vacib sahələr üzrə daim inkişaf edərək möhkəm dostluğa və strateji tərəfdaşlığa çevrilib. Yaxın tarixdir ki, uzun illər Azərbaycanın xarici siyasətində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prioritet təşkil edib və ölkəmiz bu istiqamətdə səsini dünyaya çatdırmaq üçün səylə çalışıb. Həmin dönəmlərdə ədalətli mövqe tutan, Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən biri də İtaliya olub. Belə ki, 1997-ci ilin sentyabrında Ulu Öndər Heydər Əliyev İtaliyaya ilk rəsmi səfəri zamanı bu ölkənin prezidenti və digər rəsmiləri birmənalı şəkildə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bəyan etmişdilər. Bu yanaşma, həqiqətən də, həmin həssas dönəmdə Azərbaycan üçün xeyli önəmli idi. Ümumiyyətlə, Ulu Öndərimizin bu səfər çərçivəsində keçirdiyi rəsmi görüşlər və imzalanan sənədlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlığa təkan verdi, əlaqələrimiz yüksələn xətlə daha sürətlə inkişaf etməyə başladı.
2018 və 2025-ci illərdə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, 2020 və 2022-ci illərdə dövlətimizin başçısı İlham Əliyevin Romaya səfərləri əlaqələrimizin dinamik inkişafına müsbət təsir göstərib və münasibətlərimiz daha sıx xarakter almağa başlayıb.
May ayının 4-də baş tutan İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət göstərəcəkdir.
Hazırda iki ölkə arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələri də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Prezident İlham Əliyevin bildirdiyi kimi “Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq”.
Sözsüz ki, İtaliya-Azərbaycan əlaqələrindən söz düşmüşkən enerji sahəsində əməkdaşlıq xüsusi vurğulanmalıdır. Çünki Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Belə ki, İtaliya xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşımızdır.
2025-ci ildə Azərbaycanla İtaliya arasında ticarət əməliyyatlarının həcmi 11,860 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 469,5 milyon ABŞ dolları və ya 4,1% çoxdur.
Ötən il İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24%-i həcmində olub və İtaliya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında birinci yeri tutur.
Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur.
Ölkəmizin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrində İtaliyanın 130-a yaxın investisiyalı kommersiya qurumu çalışır. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq, o cümlədən dini və mədəni abidələrin bərpasında İtaliyadan olan şirkətlər 23 layihə həyata keçirib və işlər davam edir.
İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloninin Azərbaycana səfəri, keçirilən yüksəksəviyyəli görüşlər, aparılan müzakirələr strateji tərəfdaşlığa əsaslanan münasibətlərimizi daha da möhkəmləndirəcək, eləcə də yeni sahələr üzrə əməkdaşlığın qurulmasına və dərinləşməsinə geniş imkanlar açacaq.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru