"Deməli, Birmarket də ara-sıra alış-veriş edilir. Bu günə kimi iri məişət texnikasına zərurət olmadığı üçün daxili kredit ilə məhsul alışı edilməmişdir..." "DİA-AZ" xəbər verir ki, bu barədə Elshan Əhmədov adlı sosial şəbəkə istfiadəçisi özünün hesabındakı paylaşımında qeyd edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ara-sıra 0%,0%,0%,24 və ya 12 aylıq kampaniya edilir. Və bu kampaniya çərçivəsində məhsulları öz qiymətinə əldə etmək mümkündür.
Növbəti 24-28 aprel tarixli (0%,0%,0%,24) kampaniyadan ilk dəfə yararlanmaq üçün bir neçə məhsul seçimi edildi. Məhsulların seçilməsi, internet üzərindən araşdırmalar və qiymət barədə məlumat topladıqdan sonra sifariş etmək qərarı alındı.
Sifariş edilərkən tətbiqdə ümumi məbləğin aylıq ödəniş məbləği də əks olunur. Hansı ki, 24 aylıq ilə hesablayanda kampaniya çərçivəsində tam uyğunluq təşkil edir.
Kuliminasiya nöqtəsi isə #BirBOKT adı altında fəaliyyət göstərən kreditorun müvafiq sifarişi rəsmiləşdirilməsi zamanı üzə çıxır.
Təbii olaraq sifarişi ləğv etdim.
Amma , daha maraqlı məqam ondan ibarətdir ki, bu barədə Birmarketin #dəstək xidmətinə müraciət edilir və daha sonra Birmarket əməkdaşı əlaqə saxlayır. Qeyd edir ki, sizə maksimum 900₼ limit hesablanıb. Hansı ki, bu günə qədər tətbiq də əks olunmur. Yəni , müvafiq kampaniya çərçivəsində sifarişin ümumi məbləği 900₼ üzəri olduqda,yerdə qalan məbləği #ilkin #ödəniş olaraq edilməlidir.
Bundan başqa BirBokt un faiz hesablanmasını isə Birmarket ilə deyil, 196 ilə əlaqə saxlayaraq, aydınlaşdırmalı olduğunu qeyd etdilər.
Satıcı Birmarket...
Kampaniya sahibi Birmarket...
Sifarişi qəbul edən Birmarket...
Əlavə faiz hesablayan və ya kredit verən BirBOKT və bununla bağlı narazı məqamları isə Birmarket ilə deyil, məhz BirBOKT ilə müzakirə edilməli imiş..."










