Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     “Paşinyan Bakının əlaltısıdır” .....                     "Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." .....                     "Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" .....                     Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək .....                     “Premium Bank”ın dövlətə vergi borcu var .....                     Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu .....                     MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? .....                     Nazirliyin tenderini yenə həmin şirkət uddu .....                     Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI .....                     “Söz vermişdim qızımı xaricdə oxudacam” .....                     İrəvanın bir ayağı yenə “gor”da .....                     Kür çayı bu rayonda bəndi uçurdu .....                     "Naxçıvan duzu" adı altında saxtakarlıq... .....                     Serjik Azərbaycana qayıdır? .....                     İrana görə daha bir ölkə çətin vəziyyətdə .....                     Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək .....                     Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz .....                     Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib .....                     Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək? .....                     Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq .....                     "Yeni Klinika"ya direktor təyin olundu .....                     Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... .....                     Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA .....                     Araz qırağının əcəb ZİBİLGAHI VAR... .....                     Azərbaycan neftinin qiyməti 113 dolları keçib .....                     “Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” .....                     Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… .....                     “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” .....                     Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu .....                     Qarabağda MÜHARİBƏ istəyən ölkə .....                     Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? .....                     Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... .....                     "Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" .....                     Azər Məmmədov yeni gələndə ümid edən işçilər... .....                     Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? .....                     Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... .....                     Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? .....                     ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib .....                     Azərbaycanda çörək bahalaşacaq? .....                 

"“Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir"
Tarix: 12-03-2024, 09:06 | Çap et
"“Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir"
diaaz.space şair Vüqar Əhmədin kult.az-a müsahibəni təqdim edir:

- Deyirlər, professor olmaq üçün AzTV-dən ayrılmısınız. Dəqiq səbəb budur?

- Mən əvvəl üç yerdə işləyirdim. İyirmi ilə yaxın AzTV-də rəhbər vəzifədə olmuşam. Sonra redaksiyamız “Ədəbi Dram”la birləşdi. Yarımştat Elmlər Akademiyasında, yarımştat da Müəllimlər İnstitutunda işləyirdim. Filologiya elmlər doktoru idim. Rektorumuz dedi, mən səni professor keçirdə bilmərəm, gərək, bütöv ştata keçəsən. Ərizəmi yazıb, AzTV-dən çıxdım. Rektor isə yaxşı mənada məni aldatdı. Sən demə, olarmış işləmək, amma mənim kimi kadrı tam ştat istəyirmiş. Elə AzTV-dən çıxmaq da ürəyimdən idi. Rəhbərlik dəyişmişdi, mühit o deyildi.

- Bəs indi necə, peşmansınız?

- Peşmanlıq deməzdim. Artıq yaşım keçib, cavan olsaydım, hazırki komanda ilə işləyərdim AzTV-də.

- Üç işdə işləmək çətin deyildi bir şair üçün?

- Şair işləməmişəm ki! Hərəsində öz işim olub. Onda uşaqlar da balaca idi, üç yerdən bir yerin maaşını alırdım, çatmırdı. Yenə yaxşıydı ki, dərsliklərim, kitablarım satılırdı, oradan da bir az gəlir gəlirdi. Rəsulzadə haqda romanımdan yaxşı pul qazandım. Ordan-burdan qonorarla da birtəhər dolanırdım.

- Vüqar müəllim, indiyə qədər nə qədər şeir yazmış olarsınız? Sizin haqqınızda sosial şəbəkədə bəziləri yazır ki, hər gün şeir yazır…

- Mən çox şeir yazmamışam axı. Deyirlər də. Bəlkə 500 sözümə mahnım var. Bizim elə xalq şairlərimiz var ki, onların on cild şeiri var. Bir söz var e, “az yazıram, saz yazıram”. Dəqiq bilmirəm, bəlkə, 800-1000 şeir olar.

- Düşünürsünüz ki, bir şair üçün min şeir azdır?

- Yox, siz nə danışırsız? Əvvəla, təqribi dedim. Oturub şeirlərimi sayım? Amma bir dəfə sizin xətrinizə sayaram. Camaatın on min, iyirmi min şeiri var. Bəlkə də 600 şeirim olar - 40 illik yaradıcılıq üçün çox azdır. Daim elmi fəaliyyətlə də məşğul olmuşam. Ən məhsuldar dövrüm müğənni, bəstəkarla işləyəndə olub. Təbi gələndə yazıram da. Sözlərimə oxunan mahnıları eşitməmisiniz? Bütün toylarda “Balaların xətrinə” oxunur, “Şuşanın dağları, başı vüqarlı” - Şuşada belə oxundu. “Azərbaycan” şeirimi hamı Səməd Vurğunun şeirindən sonra ən yaxşı şeir kimi qiymətləndirir.

- Sizə “nəğməkar şair” deyirlər. Hiss edirsiniz ki, “nəğməkar şair”i alçaltmaq, zəif göstərmək üçün deyirlər?

- Mən “nəğməkar şair” adından imtina eləmişəm. Bu adı mənə illər öncə Əlibaba Məmmədov vermişdi. Yaşar Nuri də yaradıcılıq gecəmdə çıxış edib, o cür təqdim elədi. O vaxt üçün bu ad çox yaxşı idi. Sonra gördüm ki, tədbirə çağırırlar, iki şeirinə mahnı oxunanı da nəğməkar şair kimi təqdim edirlər. Ümumiyyətlə, şair şairdi də. Vəssalam. Daha mənə belə demirlər. İndi olur, bir də görürsən, rayondan gələn saf adamdı, görüşür, öpür, deyir, nəğməkar şairimiz, sənin nəğməli ürəyindən öpürəm. Amma alimlər, ziyalılar bilirlər ki, kiməm, nəyə qadirəm.

- Bəstəkarlardan pul almağı alver hesab elədiyinizi demişdiniz. Belə çıxır ki, alanlar alverçidir?

- Mən özüm heç vaxt almamışam, kim də alırsa, halal xoşu. Ruzini Allah verir, maaş alıram, şeir satmağı isə bacarmıram. Mən belə düşünürəm, sadəcə. Demirəm ki, etmək olmaz, amma mən etməmişəm, edə bilmirəm.

- Az qala bütün şairlər danışanda deyirlər ki, mənə paxıllıq edən çoxdur, ayağımı çəkirlər. Sizə necə, paxıllıq edirlərmi?

- Elə şey olar ki, etməsinlər? Amma mənə heç vaxt istedadlı adamlar paxıllıq etməyib. Ciddi adamlar həmişə dəstək verib, dost olmuşuq.

- Kimdir o ciddi adamlar?

- Ustad saydığım Bəxtiyar Vahabzadə, Nəbi Xəzri. Rəhmətlik Zəlimxan Yaqubla yaxşı münasibətimiz var idi. Şair Qabillə, Cabir Novruzla dost olmuşuq, alimlərimizdən İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Yaşar Qarayev, Bəkir Nəbiyev - hamısı haqqımda da yazıblar. Paxıllıq istedadsız adamların işidir. Hələ çoxdur, yadıma düşən bunlar oldu.

- İzzət Bağırova şeir yazdığınıza görə peşman deyilsiniz ki?

- Xeyr, niyə peşman olum? İzzət o vaxt ağır qəza keçirmişdi, könlü xoş olsun deyə yazmışdım.

- Xoş oldu?

- Əlbəttə. Kimə xoş olmaz ki? İki dəfə ağır əməliyyatdan sonra ayılıb ona həsr elədiyim şeiri oxuyanda sevindi. O, həm də uşaqlarımın dayısıdır. Amma bunun dəxli yoxdur, başqası da olsa, yazardım.

- Xeyli adama şeir həsr eləmisiniz. Bəs sizə də şeir həsr ediblərmi?

- Mənə heç bilirsiniz nə qədər şeir həsr olunub? Balakənli bir şair poema həsr edib. Şair Tofiq İmişli var, mənə on şeir həsr edib. Nizami Rəmzi qəzəl həsr eləmişdi, baş hərfləri də Vüqar Əhməd… Daha sonra Cabir Novruz, Nəbi Xəzri də həsr edib. Çoxdur. Özümün onları çap etməyim düzgün olmaz. Öləndən sonra övladlarım edərlər.

- Xanımlara da şeir həsr edirsiniz? Yoxsa ancaq kişi şairlərə?

- Xanımlara da şeir həsr eləmişəm. Sevgi mahnılarım var da.

- Xanımlara deyəndə, zaman-zaman sevdiklərinizi nəzərdə tuturam…

- Brilyant Dadaşova “mən gizlincə səninləyəm” oxumuşdu. Bir elmlər doktoru var, dedi, Vüqar, utanmırsan, evli adamsan, bu nədi? Dedim, bəlkə elə yoldaşıma yazmışam? İnanmadı, əsəbiləşib dedi ki, yoldaşla gizlincə görüşmürlər, sənin gəzdiyin var. Bilmədim nə deyim, bu da poeziyanı anlayan alimimiz…

- Müsahibənin sonunda mənə bir şeir həsr edə bilərsiniz? Son sözümüz o olsun…

- İndi yox, amma söz verirəm ki, sizə şeir həsr edəcəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 12:12
“Paşinyan Bakının əlaltısıdır” - Hayk Nahapetyan
Bu gün, 12:09
"Şəxsi vəsaiti mənimsəyiblər və günü-günə satırlar..." - AXI NİYƏ?
Bu gün, 12:04
"Hər ay nömrə aktiv qalsın deyə 12 manat abunə haqqı ödəməliyəm?" - NARAZILIQ VAR...
Bu gün, 12:00
Ermənistan Qazaxıstanda səfirlik binası tikəcək
Bu gün, 11:53
“Premium Bank”ın dövlətə vergi borcu var
Bu gün, 11:49
Hörümzün bölünməsi və: Körfəz dövlətlərinin raket qorxusu - İNCƏLƏMƏ
Bu gün, 11:46
MSK-nın yeni tərkibi nə zaman təsdiqlənəcək? - DEPUTATLAR AÇIQLADI
Bu gün, 11:45
Nazirliyin tenderini yenə həmin şirkət uddu – Bu dəfə 9,3 milyon manat alacaq
Bu gün, 11:43
Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Söz vermişdim qızımı xaricdə oxudacam” - Beş dəfə Məşhədə gedən Məleykə Əsədova
Bu gün, 11:36
İrəvanın bir ayağı yenə “gor”da
Bu gün, 11:33
Kür çayı bu rayonda bəndi uçurdu
Bu gün, 11:27
"Naxçıvan duzu" adı altında saxtakarlıq... - İşbazların yeni "planı"
Bu gün, 11:09
Serjik Azərbaycana qayıdır?
Bu gün, 11:06
İrana görə daha bir ölkə çətin vəziyyətdə – Yarım milyard dollar bloklandı
Bu gün, 11:00
Astarada sel və daşqından mübarizə tədbirlərinə 2 milyon xərclənəcək
Bu gün, 10:55
Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz - Hakim
Bu gün, 10:53
Elmi-tədqiqat üçün Qazaxıstandan Azərbaycana 10 min diri heyvan gətirilib
Bu gün, 10:46
Dövlət Aqrar Universiteti 240 min manatı nəyə xərcləyəcək?
Bu gün, 10:44
Paşinyan kilsəni xaricdə də rahat qoymayacaq - KİV
Bu gün, 10:40
"Yeni Klinika"ya direktor təyin olundu - ƏMR
Bu gün, 10:36
Buralarda NƏ İŞLƏR ÇEVRİLİR... - BİR BİLƏN OLSA...
Bu gün, 10:28
Azərbaycanda daha bir məktəbdə BIŞAQLANMA - TƏFƏRRÜAT
Bu gün, 10:17
Araz qırağının əcəb ZİBİLGAHI VAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:13
Azərbaycan neftinin qiyməti 113 dolları keçib
Bu gün, 09:50
“Əməkhaqqı artmadığı halda necə olur xidmət qiymətləri 3 dəfə artır?!” - ETİRAZ
Bu gün, 09:45
Mehdiyevin 32 hektarlıq bağı əlindən alındı: Fermalar, bağlar və… - İDDİA
Bu gün, 09:39
“Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər” -erməni politoloq
Bu gün, 09:33
Bakıda qayınatasının çənəsini sındıran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 08:34
Qarabağda MÜHARİBƏ istəyən ölkə - ŞOK iddia
Bu gün, 08:11
Nazirdən ANONS: minlərlə ailəyə verilən məbləğ artacaq? – Türkiyə modeli…
Bu gün, 08:09
Əhalinin ərzaq xərcləri 55%-ə çatdı: Bahalaşmanın səbəbi... - GƏLİŞMƏ
Bu gün, 08:07
"Pozuntu edənlər niyə “qəfəsdə” olmurlar bəs?!" - ETİRAZ
Bu gün, 08:04
Azər Məmmədov yeni gələndə ümid edən işçilər... - İNDİ PEŞMANDIR...
Bu gün, 07:46
Sahib Məmmədov niyə 'obyektini' mədəni naşılara həvalə edib? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:27
Xaçmazda təhsil sistemi bəlkə bundan sonra... - ŞƏRH
Bu gün, 07:20
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı? - Əslində, TƏBİB-də nə baş verir…
Bu gün, 07:16
ABŞ 38 ildən sonra ilk dəfə dəniz topundan istifadə edib - "The War Zone"
Bu gün, 07:10
Azərbaycanda çörək bahalaşacaq? – İqtisadçı izah edir
Bu gün, 07:05
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR - ONA GÖRƏ DƏ...
Bu gün, 06:58
Kritik mərhələ: Avropa Ermənistanda kimi və nəyi qoruyacaq? - Görünəni odur ki...
Bu gün, 06:55
Yerində sayan sektor: milyonları niyə itiririk? - AKTUAL
Bu gün, 06:52
"İctimai şuralar həmin o rəsmi qurumların sözünü deyir..." - FAKT BUDUR!
Bu gün, 06:50
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:48
"Verilişə gələrkən maşını vurdum..."
Bu gün, 06:45
TƏBİB-in TƏCİLİ olmayan yardımı... - "Ümid edək ki..."
Bu gün, 06:34
Niyazi Bayramovun korrupsiya ortaqları - SİYAHI
Bu gün, 06:28
Bankların faiz gəlirləri niyə rekord həddə çatıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
Təzə başçı gələndə camaat düşündü ki... - FOTO
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru