"Caspian Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 5 milyon manat və yaxud 2 dəfə azaldaraq 10 milyon manatdan 5 milyon manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, bu, Cəmiyyətin balansından sözügedən dəyərdə daşınmaz əmlakın çıxarılması hesabına baş tutacaq.
Xatırladaq ki, "Caspian Finance" 2022-ci ildə yaradılıb. BOKT-un təsisçiləri 90 % payla Bənövşə Məmmədova, hər biri 5 % payla Məntiq Şahbazov və Ziyafət İsgəndərovadır.









