“Ən böyük arzum cazz və saz musiqisini sintez etməkdir, bunu etsəm...”
Tarix: 31-03-2023, 08:45 | Çap et
 “Səs Azərbaycan-doğma nəğmələr” yarışmasında bir neçə ay münsif kürsüsündə əyləşmək həqiqətən də çox məsuliyyətli bir vəzifə idi. Nə yaxşı ki, belə bir layihə xalqımıza, bütün dünyaya təqdim olundu. Bilirsiniz ki, artıq yarışma bitib. Nəticələrdən çox razıyam”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, Mədəniyyət və İncəsənət Universitetində “Aşıq kafedrası” nın rəhbəri Samirə Əliyeva deyib.
“Zatən sona qalan hər üç finalçı qalibiyyətə layiq olanlar idi. Onlardan hər-hansı biri qalib gəlsəydi, sevinəcəkdik. Elə də oldu. Hər bir ustadın 60-dan çox yarışmaçının içindən seçərək, finala qədər gətirdiyi, yetərincə bacarıqlı, potensialı güclü olan iştirakçılar var idi. Düşünürəm ki, barmaqla sayılası qədər zəif iştirakçı ola bilərdi orada. Bu iştirakçıları onların arasından seçib, finala qədər gətirmişiksə, deməli bunlar daha fərqlidirlər. Nəticə etibarı ilə səs vermə ilə Zülfü Əsədzadə qalib gəldi. Təbrik edirəm əlbəttə ki, onun ustadını da, Gülyaz xanımı da. Zülfünün ilk addımlarında, bünövrəsində ona ustadlıq edən Aybəniz xanım Haşımovanı da təbrik edirəm. Mənim seçdiyim və sevdiyim Türkay Məlikovanın səsi də düşünürəm ki, Azərbaycan səhnəsində özünəməxsus yer tapacaq. Məhz xanım ifaçının finala qədər gəlməsi də məni bir başqa cür sevindirdi. Bilmirəm, burada bəlkə də qadın həmrəyliyi də var idi (gülür). Türkay da qalibiyyətə layiqdir. Onun həm muğam təhsili var, həm də cazz-estrada musiqisindən dərs alır. Onda aşıq sənətinə qarşı da sevgi gördüm. Sabah dünya səhnələrinə çıxmaq üçün hansısa əsəri Türkaya təqdim etsələr, Türkay çox məharətlə onu ifa edəcək. Buna onun həm səs imkanları, həm də keçdiyi məktəblər əsas verir. İlkin Dövlətov da finalda oxuduğu mahnı ilə bir çox tamaşaçıların sevgisini qazandı. İlqar müəllimi də (İlqar Xəyal) təbrik edirəm. Təəsüfləndiyim bir məqam var ki, bu layihə bitdi və biz ayrıldıq. Biz ayrılsaq da, arzu edirəm ki, digər maraqlı layihələrdə görüşək. Necə səmimi, doğma münasibətlə başladıqsa bu yarışmaya, eyni qaydada da ayrıldıq. Bu da hər bir layihədə olan bir şey deyil. Xüsusən də sənət adamları arasında mehribanlıq nadir hallarda olur. Mən bu yarışmada özümü də bir daha kəşf etdim, tanıdım. Zatən münsiflər sənət yoldaşlarımızdır. Aramızda dostluq, ünsiyyət var. Hər efirdə bu səmimiyyəti bildirmək olmur. Bu yarışmada rəqabətlə yanaşı, bir dostluq yarışması da var idi. Rahatlıqla biz bu səmimiyyətimizi biruzə verirdik. Layihənin bütün rəhbər heyətinə, orada əziyyət çəkən hər kəsə, eləcə də bu layihəni işıqlandıran İctimai televiziyaya xüsusi təşəkkürlərim var. Əvvəla ona görə ki, məhz doğma nəğmələrə həsr olundu bu buraxılış. Düşünürəm ki, bu nəğmələrə həmişə ehtiyac var. Sənətkarlarımızın ifalarını yaşatmaq lazımdır. Bunu da bizlər, televiziyalar etməliyik. Bu layihədə ifa olunan hər bir əsərə yeni həyat verildi. Bütün ifalar indiki nəsilin zövq alacağı tərzdə oxundu. Bu da böyük bir şərtdir. Bir daha təsdiq olundu ki, Azərbaycan torpağının yetişdirdiyi sənətkarlar, istedadlar bütün dünyanı fəth edəcək istedadlardır. Azərbaycan istedadlar diyarıdır və xoş bizə ki, biz bu diyarın övladlarıyıq. Tək bu yarışma ilə iş bitmir. Mən hər bir istedadlının dəstəkçisi olmağa hazıram” deyə sənətçi bildirib.
Aşıq Samirə yarışmada ondan inciyərək gedənlər haqda da danışıb. “Neyləmək olar?! Bu yarışmadı, bitdi, amma həyat davam edir. Peşəkar olmaq üçün mübarizə daima var. Mübarizə yalnız sən sənətə vida edəndə bitir. Bitməyin, tükənməyin əzizlərim” deyə aşıq bildirib.
Daim aşıq musiqisini dünya səhnələrində, xarici festivallarda layiqincə təbliğ edən qadın aşıq ən böyük arzusundan da danışıb.
“Baxmayaraq ki, uşaq yaşlarından bu sənətdəyəm, amma indi-indi daha çox ifa etdiyim mahnıların, havaların fərqinə varıram. Hər il bir başqa cür anlayıram o musiqiləri. Uşaqlıq illərində təkcə saz ifalarını dinləmirdim. Bizim evdə Tofiq Quliyevin, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın mahnılarını dinləyirdilər. Elə mən özüm də. “Misri” klipim efirə gedəndən sonra tamaşaçılar tərəfindən qəbullandım və taleh üzümə güldü. Ən böyük arzum cazz və saz musiqisini sintez etmək istəyimdir. Çünki hər ikisi də improvizələrlə dolu bir musiqi janrıdır. Bilirsiniz ki, “Leyli və Məcnun” dastan-tamaşasında Leyli obrazını oynadım. Myuzikl səhnələşdirmək istəyirəm. Birini həyata keçirib, simfonik orkestrin müşayiəti ilə aşıq havalarını ifa etmişəm. Arzum budur ki, avropa ölkələri, xüsusilə də Avstriya simfonik orkestri bizim aşıq musiqimizi müşayiət etsinlər. Fərqi yoxdur, orada mən də ola bilərəm, başqa aşıq ifaçıları da. Əsas odur ki, bu həyata keçsin” deyə sənətçi bildirib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29 |
|
|
|
| • Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18 |
|
|
|
| • ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14 |
|
|
|
| • İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11 |
|
|
|
| • Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05 |
|
|
|
| • Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00 |
|
|
|
| • Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55 |
|
|
|
| • İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49 |
|
|
|
| • AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43 |
|
|
|
| • Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37 |
|
|
|
| • Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36 |
|
|
|
| • Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31 |
|
|
|
| • “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23 |
|
|
|
| • Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20 |
|
|
|
| • Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18 |
|
|
|
| • Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09 |
|
|
|
| • SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03 |
|
|
|
| • Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59 |
|
|
|
| • ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51 |
|
|
|
| • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46 |
|
|
|
| • Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44 |
|
|
|
| • Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30 |
|
|
|
| • Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18 |
|
|
|
| • Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05 |
|
|
|
| • Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48 |
|
|
|
| • İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42 |
|
|
|
| • İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39 |
|
|
|
| • Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33 |
|
|
|
| • "Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20 |
|
|
|
| • Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05 |
|
|
|
| • Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19 |
|
|
|
| • “Georgian Airways” müflis ola bilər
Dünən, 13:11 |
|
|
|
| • Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09 |
|
|
|
| • Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49 |
|
|
|
| • İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43 |
|
|
|
| • Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22 |
|
|
|
| • Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19 |
|
|
|
| • Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09 |
|
|
|
| • Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05 |
|
|
|
| • AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59 |
|
|
|
| • Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46 |
|
|
|
| • Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41 |
|
|
|
| • Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40 |
|
|
|
| • Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37 |
|
|
|
| • İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36 |
|
|
|
| • "İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26 |
|
|
|
| • Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21 |
|
|
|
| • Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17 |
|
|
|
|