Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                 

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Tarix: Bu gün, 09:42 | Çap et

Mədəniyyət cəmiyyətin ruhudur, özəyidir və insanların yaşam tərzini müəyyən edən bir sistemli yanaşmadır. Bir ölkənin kimliyi, estetik zövqü, tarixi yaddaşı və gələcəyə baxışı məhz bu sahədə formalaşır. Lakin təəssüf ki, son illərdə Azərbaycanda mədəniyyət sahəsində gözlənilən canlanma baş vermədi. Əbülfəs Qarayevdən bu yana nə ciddi yeniliklər müşahidə olundu, nə də yadda qalan uğurlu layihələr ortaya çıxdı.

Mədəniyyət naziri vəzifəsinə Adil Kərimli təyin olunarkən cəmiyyətdə çox böyük bir gözlənti var idi. Çox təəssüflər olsun ki,

gözlənilən islahat baş vermədi. Epizodik hallarda yaradıcı təşəbbüslər baş versə də, bu, sistemli bir xarakter almadı. Kim bu gün tam əminliklə deyə bilər ki, bölgələrdə mədəni həyat dirçəlib, teatrlar, kitabxanalar və muzeylər böyük mədəni hərəkatın tərkib hissəsinə çevrilib? Əlbəttə, cavab pozitiv olmayacaq. Çünki nazirlik bu sahədə ciddi nəticələr əldə etməyib, əksinə mədəniyyət sahəsi əvvəlki problemləri ilə baş-başa qalıb.

Bu müddətdə nə yeni mədəni strategiya təqdim edilib, nə də ictimaiyyətin diqqətini çəkən böyük layihələr həyata keçirilib. Yaradıcı adamlarla hər hansısa sistemli dialoqun şahidi olmuşuqmu? Bölgələrdə mədəni tədbirlərin səviyyəsi yüksəlibmi? Xeyr, elə ona görədir ki, paytaxtla regionlar arasındakı fərq özünü qabarıq şəkildə göstərir.

Mədəniyyət Nazirliyi Adil Kərimlinin sayəsində yalnız inzibati qurum obrazında qalıb. Bu gün ölkədə milli ruhu inkişaf etdirən bir quruma, onun təşəbbüskar rəhbərinə ehtiyac var. Çünki biz bu qurumdan sadəcə tədbirlər yox, yeni nəfəs, yeni baxış və yeni ideyalar gözləyirik. Belə getsə, gözləməkdə də davam edəcəyik. Cənab nazir, əminəm ki, oturduğunuz kreslonun məsuliyyətini dərk edirsiniz. Amma dərk etmək azdır. Bunu hiss etmək və fəaliyyət dövründə real strateji kursu həyata keçirmək lazım idi.

O kurs ki, mədəniyyət sahəsinin yenilənməyə, yaradıcı enerjiyə və peşəkar yanaşmaya ehtiyacı var. Çünki mədəniyyətdə durğunluq olan yerdə cəmiyyət də ruhən zəifləyir. Siz ölkədə bir ruhsuzluq sindromunun yaşadığını görmürsünüzmü?

Amma hələ gec deyil, Zəfərin möhtəşəmliyi, ölkəmizdə aparılan böyük miqyasda işlər mədəniyyət dilində daha təsirli təqdim edilə bilər. Bu gün nazirlikdə idarəetmədə elementar şəffaflıq olsa, Kərimlinin idarəçilik modeli və ya uzunmüddətli inkişaf Konsepsiyası düzgün tərtib olunsa, nazirlik daha çox cari fəaliyyətlə kifayətlənməyəcək. Kifayətlənmənin özü belə yalnız paytaxtla və digər böyük şəhərlərlə məhdudlaşır. Bir çox rayonlarda mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri və klubların formal fəaliyyət göstərdiyi göz qabağındadır. Bölgələrdə mədəni tədbirlərin sayında və keyfiyyətində bu, özünü daha qabarıq göstərir. Nazirlik heç paytaxtda da hiss olunan fəaliyyətilə gözə çarpmır. Elə götürək dövlət teatrlarını. Bu teatrlarda hansı repertuar yenilənməsi baş verib, müasir tamaşalar hazırlanıb, gənc rejissorlara meydan verilib?

Bu mənada tam əminliklə vurğulaya bilərik ki, sözügedən dövrdə teatrlarımıza yeni nəfəs gəlmədi, amma köhnə yorğunluq davam etdi. Səhnələrdə cəsarətli eksperimentlər, yeni dramaturgiya, gənc rejissorların enerjisi daha çox görünməli idi.

Kino sahəsində beynəlxalq uğur gətirəcək sistemli strategiya və ya böyük canlanma baş vermədi. Bu gün yas və toy sənayesi özünün pik həddinə çatsa da

kino sənayemiz sanki ölümcüldür. Ona görədir ki, bu sahə milli təfəkkürü dünyaya çıxaran gücə çevrilə bilmir.

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər strategiyası nazirliyin hansısa layihəsində yüksək səviyyədə təqdim edilmir.

Yeni yazarlarımızın rəssamların, musiqiçilərin, rejissorlara və digər yaradıcı şəxslərin əsərlərində sadaladığımız uğurlar öz əksini tapmır. Bunun ən böyük günahı isə nazirliyin üzərindədir.

Çünki zəfər erasını əks etdirən əsərlərin yaradılmasında qrant proqramları, müsabiqələr, rezidensiyalar və inkişaf platformaları kifayət qədər hiss olunmur.

İşğaldan azad edilmiş bölgələrdə tarixi abidələrin qorunması ilə yanaşı onların müasir təqdimatı, rəqəmsallaşdırılması, beynəlxalq tanıdılması və turizmə inteqrasiyası sahəsində daha böyük addımlar atılmır.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasının ardıcıl və sistemli olması üçün festivallar, sərgilər, film həftələri və digər layihələr daha fəal şəkildə həyata keçirilməlidir. Amma biz bunu görə bilmirik.

Çünki nazirliyin ictimaiyyətə aydın hesabatları yoxdur, açıq müzakirələr, yaradıcı cameə ilə dialoq və problemlərə operativ münasibət adekvat deyil.

Ona görə də mədəniyyətin gündəlik həyatdakı təsiri yox səviyyəsindədir.

Park tədbirlərini, küçə sənətini, kitab festivallarını, canlı konsertləri, ailəvi mədəni proqramları Bakı bulvar idarəsi və digər QHT-lər həyata keçirir. Nazirliyin keçirdiyi tədbirlər isə daha çox sönüklüyü ilə yadda qalır.

Gəlin unutmayaq ki, mədəniyyət bir xalqın sadəcə keçmişi deyil, həm də gələcəyə ünvanlanmış mənəvi xəritəsidir. Dövlətlər iqtisadi göstəricilərlə böyüyə bilər, lakin mədəniyyətlə ucalır. Bizi bu mövzuya baş vurmağa vadar edən əsas səbəb də odur ki, Azərbaycanda bu sahədə gözlənilən intellektual dirçəliş, yaradıcı canlanma və estetik yüksəliş hiss olunmur. Qısaca desək, bu gün Mədəniyyət Nazirliyi cəmiyyətin ümid etdiyi ideya mərkəzinə çevrilə bilməyib.

Bəli, cənablar, mədəniyyət sahəsində ən təhlükəli hal böhran deyil, durğunluqdur. Böhranda heç olmasa ağrı var, axtarış var, dəyişmək ehtiyacı var. Durğunluqda isə səssizlik hökm sürür. Son illərin əsas problemi də məhz budur: böyük potensiallar kiçik nəticələrdə özünü büruzə verir.

Ona görə də tam əminliklə demək olar ki, mədəniyyətin Adil Kərimli dövrü yaddaşlarda böyük qalibiyyətlər, dərin islahatlar və ya milli mədəniyyət tarixində dönüş nöqtəsi kimi qalmadı. Halbuki Azərbaycan kimi zəngin ədəbiyyatı, musiqisi, teatr ənənəsi və yaradıcı insan potensialı olan ölkədə mədəniyyət idarəçiliyi daha iddialı, daha cəsarətli və daha ziyalı düşüncəli olmalı idi.

Çünki mədəniyyətə laqeyd yanaşmaqla zamanla öz ruhumuza laqeyd yanaşmış oluruq.

KONKRET.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru