Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                 

Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Tarix: Bu gün, 10:44 | Çap et

“İrəvanda qondarma “erməni soyqırımı” iddiaları bəhanəsi ilə təşkil edilən yürüş zamanı Türkiyə Respublikasının şanlı bayrağının yandırılması adi küçə iğtişaşı deyil, konkret məqsədləri olan çoxqatlı, hesablanmış və hədəfləri olan bir hərəkətdir. Bu cür hadisələr emosional reaksiyalarla deyil, strateji nöqteyi-nəzərdən şərh edilməlidir”.

Bu fikirləri Globalinfo.az-a danışan Türkiyə Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin (Türk DEGS) başkanı, Topqapı Universitetinin müəllimi və ehtiyatda olan kontr-admiral Prof. Dr. Cihat Yaycı bildirib.

C.Yaycının sözlərinə görə, bu hərəkətin Türkiyə ilə Ermənistan arasında illərdir dondurulmuş münasibətlərin normallaşdırılması üçün əlaqələrin qurulduğu bir vaxtda edilməsi təsadüf deyil, əksinə, normallaşma prosesini sabotaj etmək üçün qəsdən edilmiş bir cəhddir:

“İlk növbədə, açıq şəkildə bildirilməlidir ki, bayraq yandırmaq sadəcə bir parçanı yandırmaq demək deyil. Bayraq dövlətin suverenliyinin, millətin şərəfinin və tarixi yaddaşının simvoludur. Buna görə də, bu hərəkət Türkiyə Respublikasına və türk millətinə qarşı birbaşa hörmətsizlik və düşmənçilik nümayişidir. Amma məsələ bununla bitmir. Bu cür hərəkətlər çox vaxt səhnənin önündə görünən aktorların deyil, pərdəarxası strateji düşüncənin məhsuludur”.

Ekspertin fikrincə, birinci səviyyə, normallaşma prosesini pozmaq məqsədi daşıyır:

Türkiyə ilə Ermənistan arasında son dövrdə qurulan diplomatik təmaslar Cənubi Qafqazda yeni bir tarazlıq yaratmaq potensialına malikdir.

Bu vəziyyətdən narahat olan çevrələr, icmalar arasında yenidən psixoloji baryerlər yaratmaq istəyirlər. Bayraq yandırmaq kimi təxribatlar xalqlar arasındakı emosional uçurumu dərinləşdirməyi və siyasi qərar qəbul edənlərin manevr imkanlarını daraltmağı hədəfləyir.

İkinci aspekt, diaspora və radikal elementlərə verilən mesajdır. Xüsusilə Qərbdə təşkilatlanmış erməni diasporu Ermənistan siyasətində ciddi bir təzyiq elementi olaraq qalmaqdadır. Bu cür hərəkətlər diaspor dairələrinə “mübarizənin davam etdiyi” mesajını göndərmək, radikal ritorikanı canlı saxlamaq və daxili siyasətdə bu qrupların dəstəyini itirməmək üçün istifadə edilən vasitələrdir.

Üçüncü səviyyə Türkiyəni təhrik etmək və beynəlxalq qavrayışı formalaşdırmaq strategiyasıdır. Bayraq yandırma aktı Türkiyədən sərt və idarəolunmaz reaksiya verilməsini hədəfləyir. Məqsəd sonradan Türkiyəni “aqressiv tərəf” kimi təqdim etmək və beynəlxalq ictimai rəydə psixoloji üstünlük qazanmaqdır. Bu, klassik qavrayış idarəetmə texnikasıdır: əvvəlcə təhrik et, sonra reaksiyanı idarə et.

Dördüncü səviyyə Ermənistanın daxili siyasətidir. Dağlıq Qarabağ münaqişəsindən sonrakı travma, iqtisadi çətinliklər və təhlükəsizlik narahatlıqları Ermənistan hökumətini çətin vəziyyətə salıb. Bu cür hərəkətlərlə millətçi əhval-ruhiyyə tətiklənir və “ortaq düşmən” qavrayışı vasitəsilə daxili konsolidasiyaya nail olunur.

Beşinci səviyyə tarixi hekayənin davamlılığıdır. 1915-ci il hadisələrini birtərəfli hekayə vasitəsilə daim gündəmdə saxlamaq sadəcə keçmişlə bağlı bir iddia deyil, gələcəyə yönəlmiş strateji vasitədir. Bu yaddaş siyasəti yeni nəsillərə ötürülür və Türkiyə ilə davamlı psixoloji məsafə yaradılır.

Nəhayət, bu cür hərəkətləri regional və qlobal qüvvələr balansından ayrı nəzərdən keçirmək mümkün deyil. Cənubi Qafqaz enerji boru kəmərlərinin, nəqliyyat dəhlizlərinin və geosiyasi rəqabətin mərkəzində yerləşir. Türkiyə ilə Ermənistan arasında normallaşma bəzi qlobal və regional aktorların maraqlarına zidd ola bilər. Buna görə də, nəzarətli gərginlik yaratmaq xarici aktorlar üçün də işlək vasitədir.

Nəticə olaraq, İrəvanda Türkiyə bayrağının yandırılması qəzəb partlayışı deyil, bu, çoxqatlı strateji mesajdır. Bu mesajın hədəfi Türkiyədir; məqsədi isə Türkiyəni həm psixoloji, həm də diplomatik cəhətdən küncə sıxışdırmaqdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru