Xəbər verdiyimiz kimi, Milli Məclis tərəfindən MSK-nın yeni tərkibi təsdiqlənib.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın yeni tərkibində yer almayan şəxslərin adları məlum olub.
Belə ki, MSK-nın 2021-ci ildə formalaşan tərkibində yer alan Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edən Nizami Nadirxanlı, Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən Validə Kazımova və Şaitdin Əliyevin MSK-nın üzvlüyünə namziədliyi irəli sürülməyib.











