Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                 

“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar” - ETİRAZ
Tarix: 18-06-2022, 08:36 | Çap et
“Televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar”
Azərbaycan televiziyasının hazırkı vəziyyəti çox tənqid olunur, çox irad tutulur. Lakin bütün tənqidi fikirlərə baxmayaraq, televiziya kanalları öz yollarından dönmək, efir siyasətini dəyişmək niyyətində deyil. Tez-tez hansısa verilişdən xoşagəlməz, efirə yaraşmayan hissələr paylaşılır, sosial şəbəkədə aparıcılar, kanal rəhbərlikləri tənqid olunur.

Bəs, televiziya kanalları tutduqları bu yoldan niyə dönmürlər? DİA.AZ-ın məlumatına görə, AYNA-nın həmsöhbəti, tanınmış teleaparıcı Kamran Həsənli deyir ki, bunun cavabı çox sadədədir:

- Televiziya kanallarında qeyri-peşəkar adamlar işləyirlər. Onlar orada özləri üçün kiçik bir dünya yaradıblar. Söyüldükcə də sevinirlər ki, onlara baxırlar. Onlar “reytinq” sözünün mənasını bilmirlər. Reytinq baxımlılıq deyil, baxıldıqdan sonra auditoriyada yaranmış münasibətdir. Bunu bilməməkləri qeyri-peşəkar olmaqlarından qaynaqlanır. Bu gün bütün peşəkarları televiziyadan kənarlaşdırıblar. Onların ən böyük bacarığı “torba tikmək”, intriqalar yaratmaqdır. Özlərinin mentallıqlarını, tərbiyələrini də verilişlərə gətirirlər.

- Baxan da deyir ki, “elə biz beləyik”...

- Televiziya bir güzgüdür. Bizi əyri güzgüdə özümüzə göstərirlər. Əlbəttə ki, bu halda bizim televiziya kanallarına baxan əcnəbi də düşünəcək ki, bunların efiri bu gündədirsə, efirə çıxmayanları nə gündədir.

- Evindən televizoru çıxarmış insanların sayı da günü-gündən artır.

- Ağıllı insanlarımız bizim kanallara baxmırlar. Rus dilini bilənlər Rusiya kanallarına, bilməyənlər də Türkiyə kanallarına baxırlar. Bu gün Moskva öz işğalçılıq siyasətini yeritməkdə davam edir. Bu gün Azərbaycanda Rusiyanın tərəfində dayanan insanlar da həmin kanalların təbliğatının formalaşdırdığı insanlardır. Onlar bilirlər ki, Rusiya Ukraynada qalib gəlsə, növbəti işğal hədəfi olan ölkə biz ola bilərik, amma yenə də Rusiyanın tərəfində dayanırlar.

- Sizcə, həmin adamlar bu gerçəkliyi doğrudan da dərk edirlər?

- Bəli, yaxşı bilirlər. Televiziya çox güclü təbliğat maşınıdır.

- O zaman belə çıxır ki, onlar təbliğatın qurbanlarıdır…

- Yox, onlar təbliğatın qurbanı olsalar da, nəticədə Rusiya siyasətinin, Rusiyanın tərəfdarına çevrilirlər. Əgər sən öz televiziya kanallarına baxmırsansa, Rusiya burada öz insanını yaradacaq və yaradır. Türkiyə bizim can, qardaş ölkədir. Təbii ki, Türkiyə kanallarına baxanlar da onların yaratdığı insan olacaq. Mən Türkiyə kanallarının yaratdığı insanı çox sevirəm. Amma önəmli olan odur ki, biz öz insanımızı yaratmalıyıq. Buna görə də bizim televiziyada peşəkarlar işləməlidir. Lakin yaxın buraxmırlar.

Özümün 22 illik televiziya təcrübəm var. Bu, bir reallıqdır ki, apardığım verilişlərlə uğur qazananların sırasındayam. Amma Azərbaycanda bütün televiziya kanalları mənə qarşı koalisiya yaradıb. Məni kimi televiziyadan çox yaxşı anlayışı olan, onlarla peşəkar adam var. Lakin onlar televiziyaya buraxılmırlar. Həmin şəxslər bu gün televiziya sahəsində hazırda rəhbər şəxslərdən daha çox bilirlər. Bəzən deyirlər ki, “filankəs elə yaxşı oğlandır ki!”. Cavab verirəm ki, axı yaxşı oğlan peşə deyil. Yaxşı oğlan olmaq hələ yaxşı peşəkar olmaq demək deyil.

- Peşəkar televiziya rəhbərində hansı keyfiyyətlər olmalıdır?

- Milliyyətçi olmalıdır. Öz millətinin tarixini, fəlsəfəsini bilməlidir. Siyasi ambisiyası yox, siyasi düşüncəsi olmalıdır. Geopolitikanı bilməlidir. Televiziyadan yaltaqlıq, məddahlıq təbliğ etmək siyasi baxış deyil. Çox güclü təhsili olmalıdır. Tarixi, fəlsəfi bilgisi olmalıdır. Digər məqam isə televiziyada uğur qazanmış adam olmalıdır. Bu, televiziyanın qanunudur. Dünya ölkələrində uğur qazanmış televiziya kanallarının rəhbərləri bu keyfiyyətləri özlərində daşıyırlar. Düşüncəsiz təbəqə bizdə də, İngiltərədə də, Almaniyada da – hər yerdə var. Amma televiziya düşüncəli təbəqə üçün işləməlidir. Musiqi zövqü aşılmalı, intellektual səviyyəni yüksəltməli, şou, əyləncə vasitəsilə də maarifləndirməlidir. Bizim televiziya rəhbərlərinin isə çoxunun bundan heç xəbəri yoxdur.

- Amma bizdəki verilişlər tənqid olunanda deyirlər ki, “tələbat bunadır, camaat bunu izləyir”. Belə çıxır, bizim camaatın səviyyəsi budur?

- Yox, onlar o səviyyədə olan adamlar üçün işləyirlər. Çünki özlərinin səviyyəsi də o yerədir. Sosial şəbəkədə verilişlərdən parçalar paylaşılır, camaat söyür, tənqid edir. Heç bir nəfər görmüsünüz ki, “desin, mən baxıram, yaxşıdır, niyə söyürsünüz?” Yox! Deməli, əhalinin 90%-i bunu sevmir, qəbul etmir. 10%-i isə qorxusundan səsini çıxarmır. Onlar da həmin bu 10% üçün işləyirlər.

- Yenə bu sual yada düşür: Televiziya auditoriyanın istədiyi kimi olmalıdır, yoxsa auditoriyanı öz istədiyi kimi formalaşdırmalıdır?

- Televiziya camaatın istədiyi kimi olmamalıdır. Televiziya camaatı istədiyi kimi yüksəlişə, intellektual səviyyəyə çatdırmalıdır. Çünki televiziyanın qayəsi bundan ibarətdir: toplumu maarifləndirsin, işığa aparsın. Əgər bu gün televiziya qaranlıq düşüncəli insanların sifarişi ilə işləyirsə, deməli, onlar bu millətin damarına zəhər vururlar. “Millətin düşmənidir” deyə bilmirəm, bu, çox ağır ifadədir. Amma etdikləri düşmənlikdir.

- Sosial şəbəkədə ARB televiziya kanalında yayımlanan Elgiz Əkbərin verilişindən bir neçə parça paylaşılır. Verilişdə qonaq olan oğlanın əqli qüsurlu olduğunu iddia edənlərin fikrincə, bu cür adamları efirə çıxaranlar özlərinə populyarlıq qazanmaqla məşğuldurlar. Hər kəsi düşündürən bir sual var: Bu cür halların qarşısını almağın bir yolu yoxdurmu?

- Söhbətimizin əvvəlində də qeyd etdiyim kimi problem efirdə peşəkar adamların olmamasından qaynaqlanır. Açığı, mən həmin videonu görməmişəm, bir fikrim yoxdur. Televiziya kanallarımızı izləmirəm.

- Sosial şəbəkələrdə qarşınıza çıxmayıb?

- Çıxsa da, baxmadan çevirirəm. Nə özüm, nə ətrafımdakı insanlar televiziya kanallarımıza baxır, nə də onları müzakirə edirik. Sadəcə onu deyə bilərəm ki, televiziya kökündən dəyişməli, milli düşüncəyə qayıtmalıdır. Bunun üçün də gərək kanal rəhbəri də, efirə çıxanlar özləri də milli düşüncəli insanlar olsunlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru