“Şuşanı görsəm, Bakıya gəlməyəcəm...”
Tarix: 12-12-2020, 08:51 | Çap et
 O, gözəl səs imkanlarına malikdir. Səsləndirdiyi mahnıları ürəklə ifa edir. Deyir ki, burada gen faktoru böyük rol oynayır. Əgər Qarabağlı olmasaydı, bu səs imkanlarına sahib olmazdı. Moderator.az-ın qonağı gənc ifaçı, pedaqoq Arzu Şuşalıdır.
- İncəsənət aləmində Şuşa təxəllüslü tanınmışlar kifayət qədərdir. Şuşa ləqəbini seçərkən bunu nəzərə aldınızmı?
- Mən Şuşanı heç zaman görməmişəm. Dünyaya gəldikdə artıq Şuşa işğal olunmuşdu. Uşaqlığım, yeniyetməliyim Şuşanı xəyal etməklə keçib. Onun adını da ləqəb olaraq götürməkdə peşman deyiləm. Qarabağlıyam və bununla fəxr edirəm.
- Şuşa ilə bağlı xəyallarınız, arzularınız varmı?
- Torpaq sevgisi bizə uşaqlıqdan aşılanıb. Biz o torpaqları sevərək böyüdük. Arzularımın, xəyallarımın ilki məhz Şuşa ilə başlayıb. Xoş günlərimizi o torpaqlarda yaşamağı xəyal etmişik. İndi arzularımıza bir addım daha yaxınıq. Şuşaya getmək üçün sayılı günlərimiz qalıb. 28 ildir ki, o torpaqlara qovuşacağımız günü gözləyirik, ancaq bir neçə ayı gözləməkdə daha çox səbirsizlənirik. Uşaq yaşlarımızda arzu edirdim ki, Şuşaya gedib baba evimizi görəcəm, ancaq işaldan azad olunmuş Şuşamızdan nümayiş olunan çəkilişlərə baxanda həyətimizdə təkcə qoz ağacının qaldığını gördüm. Bu, bizi məyus etdi, çünki valideynlərimin o evlə bağlı xatirələri vardı. Ancaq ümid edirəm ki, biz o torpaqlara getdikdən sonra yeni xatirələrimiz olacaq.
- Siz burada doğulmusunuz və uşaqlığınız da burada keçib. Şuşaya köçüb orada yaşamağı düşünürsünüz?
- Əlbəttə, Şuşaya sevərək gedəcəm. Şuşa haqqında atam çox gözəl xatirələrini danışıb. Oranı bizə cənnət kimi təqdim edib. Düşünürəm ki, gedib Şuşanı görsəm, Bakıya gəlməyəcəm. Böyük ehtimal ki, elə gələcəkdə də Şuşada yaşayacam. Düzdür, bütün yaradıcılığım, işim buradadır. Ancaq hesab edirəm ki, Şuşada da Mədəniyyət evi, Musiqi Konservatoriyası fəaliyyət göstərəcək. Orada fəaliyyətimi davam etdirəcəm.
- İfaçılıqla yanaşı, hansı işləri görürsünüz?
- İfaçılıqla yanaşı, pedaqoq olaraq fəaliyyət göstərirəm. Belə ki, Azərbaycan Dillər Universitetində musiqi tədris edirəm. Daha çox xarici vətəndaşlar müraciət edir, xalq mahnılarımıza maraq göstərirlər.
- Yaradıcılığınızda Qarabağ həsrəti nə qədər rol oynayır?
- Mən qarabağlıyam. Damarlarımda qarabağlı qanı axır. Hesab edirəm ki, məhz bu səbəbdən Allah mənə istedad verib. Səs Allahın verdiyi bir nemətdir ki, mən bu neməti gen faktoru ilə daha çox əlaqələndirirəm. Atamın da çox gözəl səsi olub. Bu səs mənə atamdan keçib. - Şuşanın işğaldan azad olunması xəbərini necə qarşıladınız? - Bu xəbəri eşidəndə sevincimizin həddi-hüdudu yox idi. O qədər ağladım ki... Sonunda mən Şuşaya qovuşdum və ata yurdumu, torpağımı görəcəyim günün xəyalını qurdum. Yəqin ki, ora gedəndə hər birimiz sevincdən ağlayacağıq.
- Yəqin ki, Qarabağlı qızı olaraq toyunuzu da Şuşada edərsiniz?
- Qismət. Şuşalının toyu Şuşada olar (gülürük). Başqa variant yoxdur. Mənim bütün əzizlərim Şuşaya, doğma torpaqlarına gedəcək. Ailəm haradadırsa, mən də orada olmalıyam. Rahatlıqla Şuşada toyumu edə bilərəm.
- Şuşaların özünəməxsus hər hansı adətləri varmı?
- Şuşalılar zəngin mədəniyyətə sahibdirlər. Onların qeyri-etik hərəkətini nadir hallarda görmək mümkündür. Özlərinə hörmət etməyi bacaran insanlardır. Şuşanın zəngin mətbəxi var. Bu mətbəxi çox sevirəm.
- Necə hesab edirsiniz, 28 il ərzində torpağından uzaq düşən Şuşalılar öz adət-ənənəsini qoruyub saxlaya biliblərmi?
- Torpağından ayrı düşən köçkünlər bu 28 ildə çox əziyyət çəkdilər. Təbii ki, elindən-obasından ayrı düşmələri onların həyat rejiminə təsir etdi. Ancaq bu illər ərzində hər birimiz adət-ənənəmizə sadiq qaldıq. Burada təkcə adət deyil, gen faktoru da böyük rol oynayır. İnsanın harada yaşamasından asılı olmayaraq, geni, adəti, aldığı tərbiyə hər zaman onu müşayiət edir. Misal üçün, mən gedib Türkiyədə də yaşasam, genim, aldığım tərbiyə nədirsə, övladlarımı da elə yetişdirəcəm. Bu, içdən gələn bir şeydir. Məkanı dəyişməklə insanın geni dəyişmir. - Bundan sonra yaradıcılığınızda hər hansı dəyişiklik olacaqmı?
- Bundan sonra da vətənpərvər ruhda mahnılar səsləndirəcəm. Çox istərdim ki, Şuşaya köçüm və Cıdır düzündə klip çəkdirim. İnşallah, Allah məni bu arzuma çatdırar.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19 |
|
|
|
| • Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03 |
|
|
|
| • ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42 |
|
|
|
| • Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34 |
|
|
|
| • Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22 |
|
|
|
| • Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12 |
|
|
|
| • 86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00 |
|
|
|
| • İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49 |
|
|
|
| • “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35 |
|
|
|
| • Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26 |
|
|
|
| • APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24 |
|
|
|
| • Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22 |
|
|
|
| • "Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17 |
|
|
|
| • İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14 |
|
|
|
| • "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03 |
|
|
|
| • Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01 |
|
|
|
| • Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58 |
|
|
|
| • Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56 |
|
|
|
| • Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54 |
|
|
|
| • Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48 |
|
|
|
| • Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46 |
|
|
|
| • Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39 |
|
|
|
| • "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36 |
|
|
|
| • ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25 |
|
|
|
| • Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21 |
|
|
|
| • Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54 |
|
|
|
| • "İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52 |
|
|
|
| • İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21 |
|
|
|
| • "Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27 |
|
|
|
| • Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23 |
|
|
|
| • İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04 |
|
|
|
| • Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57 |
|
|
|
| • Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51 |
|
|
|
| • "Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41 |
|
|
|
| • Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38 |
|
|
|
| • Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35 |
|
|
|
| • BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28 |
|
|
|
| • Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18 |
|
|
|
| • Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12 |
|
|
|
| • İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08 |
|
|
|
| • Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05 |
|
|
|
| • “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00 |
|
|
|
| • Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53 |
|
|
|
| • Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47 |
|
|
|
| • Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45 |
|
|
|
| • Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41 |
|
|
|
|