Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                     Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu .....                     "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır .....                     Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... .....                     Müxalifət partiyaları QIŞDAN necə çıxdı? .....                     Miras mübahisəsi gündəm yaratdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib .....                     Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu .....                     Rusiyadan xəbərdarlıq: .....                     Şərurda Vasif Talıbov ənənələri... .....                 

Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Tarix: Bu gün, 10:08 | Çap et

Toy büsatı qurmaq, şadlıq etmək artıq ailə qurmağın sevincini bölüşməkdən çox, ağır maliyyə sınağına çevrilib. Bir zamanlar mənəvi dəyərlər üzərində qurulan bu mərasimlər indi daha çox kimin daha dəbdəbəli şou göstərəcəyi yarışını xatırladır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Elçin Bayramlı milli mədəniyyətimizin ən mühüm elementlərindən biri olan toy mərasimlərinin artıq öz mahiyyətini itirdiyini və eybəcər formaya salındığını bildirib.

""Azərbaycan toyu” deyilən anlayış demək olar ki, yoxa çıxıb. Bəzi ucqar kəndlərdə ənənəvi elementlər qorunsa da, ümumi mənzərədə bu mərasimlər artıq toy deyil. Bugünkü toylar hədsiz israfçılığın, dəbdəbənin, hay-küyün və özünü göstərmək meylinin hökm sürdüyü şouya çevrilib. Bu, artıq mənəvi dəyər üzərində qurulan ailə mərasimi yox, nümayiş xarakterli tədbirdir. Halbuki toy ailə qurulmasının təntənəli qeydidir və mənəvi məzmun daşımalıdır. Son dövrlərdə isə bu mərasimlər “müasirlik” adı altında ifrata varıb, nəzarətdən çıxıb. Bu vəziyyət insanlara həm maddi, həm də mənəvi baxımdan ciddi zərər vurur. Toylar bir-biri ilə yarışa çevrilib: bahalı geyimlər, qızıl əşyalar, şişirdilmiş menyular, çoxsaylı və lazımsız xidmətlər bu yarışın əsas elementləridir. Üçmərtəbəli süfrələr, hədsiz yemək çeşidləri açıq israfçılıqdır və artıq normadan kənardır".

Sosioloq bildirib ki, bundan əlavə, toy mərasimlərində səs səviyyəsi ciddi problemə çevrilib.

"Həddindən artıq yüksək musiqi insanların sağlamlığına mənfi təsir göstərir və bu, artıq “akustik terror” səviyyəsinə çatır. Bütün bunlar toyun mahiyyətinin tamamilə deformasiyaya uğradığını göstərir. Ən ciddi problemlərdən biri də sosial-iqtisadi yükdür. Ənənəvi olaraq toyda verilən hədiyyə və pul yardımları yeni qurulan ailəyə dəstək məqsədi daşıyırdı. Lakin hazırda toy xərcləri o qədər artıb ki, ailələr bu mərasimdən borcla, kreditlə çıxır. Toplanan vəsait isə ailəyə yox, əsasən restoranlara, şadlıq evlərinə və müxtəlif xidmət sahələrinə yönəlir. Nəticədə yeni ailə dəstək almaq əvəzinə borc yükü ilə üz-üzə qalır. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr üçün daha ağırdır. Yüksək toy xərcləri bir çox gəncin evliliyini gecikdirir, hətta mümkünsüz edir. Çünki toy təkcə mərasimdən ibarət deyil, cehiz, qızıl, digər xərclər də ciddi maliyyə yükü yaradır".

Onun sözlərinə görə, digər problem isə qonaq sayının süni şəkildə artırılmasıdır.

"Cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, toyda yüzlərlə insan iştirak etməlidir. Halbuki dünya təcrübəsində toylar daha çox yaxın qohum və dostların iştirakı ilə, məhdud sayda keçirilir. Bizdə isə 300-500 nəfərlik toylar adi hal alıb. Bu, həm də cəmiyyət üçün əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir ay ərzində bir neçə toy dəvətnaməsi alır və hər biri üçün müəyyən məbləğdə pul vermək məcburiyyətində qalır. Orta aylıq gəlirlərin aşağı olduğu şəraitdə bu, ciddi sosial problemə çevrilir. Beləliklə, toy mərasimləri artıq mənəvi mahiyyətini itirmiş, cəmiyyətə zərər vuran şouya çevrilib. Bunun Azərbaycan mədəniyyəti və milli dəyərlərlə birbaşa əlaqəsi yoxdur. Çıxış yollarına gəldikdə isə, bu məsələ illərdir müzakirə olunur. Dünyada və region ölkələrində bu sahədə müəyyən məhdudiyyətlər və standartlar tətbiq edilib. Məsələn, bəzi Orta Asiya ölkələrində toyların formatı qanunvericiliklə tənzimlənir. Azərbaycanda da müəyyən mərasimlərdə qismən nizamlanma müşahidə olunur və bu, problemin həllinin mümkün olduğunu göstərir. Lakin görünən odur ki, insanlar könüllü şəkildə bu dəyişikliklərə getmədiyi üçün inzibati mexanizmlərə ehtiyac yaranır".

Ekspert bildirib ki, toy sektorunda da standartlar müəyyən edilməlidir.

"Məsələn, restoranların məcburi şəkildə şişirdilmiş menyular təqdim etməsi aradan qaldırılmalı, sadə və sərfəli seçimlərə imkan verilməlidir. Eyni zamanda, bahalı geyimlər, avtomobillər, yüksək qonorar tələb edən ifaçılar kimi əlavə xərclər zəruri element kimi təqdim olunmamalıdır. Bundan başqa, qida təhlükəsizliyi və xidmət keyfiyyəti üzərində də ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda keyfiyyətsiz məhsullar insanların sağlamlığı üçün risk yaradır. Ümumilikdə, toyların sadə, mənəvi məzmunlu və iqtisadi baxımdan əlçatan formada keçirilməsi təmin olunmalıdır. Verilən hədiyyə və maddi dəstək birbaşa yeni qurulan ailəyə yönəlməlidir. Bu problemin həlli üçün dövlət səviyyəsində ictimai şura yaradılması, müvafiq qurumların və ziyalıların iştirakı ilə vahid qaydaların müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40
Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00
Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33
Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26
ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22
İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20
Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17
YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08
83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru