Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                     "Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır .....                     Azərbaycanda dollar əllərdə qalıb? .....                     Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                 

Azərbaycanı xaricdə hansı filmlər tanıdır? - ARAŞDIRMA
Tarix: 14-12-2020, 14:56 | Çap et
Azərbaycanı xaricdə hansı filmlər tanıdır?
Avropa Kinoakademiyası 2020-ci ilin ən yaxşı filmini açıqlayıb.

Danimarkalı rejissor Tomas Vinterberqin “Daha bir dəfə” filmi ilin ən yaxşısı seçilib. Filmdə baş rolu Mads Mikkelson oynayır. Bu barədə Avropa Kinoakademiyasının saytı məlumat yayıb.

Qeyd edək ki, sözügedən mükafat 1988-ci ildən mövcuddur.

Maraqlıdır, bu il Azərbaycanda xarici festivallara göndərilən filmlər çəkilibmi?

Cebhe.info mövzu ilə bağlı araşdırmanı təqdim edir. 2020-ci ilin sentyabr ayının 2-də 77-ci Venesiya Film Festivalının açılışı olub. Builki festivalın əsas müsabiqə proqramında “Qızıl Şir” mükafatı uğrunda yarışacaq filmlər arasında azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” bədii filmi də var idi. Azərbaycan, ABŞ və Meksikanın birgə istehsalı olan filmdə Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunub. Kino tariximizdə ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filminin təqdimatı sentyabrın 11-də baş tutub. Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Karlos Reyqadas, Joslin Barnes, icraçı prodüsserləri Danni Qlover, Susan Rokkefellerdir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov, Mürvət Əbdüləzizov çəkiblər. Qeyd edək ki, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallarda uğur qazanıb.

“Xurmalar yetişən vaxt” sənədli filmi 25-ci Sarayevo Kino Festivalında “Ən yaxşı sənədli film”, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb. Azərbaycan istehsalı olan film 100 mindən çox auditoriyaya malik və Avropanın ən önəmli festivallarından biri sayılan “Sarayevo Film Festival”ının əsas müsabiqə proqramına seçilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə cМ§əkilən “Daxildəki ada” tammetrajlı bədii filmin müəllifi və rejissoru Rüfət Həsənovdur. Ekran işi “Sarayevo Film Festival”ının əsas müsabiqə proqramına seçilən ilk tammetrajlı bədii Azərbaycan filmidir. Avqustun 14-21-də keçiriləcək 26-cı “Sarayevo Film Festival”ının “jüri” prezidenti “Oskar” mükafatlı “Artist” filminin rejissoru Mişel HazanavicМ§iusdur. Festivalın əsas proqramının münsiflər heyətinə həmcМ§inin Berlin Film Festivalının bədii rəhbəri Karlo şatrian, aktrisa Yadranka DokicМ§, rejissor Srdan QolubovicМ§ və Morelia Film Festivalının layihə rəhbəri Andrea Stavenhagen daxildirlər. Dekabrın 10-dan 15-dək ölkəmizdə Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək. Koronovirus pandemiyası ilə əlaqədar olaraq 11-ci kinoforumda müsabiqə filmlərinin nümayişi də daxil olmaqla bütün kütləvi tədbirlər onlayn reallaşacaq.

Bu həm də festivalın bütün Azərbaycanı əhatə etməsinə şərait yaradacaq. Bu ilki festivala ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film (İtaliya, Türkiyə, Almaniya, Fransa, Belçika, İran, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digərləri) təqdim edilib. Bunlardan 97 ekran işi festivalın yerli proqramına göndərilib. Seçim komissiyasının gərgin müzakirəsindən sonra 85 film festivalın Beynəlxalq, Yerli və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb. Beynəlxalq müsabiqədə “Qızıl Nar” uğrunda yarışan filmləri Azərbaycan və Rusiyanın tanınmış rejissoru, prodüser Oleq Səfərəliyev (sədr), “Rotterdam”, “Locarno”, “Sarayevo” festivallarının mükafatçısı türkiyəli rejissor, prodüsser Mehmet Bahadır Er, DOKER Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru rusiyalı prodüsser İrina Şatalova, Avropa və ABŞ-da müxtəlif kino mükafatlarına layiq görülən rejissor Rüfət Əsədovdur. 33 ekran əsərinin yarışdığı Yerli müsabiqədə qalibləri ssenarist, telejurnalist, kino redaktoru Nadir Bədəlov (sədr), Kann festivalının "Təndiqçilər həftəsi" (Semaine de la Critique) proqramında Azərbaycanı təmsil edən ilk rejissor, prodüser Teymur Hacıyev, Kazan Film Festivalın əsas mükafatçısı rejissor Ərturan Nəcəfi müəyyənləşdirəcək. Hər il daha çox gənc kinematoqrafçını əhatə edən “Cinemobil”in qaydaları bu il dəyişib. Beləki, qalibi tamaşaçılar deyil, yerli münsiflər heyəti seçəcək və o “Ən yaxşı film” nominasiyası üzrə mükafatlandırılacaq.

Azərbaycan kinosuna yeni gənc rejissorlar qazandıran festivalın bu ilki qaliblərə xüsusi töhfəsi olacaq. Film festival Yerli müsabiqənin "Ən yaxşı bədii film”, "Ən yaxşı sənədli film” nominasiyalarının qaliblərinə növbəti layihəsi üçün texniki və post-prodakşn dəstəyini öz üzərinə götürür. "Ən yaxşı animasiya filmi”nin mükafatçısının yeni filminin yalnız post-prodakşn işlərini festival həyata keçirəcək. Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır. Hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir. Bundan başqa fərqli yanaşma tərzi, hadisələri maraqlı üslublarda göstərməyə çalışan yerli rejissorların yeni filmlərini də tamaşaçılar altı gün ərzində məhz bu festivalda izləmə şansına malikdirlər. Bakı BQFF ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, Prodüserlər Gildiyası, ÖZ FİLM şirkəti, “02 media” da yer alır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru