İranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri, parlament sədri Məhəmməd Baqir Qalibaf dialoq prosesində iştirakdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International” mənbələrə istinadla məlumat yayıb.
Mənbələr bildirirlər ki, Qalibaf Tehranın nüvə proqramını ABŞ ilə dialoq gündəliyinə daxil etməyə çalışdığına görə İranın ali rəhbərliyi tərəfindən töhmət alıb, bundan sonra o, istefa verib.
Məlumata görə, Qalibafın yerinə əvvəlki illərdə ABŞ-İran danışıqlarında iştirak etmiş Səid Cəlilinin təyin olunması ehtimalı gündəmə gəlib.
Həmçinin qeyd edilib ki, xarici işlər naziri Abbas Əraqçi Qalibafın gedişindən sonra ABŞ ilə danışıqlar görə məsuliyyəti öz üzərinə götürməyə çalışır.








