Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır .....                     “Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu .....                     Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? .....                     Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır .....                     “Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu .....                     Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib .....                     Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə .....                     3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır .....                     Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon .....                     85 yaşlı direktor aylardır ki, işı çıxmır .....                     "Oğullarım əcnəbi xanımla ailə qurublar" .....                     "Danone" ləğv olunur .....                     "Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." .....                     Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... .....                     Havanın yağmursuz olacağı gözlənilir .....                     ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... .....                     “Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb .....                     Mehdiabadı KİM XARABA QOYUR? .....                     Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib .....                     Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı .....                     Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb .....                     Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ .....                     Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb .....                     Rusiyada FACİƏ: azərbaycanlı öldü .....                     Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək .....                     “Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” .....                     Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: .....                     Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım .....                     Jurnalistika ixtisasında .....                     Agentlik rüşvət əleyhinə idarəetmə sistemi ilə bağlı xidmət alır .....                     İranın Zəngəzurla bağlı "qırmızı xətti" aradan qalxıb .....                     "Rusiya artıq bu hadisədən müəyyən nəticələr çıxarıb..." .....                     Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? .....                     İcra Hakimiyyətində yeni təyinat .....                     Zelenski dilemma qarşısındadır .....                     Bakıda yeddi uşaq anasından şok əməl: əri həbsdə idi, özü də... .....                     Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb .....                     Bakının iki dostu razılaşdı, üç regionda yeni vəziyyət .....                     İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur... .....                 

"Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir..." - ETİRAZ
Tarix: 9-07-2024, 07:12 | Çap et
"Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir..."
Aşıq Əlinin Kult.az-a müsahibəsi:

- Aşıq, sizə elə gəlmir ki, aşıq sənəti aktuallığını itirib? Aşıqlıq indi daha çox köhnə estetika kimi qəbul olunur, yeni tendesiyalar yaranıb...

- Razılaşmıram bu fikirlə. Əvvəla, müasirlik-zad yoxdur, axı. Siz müasirlik nəyə deyirsiniz? Təzə oxuyanlar çıxır e, inkubator kimi. Onlardır müasir?!

- Bir növ həm də onlardır kimi görsənir. Qarşılarını necə almaq olar ki?

- Heç cür. Sosial şəbəkələr varsa, onların da qarşısını olmaq mümkün deyil. Gərək ki, birinci elə sosial şəbəkələri tamamilə bağlasınlar. Onlar güclü reklam olunur, hərəsinin 10 işçisi var, təbliğ edirlər. Bir də görürsən, məsələn, hansısa sayt yazır ki, bəs, filan müğənniyə ev sahibi etiraz etdi, geyimində narazılıq yarandı. Amma ortada fakt yox. Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir.

- Aşıqları da efirlərdə az-az görürük…

- Şəxsən mən çıxmıram.

- Niyə? Sizi əvvəllər tez-tez görürdük, axı.

- Əvvəllər yaxşı idi, belə deyildi verilişlər. İndi bərbad vəziyyətdədir. Mən o inkubator müğənnilərlə bir yerdə olmaq istəmirəm, ona görə də dəvət olunsam belə, getmirəm.

- Saz niyə müqəddəsdir? Onu müqəddəs edən nədir?

- Bu, bir az fərqli məsələdir. “Müqəddəs” sözünün mənası çox yerə gedib çıxır. Mən “toxunulmazdır” deyərdim. Çünki bu, sənin milli sərvətin, dəyərin, kimliyindir. Hər bir xalq öz milli sənəti, sənətkarı, geyimi, kulinariyası və s. ilə tanınır. Azərbaycan musiqinin kökü sazdır, həm də bununla tanıyırlar. Sazı qorumaq borcumuzdur.

- Cəmiyyətdə aşıq sənətini tənqid edən adamlar da çoxdur.

- Baxmaq lazımdır ki, kim və niyə edir? Kimlər ki, tənqid edir, onlara elmlə cavab vermək lazımdır, hay-küylə yox.

- Restoranlarda saz çalan adamlara münasibətiniz necədir? Aşığı el dolandırar, yoxsa deyilən iradlarda haqlıdırlar?

- Bu sual çox verilib mənə və cavablandırmışam. Bilirsiniz, deyə bilərəm ki, onlar çox nahaq edirlər, amma onda da cavab verəcəklər ki, Aşıq Əlinin “ağzı isti yerdədir”. Bax bu sözün deyilməməsi üçün belə məsələlərə qarışmıram. Taleyin qisməti də var. Adam var, yaxşı idmançıdır, amma nəticəsi yoxdur. Adam var, sənəti yoxdur, amma hər yerdə onlardan danışırlar.

- Sənəti olanlar da olmayanların kölgəsində qalır?

- Yox. İstedadı ört-basdır etmək, qabağını almaq olmur. Bircə məsələ odur ki, şəxsiyyətini alçatmayasan, gərək. Maddiyyat bir gün var, bir gün yox.

- Hər sənətin yeniliyi olur. Aşıqlar nə yenilik edir bəs?

- Aşığın yeniliyi sənəti yaşatması, müasir dövrdə onu qoruyub saxlaması və təqdim etməsidir. Sazın ağırlığını saxlamaq lazımdır, ana xəttə toxunmaq olmaz.

- Aşıq Ədaləti necə xatırlayırsınız? Ustadınız olub, deyilənə görə, ən yaxın münasibəti də sizinlə olub.

- Ustad məcazi mənada olub. Aşıqlıq sənətində belə bir xüsusiyyət var ki, özündən böyüklərə, statuslu sənətkarlara “ustad” deyilir. Mən o adamları özümə ustad bilirəm. Fərqi yoxdur ki, hansı aşıq məktəbini təmsil edir. Mən özümü Azərbaycan aşığı hesab edirəm. Düzdür, Şirvan Aşıq Məktəbinin təmsilçisiyəm, amma ölkənin hər yerində şənliklərə gedirəm. Ədalət Nəsibovla yaxşı münasibətim olub, mahir saz ifaçısı idi, ustad idi. Baməzə, güclü yumoru, yaxşı nəsihətləri var idi. Həm həyat, həm də sənət baxımından. Yaş da önəmlidir, “çox gəzən, çox bilər” deyiblər.

- Çox gəzmək demişkən, bizim aşıqların xaricdəki fəaliyyəti ilə bağlı nə demək olar? Sanki, xaricdə də çox görünmürsünüz…

- Həm razıyam, həm də narazı. Fransadan üzü belə çox ölkədə olmuşam,. Elə bu yaxınlarda həm Qətərdə, həm də Özbəkistanda Azərbaycan mədəniyyət günləri oldu. Qətərdə tək iştirak etdim, Özbəkistanda da Aşıq Samirə ilə. Məsələn, orada rok ifa etdik.

- Onda bunu yenilik hesab edə bilərik?

- Bəli, yaxşı da qarşılandı. Ana xəttə dəymədən “Cəngi”dən “Misri”yə ifa etdik. Xeyli izlədilər.

- Aşıq məktəbi, sizcə, hansı bölgəmizdə daha yaxşıdır?

- Tam səmimi deyirəm, hamısında. Hamısı biri-birinə bağlıdır. Belə ayrımçılıq etmək doğru deyil. Hər yerin mahir ifaçıları var. Belə deyək, kamanın öz yeri, tarın öz yeri. Məsələn, deyə bilərəm ki, Şirvan Aşıq Məktəbində son dönəmlər səngimə var və mən bundan narahatam. Yaxşı, mən ifa elədim, bir neçə gəncimiz var, onlar da etdi, sonra nə olacaq? Ona görə də təbliğat aparmaq lazımdır.

- Gənc aşıqlardan razısınız?

- Gənclərdən narazılığım var. Hamısı solo-saz ifasına qaçır və düzgün ifa etmir.

- Ustadları elə öyrədir?

- Yox. Şüurlarında problem var. Gözlərini açıb, çox yerdə o cür uyğunsuz ifalar görürlər, ona görə.

- Bədii ədəbiyyatla aranız necədir? Roman, hekayə oxuyursunuz, yoxsa ancaq aşıq şeirləri?

- Aşıqlıq sənətində dastançılığı bilməlisən. Düzdür, indi buna da maraq azalıb, amma bilməlisən. Müasir Azərbaycan ədəbiyyatını az oxuyuram, o da vaxta görə. İşim çoxdur. Qobustan Mədəniyyət Evinin direktoruyam, yaradıcılığım, konsertlər, el şənlikləri - buna görə də vaxt az qalır. Amma yenə də bacardıqca oxuyuram ki, elmim artsın, nitqim formalaşsın.

- Əsl aşıq necə olmalıdır? Məsələn, elə aşıqlar var, rəqs də edir, aktyorluğu bacarır, muğam oxuyur - hamısı da eyni anda!

- Əsl aşıqda bunların hamısı olmalıdır, bacarmalıdır. Əksər aşıqlar isə bacarmır. Eləsi var, saz çala bilir, oxuya bilmir. Eləsi var, qoy, ancaq müğənni kimi oxusun, eləsi var, dastan bilmir. Aşıq meydangir olmalıdır. Onun yaxşı və pis olması meydanda bilinir.

- Sənətin digər növlərində davalar gedir. Məsələn, kişi yazıçı-şairlər daha yaxşıdır, nəinki qadınlar. Aşıqlıqda necə, qadınları daha öndə görürsünüz, ya kişiləri?

- Bilirsiniz, xislət məsələsi var. Bəzən deyirlər ki, filan xanım kişi kimidir. Mən bunu qəbul etmirəm. Qadın qadındır, xanımın dünyaya baxışı ayrıdır, kişinin ayrı; qadının yazdığı ayrıdır, kişinin yazdığı ayrı. Mən deyə bilmərəm ki, qadın yaxşıdır, ya kişi. Hərəsinin öz rolu, yolu var.

- Tarixi ardıcıllıqla götürsək, aşıq adı ilə ümumtürk şerinin ən görkəmli simaları var. Aşıq Paşa, Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq Abbas Tufarqanlı. Müasir zəmanədə siz bu ardıcıllığı necə qurardınız?

- Aşıq Şakir, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq İmran, Aşıq Kamandar, Aşıq Əkbər və s. Bunlar dünənimizin-bugünümüzün aşıqlarıdır.

- Sizlərdə ustadlıq necə olur? Yaşa görə?

- Bədbəxtçilik ondadır elə. Gözləyirlər, 60 yaşı olsun, sonra dədə, ustad deyilsin.

- Siz gəncsiniz, özünüzü ustad hesab edirsiniz?

- Mən heç nə deyə bilmərəm. Heç kimə də demirəm ki, mənə “ustad” de. Özümə yaraşdırmaram. Özümün özümə deyəcəyim söz deyil, axı.

- Bəs narahat da olmursunuz kimsə belə deməsə? Aşıqlıq sənətində xidmətləriniz var axı.

- Narahat deyiləm.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyardlarla vəsait Azərbaycandan xaricə belə çıxarılır – Ruslar və yəhudilər…
Bu gün, 13:58
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTO
Bu gün, 13:50
Azərbaycanlı biznesmenlərdən rüşvət alan polis rəisləri kimdir? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 13:42
Bakı və İrəvan sülh sazişini mümkün qədər tez imzalamalıdır - Aİ
Bu gün, 13:39
“Uşaqlarım da ondan qorxurdu”: İllərdir ərindən şiddət görən qadın ölümdən xilas oldu - TƏFƏRRÜAT
Bu gün, 13:23
Daşnaklar Paşinyan üçün təhlükəyə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 13:03
Tramp düyməyə basdı: Üç ölkə Moskva və Tehrana görə hədəfdə – İrəvandan sürpriz rol
Bu gün, 13:01
3 ölkə B-52 və qırıcıların iştirakı ilə təlim keçirdi
Bu gün, 12:57
Azərbaycanda orta aylıq əməkhaqqı 1095 manatdır – Rəsmi
Bu gün, 12:55
Məktəblərin yüksəksürətli internetlə təmin olunmasına 2,4 milyon - SƏRF OLUNACAQ
Bu gün, 12:52
85 yaşlı direktor aylardır ki, işı çıxmır - İLGİNC
Bu gün, 12:42
"Oğullarım əcnəbi xanımla ailə qurublar"
Bu gün, 12:32
"Danone" ləğv olunur
Bu gün, 12:29
"Rusiya Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, amma..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 12:24
Türkiyə təkcə özünün yox... regionun da ŞƏKLİNİ DƏYİŞİR... - İNCƏLƏMƏ
Bu gün, 12:20
Havanın yağmursuz olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:14
ABSURD DALINCA ABSURD: nəqliyyatçıya maliyyə işləri həvalə olunur... - "Azəriqaz" şefi "GÜL VURUR"...
Bu gün, 12:08
“Qulp”un Aşıq Yediyarının səhhətində ciddi problem yaranıb
Bu gün, 12:01
Mehdiabadı KİM XARABA QOYUR? - BU NƏDİ BELƏ?
Bu gün, 11:58
Ermənistanda Rusiya bazasının güllələnən hərbçisi xəstəxanaya yerləşdirilib
Bu gün, 11:49
Agentliyin 9 ölkədə tədbir keçirmək planı baş tutmadı - TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:44
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb - AÇIQLAMA
Bu gün, 11:41
Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi: 2 qəzet BİRLƏŞDİ - FƏRMAN
Bu gün, 11:39
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 11:38
Rusiyada FACİƏ: azərbaycanlı öldü - HƏSSAS GÖRÜNTÜLƏR
Bu gün, 11:34
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək – 14 milyon manatlıq dələduzluq
Bu gün, 11:30
“Təhsil qərarları yalnız rəqəmlərlə ölçülməməlidir!” - Kamran Əsədov
Bu gün, 11:27
Mavritaniya, Zimbabve, Toqo və Nigerə həsəd aparan "milli" komanda: -Reytinqdə 3 "addım" geri getdik
Bu gün, 11:26
Liderlərin beş saatlıq görüşünün nəticəsi: sülh prosesində irəliyə daha bir addım - ŞƏRH
Bu gün, 11:24
Jurnalistika ixtisasında qabiliyyət imtahanı LƏĞV EDİLİR?
Bu gün, 11:22
Agentlik rüşvət əleyhinə idarəetmə sistemi ilə bağlı xidmət alır - FOTO
Bu gün, 11:21
İranın Zəngəzurla bağlı "qırmızı xətti" aradan qalxıb - Sabiq nazirdən sensasiya
Bu gün, 11:19
"Rusiya artıq bu hadisədən müəyyən nəticələr çıxarıb..." - partiya sədri
Bu gün, 11:17
Bakıda Baş plana qarşı çıxaraq tarixi binaları kimlər sökür? – “Dedilər ki, burada narkomanlar yaşayır...”
Bu gün, 11:05
İcra Hakimiyyətində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:02
Zelenski dilemma qarşısındadır
Bu gün, 11:00
Bakıda yeddi uşaq anasından şok əməl: əri həbsdə idi, özü də... - TƏFƏRRÜAT
Bu gün, 10:57
Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb - BU DƏFƏ...
Bu gün, 10:53
Bakının iki dostu razılaşdı, üç regionda yeni vəziyyət – Pakistan ekspert detalları açdı
Bu gün, 10:51
İranda yeni proses: federasiya yaranır, Təbriz paytaxt olur... - GƏLİŞMƏ
Bu gün, 10:47
Naxçıvanda ƏSRİN MƏHKƏMƏSİ... - BU GÜN...
Bu gün, 10:44
Cəbrayılda 4.2 milyon manata Qarabağ Meşəçilik və Təlim Mərkəzi yaradılır - TƏFƏRRÜAT
Bu gün, 10:36
Ermənistanda "Taşir Pizza" şəbəkəsinin direktoru həbs edilib
Bu gün, 10:19
"Ermənistanla sülh müqaviləsi dekabrda imzalanacaq..." - Erməni nəşri
Bu gün, 10:15
Dövlət Turizm Agentliyinin daha bir milyonluq tenderi ləğv edildi
Bu gün, 10:12
İcra başçısı onu özünə müavin təyin etdi - ƏMR
Bu gün, 10:10
Zəngəzur dəhlizinə yaşıl işıq - Əbu-Dabi görüşü tarixi dönüş nöqtəsi ola bilər
Bu gün, 09:56
Rusiya ilə gərginlik müğənnilərin toy bazarına təsir edibmi? – İki məşhur danışdı
Bu gün, 09:49
Bu şirkət 15 milyon manatlıq dərman müqaviləsinə sahib çıxdı - DETALLAR
Bu gün, 09:41
İran SQ-nin Baş Qərargah rəisi öldürülüb - KİV
Bu gün, 09:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru