Fövqəladə Hallar Nazirliyi (FHN) daha bir tenderə yekun vurub.
Tribuna.az xəbər verir ki, qurumun Dövlət Yanğın Nəzarəti Xidməti mətbəə məhsulları almağı qərarlaşdırıb.
Belə ki, sözügedən xidmət bir sıra çap və mətbəə məhsulları almaq üçün “CBS-PP” MMC ilə anlaşıb. Tenderin qalibi olan şirkətə xidmətlərin müqabilində 29 min 74 manat ödəniş ediləcək.
Açıq mənbələrdə yayılan məlumatlardan belə anlaşılır ki, “CBS-PP” MMC FHN rəhbəri Kəmaləddin Heydərovun himayəsində olan şirkətlərdən biridir. Onun uzun müddət Heydərovla bağlı olması da media nümayəndələri üçün gizli məlumat olmayıb.








