"Petyanı çox axtardım, dedilər ki, efirə çıx"
Tarix: 14-12-2023, 08:40 | Çap et
 “Sehrli xalat” filmi nəinki azyaşlıların, həmçinin böyüklərin də çox sevdiyi Azərbaycan filmidir. Filmdə baş rollarda çıxış edən qəhrəmanların ara-sıra müsahibələrini sizlərə təqdim edirik.
Ekran işində Arif rolunu canlandıran Nazim Mustafayev özəl olaraq Moderator.az-a danışıb. O bildirib ki, filmə təsadüf nəticəsində çəkilib. “Anamla rejissor Həbib İsmayılovun həyat yoldaşı birlikdə çalışırdılar. Bir gün anam onlara gedəndə məni də özü ilə apardı. Birdən qəfil otağa Həbib müəllim daxil oldu və mənə dedi ki, “gəl, mənimlə gedək, nə var qadınların yanında oturmusan?”. Onun kabinetinə getdik. Məndən soruşdu ki, “ “Ögey ana” filminə baxmısan?”. Baxdığımı və filmi çox sevdiyimi bildirdim. Bu filmi özünün çəkdiyini dedi. Məndən şeir deməyimi istədi. Sonra mənə dedi ki, “hazırda “Sehrli xalat” adlı bir film çəkirlər, gəl səni sınayaq”. Bir neçə gün sonra bu filmin foto və kino sınağına getdim. Elə oldu ki, məni filmə təsdiq etdilər. Filmi rejissor Əlisəttar Atakişiyev çəkirdi. Heç düşünmürdük ki, film bu qədər baxımlı olacaq, illər sonra da yaşayacaq. Biz uşaq idik, sadəcə öz həyatımızı yaşayırdıq. Fikirləşmirdik ki, bizi kənardan kimsə çəkir” deyə Nazim Mustafayev deyib. O daha sonra əlavə edib. “O yeni film gələndə kinoteatrlarda növbə olurdu, biri bilet tapırdı, biri yox. Uşaqlarla kinoteatra gəldik. Gördük ki, camaat yığışıb, bilet də qurtarıb. 5-6 uşaq idik. Gördüm ki, Möhsün Sənani gəlir. Məni görüb dedi ki, “sən burada neynirsən?”. Kinoya gəldiyimi dedim. Özü başa düşdü ki, bilet tapmamışam. Nəzarətçiyə dedi ki, “o uşaq mənimlə birlikdədir”. Mən də əlimlə ona işarə etdim ki, tək deyiləm, yanımda uşaqlar var. Güldü, dərindən ah çəkdi və dedi ki, “bu uşaqların hamısı mənimlədir” (gülür). Uşaqların hamısını zala buraxdılar. Bu hadisəni bu gün də xatırlayıram” deyə sənətçi bildirib. Nazim Mustafayev filmdəki Petya rolunun ifaçısından da danışıb. “Kolya Loginovu çox axtarsam da, tapa bilmədim. Amma bu günlərdə onun haqqında bir məlumat əldə etdim. Bu yazı instaqramda qarşıma çıxdı. Petya haqda məlumat verən şəxs yazırdı ki, “1998-2000-ci illərdə atam dostu ilə bizə gəldi. O da atam kimi böyük maşın sürürdü. Atam mənə dedi ki, “bu şəxs vaxtilə Petya rolunda çəkilən Kolya Loginovdur. Oturub söhbət etdik, filmdən danışdı” deyə yazısında qeyd etmişdi. Hətta Kolya onlara deyib ki, “həyatda saçım qara olsa da, film üçün rəngləmişdilər”. Mən həqiqətən də belə bir şeyi xatırlayıram. Hətta Yusif Şeyxovdan da soruşdum. Ona görə də bu yazıya inandım. Mən çox maraqlandım, dedilər ki, Kolya başqa ölkəyə köçüb. Sonra Yusifə dedim, dedi ki, “bəlkə axtarış edən verilişlərə deyəsən?!”. Solmaz Hətəmova, Yusif Şeyxovla illər sonra “O üz” verilişində görüşdüm. İndiyə qədər bir araya gələ bilmirdik. Qismət olmurdu. Rəşid rolunun ifaçısı Amerikada yaşayır. Onunla nəinki mən, heç Solmazla Yusif də görüşə bilmir” deyə sənətçi bildirib. Nazim Mustafayev sonradan filmlərdə çəkilməməsinə belə aydınlıq gətirib. “Axı o vaxt gündə bir uşaq filmi çəkmirdilər. Bəlkə olsaydı dəvət edərdilər. Mən də böyük məmnuniyyətlə çəkilərdim. Məktəbdə oxuyurdum, çəkilişi bitirən kimi yenidən məktəbə qaçırdım. Dərslərimi öyrənməyə vaxt tapmırdım. Məktəbi bitirdim, ayrı peşənin ardınca getdim. Sonradan ağlıma da gəlmirdi ki, aktyorluq edim. Bu gün filmi izləyəndə o qayğısız illərim üçün darıxıram. Kaş bircə dəfə olsaydı o illəri yaşayardım. Fasilə olan kimi qaçıb futbol oynayırdıq. Yay vaxtı olduğuna görə tərləyirdik. Əlisəttar müəllim əsəbləşirdi əlimizdən. Amma bununla belə bizə böyük diqqət göstərilirdi. Bu filmə keçmişdə qalan gələcək kimi baxmaq olar” deyə Nazim Mustafayev deyib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26 |
|
|
|
| • "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24 |
|
|
|
| • Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20 |
|
|
|
| • Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09 |
|
|
|
| • Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59 |
|
|
|
| • Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53 |
|
|
|
| • Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
|