Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                 

AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Tarix: Bu gün, 11:59 | Çap et

Son günlər Azərbaycanda internet xidmətlərinin qiymətində yenidən artım müşahidə olunur və bu dəyişikliklər həm mobil operatorları, həm də sabit internet provayderlərini əhatə edir.

Düzdür, rəsmi olaraq internet xidmətlərinin qiymətində hansısa dəyişiklik haqqında məlumat verilməyib.

Ancaq aylıq 11 manata təklif olunan mobil internet paketləri 13 manata qədər bahalaşıb.

Oxşar addımı bəzi sabit internet provayderləri də atıb. Məsələn, əvvəllər "CityNet"-in 20 manata təqdim etdiyi paket bu ildən 25 manata yüksəlib. Hazırda sabit internet xidmətlərində minimal aylıq ödəniş 25 manatdan başlayır.

Mobil internetdə isə vəziyyət daha məhduddur. Operatorların təqdim etdiyi minimum paketlər 10 manatdan başlasa da, bu qiymətə istifadəçilərə orta hesabla cəmi 5–10 GB trafik verilir. Bu həcm isə yalnız qısa müddətli istifadə, əsasən də mesajlaşma və sosial şəbəkələrdə məhdud fəaliyyət üçün kifayət edir.

Artan qiymətlər fonunda istifadəçilər daha çox xərc çəkməyə məcbur qalsalar da, təqdim olunan xidmət həcmi və keyfiyyəti ilə bağlı suallar açıq olaraq qalır.

Azərbaycan mobil və sabit internetin sürətinə görə dünyada neçənci yerdədir?

Azərbaycan 2025-ci ilin dekabr ayında dünyada mobil internet sürətinə görə 105 ölkə arasında 53-cü yerdə qərarlaşıb. Belə ki, ölkədə mobil internet sürəti 1 pillə aşağı düşrək 87.92 Mbps (internet sürətini ölçən vahid-red.) olub. Ölkələr sırasında ilk yeri 691.76 Mbps ilə Birləşmiş Ərəb Əmirlikləri tutub. Sonuncu yerdə isə 14.87 Mbps ilə Əfqanıstan qərarlaşıb.

Sabit genişzolaqlı internet sürətinə görə isə Azərbaycan 156 ölkə arasında 1 pillə geriləyərək 88.83 Mbps ilə 86-cı yerdə qərarlaşıb. Sabit genişzolaqlı internet sürətinə görə ilkin yerdə 410.06 Mbps İlə Sinqapur, sonuncu yerdə isə 3 pilllə düşərək, 3.82 Mbps ilə Kuba qərarlaşıb.

Ən sürətli provayder hansıdır?

Yeri gəlmişkən Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) provayderlərin 2026-cı ilin mart ayı üzrə internet sürət göstəricilərini dərc edib.

Təhlilə görə:

Çox yüksək sürət (150+ Mbps) "Azeronline", "Aztelekom" və "Citynet"-də ;

- Yüksək sürət (101-149 Mbps) "FiberNET"-də;

- Orta sürət (50-100 Mbps) "ARTKOM", "AiləTV","Alfanet", "Alnet", "AzFiberNet", "Aznet", "Bline", "Bulud Telecom", "Connect", "GSP", "KATV 1", "Metronet", "Netpoint", "SHAKH Telecom", "Sazz", "Selnet", "Smart Online", "SparkTel" və "TransEuroCom"-da;

- Aşağı sürət (1-49 Mbps) - "Fiberon", "FlexNET", "Nest Fiber" və "Teleport"-dadır.

Ekspert: "Bu, mədəni formada insanları talamaq deməkdir artıq".

Bəs Azərbaycanda mobil internetin yenidən bahalaşmasının səbəbi nədir.?

İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev “AzPolitika”ya şərhində bildirib ki, təəssüf ki, ölkədə bu sahə üzrə sistemli təhlillər və hesabatlar hazırlanmadığından mobil operatorlar istədikləri kimi qiymət siyasəti formalaşdırır və yeni tariflər müəyyənləşdirirlər.

O qeyd edib ki, istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı müvafiq quruma bir neçə dəfə müraciət etsə də, müraciətlər yenidən Nazirliyə yönləndirilib: "Nazirliyin bu məsələdə hansı rolda çıxış etməsi müəyyən şübhələr yaradır, çünki qurum həm də maraqlı tərəf kimi görünür və nəticədə cavablarda heç bir qayda pozuntusunun olmadığı qeyd olunur. Halbuki, sosial şəbəkələrdə və cəmiyyət arasında mobil operatorların fəaliyyətindən ciddi narazılıq müşahidə edilir. Bu narazılıqlar əsasən tariflərin yüksək olması və data xidmətlərində tətbiq olunan qeyri-şəffaf mexanizmlərlə bağlıdır. Bu “tarif oyunları”na misal olaraq faktura dövrünün 30 gün əvəzinə 28 günə endirilməsi və internet istifadəsi zamanı yuvarlaqlaşdırma praktikasını göstərmək olar. Belə ki, istifadəçi cəmi 2 MB internet istifadə edib bağlantını kəssə belə, sistem tərəfindən ondan 5 MB çıxılır. Bu, hansı əsasla edilir? Bütün bunlara baxmayaraq, məsələ ilə bağlı heç bir ciddi tədbir görülmür".

"Avropa Birliyi bir neçə il əvvəl Apple qarşısında tələb qoyaraq iPhone modellərinin şarj portunun vahid standart – USB Type-C formatına keçirilməsini şərt kimi irəli sürdü. Nəticədə şirkət əvvəl istifadə etdiyi “Lightning” portundan imtina edərək Avropa bazarında qalmaq üçün bu dəyişikliyi etməyə məcbur oldu. Bu addımın məqsədi istifadəçilərin fərqli cihazlar üçün ayrı-ayrı kabellərdən istifadə etmək məcburiyyətini aradan qaldırmaq idi. Bununla yanaşı, Avropa Birliyi son qərarlarında mobil cihaz istehsalçılarına akkumulyatorların dəyişdirilə bilən olması tələbi də qoyub. Məqsəd odur ki, vətəndaşlar yalnız batareya zəiflədiyinə görə yeni telefon almağa məcbur qalmasın, sadəcə onu dəyişməklə cihazdan istifadəni davam etdirə bilsinlər. Bu nümunələr Avropada istehlakçı hüquqlarının necə qorunduğunu və bazarın necə tənzimləndiyini göstərir. Azərbaycanda isə əksinə, mobil operatorlar çox vaxt məntiqsiz və istehlakçıların maraqlarına uyğun olmayan qaydalar tətbiq edir və bu sahədə effektiv nəzarət mexanizmləri hiss olunmur",-deyə ekspert bildirib.

Ekspert diqqətə çatdırır ki, vətəndaş mobil nömrə almaq istədikdə belə, ilkin mərhələdə arzuladığı tarif planını birbaşa seçmək imkanı əldə etmir. Onun sözlərinə görə, istifadəçi konkret bir tarifdən yararlanmaq istədiyini bildirsə də, operator əvvəlcə onu başqa – daha bahalı və ya uyğun olmayan tarifə qoşulmağa məcbur edir, daha sonra isə əlavə ödənişlə istədiyi tarifə keçidi mümkün edir. Nəticədə vətəndaş eyni xidmət üçün bir neçə dəfə ödəniş etməli olur.

Ekspert bu yanaşmanı “absurd plan” kimi qiymətləndirir və bunun istehlakçıların açıq şəkildə istismarı olduğunu vurğulayır: "Bu cür mexanizmlər vətəndaşların həm maliyyə maraqlarına zərbə vurur, həm də onlara qarşı hörmətsiz münasibətin göstəricisidir. Bu, mədəni formada insanları talamaq deməkdir artıq. Biznes mühiti aqressivdir və mobil operatorlar daha çox qazanc əldə etməyə çalışır. Bu, müəyyən mənada başadüşüləndir. Amma bu, o demək deyil ki, istehlakçıların hüquqları pozula bilər. Məhz bu mərhələdə bazara nəzarət edən və tənzimləyən qurumlar aktiv rol oynamalı, açıq və konkret tədbirlər görməlidir. Qurumlar aydın şəkildə deməlidir ki, vətəndaşa -istehlakçıya qarşı bu cür davranış yolverilməzdir və bunun qarşısı alınmalıdır”.

Regionda ən bahalı mobil internet hansı ölkələrdədir?

Digər tərəfdən “Speedtest” platformasının 2025-ci il üçün açıqladığı məlumata görə, Azərbaycan mobil internetin qiymətinə görə (1gb-1,76 dollar) ilə 236 ölkə arasında 146-cı yeri tutub.

Keçmiş SSRİ və regionun 16 ölkəsi arasında internetin sürətinə görə Azərbaycan 13-cü sırada yer alıb.

Keçmiş SSRİ və regionun ölkələri arasında internetin sürəti və mobil internetin (1 GB) qiyməti belə olub:

26. Estoniya – 91,34 Mbit/s (1,15 dollar)

29. Latviya – 84,19 Mbit/s (3,21 dollar)

31. Litva – 83,47 Mbit/s (1,26 dollar)

59. Azərbaycan – 48,41 Mbit/s (1,76 dollar)

68. Türkiyə – 37,66 Mbit/s (0,44 dollar)

69. Türkmənistan – 37,23 Mbit/s (11,42 dollar)

71. Qazaxıstan – 35,71 Mbit/s (0,41 dollar)

73. Gürcüstan – 35,09 Mbit/s (1,91 dollar)

74. İran – 34,71 Mbit/s (1,50 dollar)

78. Moldova – 32,18 Mbit/s (0,28 dollar)

85. Ermənistan – 30,19 Mbit/s (0,98 dollar)

93. Qırğızıstan – 27,25 Mbit/s (0,17 dollar)

94. Ukrayna – 27,23 Mbit/s (0,27 dollar)

101. Özbəkistan – 26,24 Mbit/s (0,30 dollar)

113. Rusiya – 24,64 Mbit/s (0,25 dollar)

146. Belarus – 11,86 Mbit/s (0,67 dollar)

Maraq üçün qeyd edək ki, Zimbabve hazırda ən bahalı internetə sahib ölkə hesab olunur və burada 1 GB internetin qiyməti 43,75 dollara çatır. Ona yaxın göstəricilər Folklend adalarında 40,58 dollar və Müqəddəs Yelenada 40,13 dollar səviyyəsindədir. Cənubi Sudanda internet 23,70 dollar, Tokelaunda 17,24 dollar, Yəməndə 15,68 dollar və Türkmənistanda 11,42 dollardır. Siyahının davamında Mərkəzi Afrika Respublikası 10,90 dollar, Svalbard və Yan Mayen 9,00 dollar və Kayman adaları 8,39 dollar gəlir.

Ən ucuz internetə malik ölkələrə gəldikdəı isə, İsrail bu sahədə liderdir və burada 1 GB internet cəmi 0,02 dollara başa gəlir. Fici və İtaliyada bu göstərici təxminən 0,09 dollardır, San Marinoda isə 0,10 dollardır. Pakistan və Kambocada 1 GB internet 0,12 dollara, Hindistanda 0,16 dollara, Qırğızıstanda 0,17 dollara, Kolumbiya və Fransada isə təxminən 0,20 dollara təklif olunur.

"AzPolitika.info"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru