Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür" - Əməkdar artist
Tarix: 15-10-2024, 12:02 | Çap et
"Azərbaycan kinosunu dövlət dəstəyi ilə sağaltmaq mümkündür"
Azərbaycan kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti Cavanşir Hadıyev, bir müddət əvvəl Vyetnamda Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə keçirilən tədbirdə iştirak edib. Biz də aktyorun səfərlə bağlı təəssüratlarını almaq istədik. Və düşündük ki, öyrənək "aktyorumuz Azərbaycan kinosunu necə görür?"


- Azərbaycanın Vyetnamdakı səfirliyi və Vyetnam Kino Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədilə keçirilən tədbirdə iştirak etmisiniz. Öncəliklə, bu tədbirlə bağlı təəssüratlarınızı bölüşə bilərsiniz.
- Bir müddət əvvəl bir əməkdar artist Gülzar Qurbanova ilə Azərbaycanın Vyetnamda səfirliyi Vyetnam Kino Assosiasiyanın və Azərbaycanın Kinematoqrafiyaçılar İttifaqının əməkdaşlığı çərçivəsində Vyetnam-Azərbaycan kino əlaqələrinin gücləndirilməsi məqsədi ilə Vyetnama ezam olunmuşduq. Və ən əsası da biz "Golden Kite Awards 2024” yəni tərcümədə (Qızıl Çəlpələng) Vyetnam Milli kino mükafatını təqdimetmə mərasimində iştirak etmək üçün Vyetnam ezam olunmuşduq.

İki ildən bir keçirilən bu festival milli kino mükafatı, artıq bu ildən hər il keçiriləcək. Hesab edirəm ki, bizim səfərimiz çox uğurlu oldu.

Mənim və Gülzar Qurbanovanın - ikimizin də təəsüratları çox boldur, zəngindir. Səfərimiz çox səmərəli keçdi. Səfər çərçivəsində ilk növbədə biz təqdim etmə mərasimində iştirak etdik. Çox gözəl bir mərasim keçirildi. Təsəvvürünüzə gətirin ki, bu mükafat da bir növ Oskar mükafatı idi. Sadəcə olaraq Vyetnama aid idi. Vyetnamda Vyetnamın ən yaxşı filmi, Vyetnamın ən yaxşı rejissoru, ən yaxşı operatoru, ən yaxşı aktyoru, ən yaxşı aktrisası seçildi və onlara mükafatlar təqdim olundu. "Maye" filmi ən yaxşı film seçildi və bizdə o mərasimdə qonaq qismində iştirak edirdik. Ümumiyətlə, bu səfərdə bizim çox zəngin, sıx proqramımız var idi. Biz yetərincə və çox dolğun bir məlumatla qayıtmışıq.


- Tədbir çərçivəsində Vyetnamın kino sektorundakı fəaliyyətlə və görülən uğurlu işlərlə tanış olmusunuz. Vyetnamla Azərbaycan kino sektorunu müqayisə edərsinizmi? Hansı işlərimiz onlar üçün nümunə sayıla bilər və biz hansı nümunələri götürə bilərik?
- Tədbir çərçivəsində Vyetnamın kino sektorundakı fəaliyyəti və görülən uğurlu işlər barəsində nə deyə bilərəm; bəli, bir filmlə tanış olmağa nail olduq. Yəni o qədər sıx proqramımız var idi ki, biz cəmi bir filmə baxa bildik. Ümumiyyətlə, Vyetnamın kino sahəsindəki uğurları danılmazdır. Hər il Vyetnamda dövlət sifarişi ilə və yaxud kommersiya tipli, bir yerdə götürsək 50-dən çox tammetrajlı film və bədii film çəkilir. Hələ televiziya seriallarını, sənədli filmləri, elmi filmləri və animasiya filmlərini demirəm. Son 10 ildə Vyetnamda 2500-dən çox film çəkilib. Bu, böyük bir nəticədir və böyük uğurdur. Bundan həqiqətən də bir nümunə götürmək olar.

Azərbaycanla Vyetnam kino sektoru arasında müqayisəyə gəldikdə, onu deyə bilərəm ki, nümunə elə budur. Hansı işlər onlar üçün nümunə sayıla bilər. Düzünü deyim sizə, onlar üçün nümunə olacaq bir işi mən görmürəm. Çünki onlar artıq müharibə mövzusunda yetərincə film çəkiblər. Onların ən ağrılı yeri 12 illik axırıncı müharibə oldu. ABŞ-la aparılan və qələbə qazandıqları müharibə oldu. Bu mövzuda bizim üçün ağrılı olan, bizim üçün çox çətin olan şəhidlər mövzusunda, müharibə mövzusunda hələ də böyük bir uğur qazanmış filmə imza atmamışıq. Yəni demək olar ki, bu mövzuda təsirli filmlər çəkməmişik. Ona görə də onlar üçün nümunə sayıla bilmərik. Amma onlar bizim üçün bu mənada nümunə sayıla bilər.


- Bu sual standart səslənə bilər, bəlkə də. Ancaq Mirzə Ələkbər Sabirin toxunduğu, illərdir dəyişilməyən və mövcud reallıqlarımız kimi bir sual olacaq: Azərbaycan kinosunun mövcud vəziyyəti necədir? Tibbi dildə desək, "narahatlığı nədir? sağalması üçün nə edilməlidir? Milli kinomuz yaşayacaqmı?"
- Əlbəttə yaşayacaq! Azərbaycan kinosu həqiqətən də ağır xəstədir. Xəstəliyi çox dərindir. Amma ölümcül xəstə deyil. Yəni sağalması mümkün olan bir xəstəliyi var. Dərmanı da var. Yəni Azərbaycan kinosunu diriltmək, sağaltmaq mümkündür. Azərbaycan kinosu mütləq və ancaq dövlət dəstəyi hesabına sağala bilər.

Azərbaycan ölkə kimi gözəldir, vətənimiz çox gözəldir və biz hamımız vətənimizi çox sevirik. Amma bu da faktdır ki, ölkəmiz balaca ölkədir. Yəni fiziki olaraq, böyük tamaşaçı kütləsi yoxdur. Kino da yaşamaq üçün böyük tamaşaçı kütləsini tələb edir. Kassa olarsa, satılan biletlər olarsa kino da qazana bilər. Amma ölkədə kinoteatrlar demək olar ki, "yox" səviyyəsindədir. Onların sayı da azdır. "Kino özü özünə gəlir gətirəcək" fikri də yalandır. Ancaq Azərbaycan kinosuna dövlət dəstəyi olsa, sağala bilər. Yəni biz dotasiyalı kino çəkməliyik. Hələ bizim elə bir imkanımız yoxdur ki, kinoteatrlarda yüzminlərlə və ya milyonlarla biletlər satılsın və kino da bundan gəlir əldə edə bilsin. Sektorun sağalması üçün bu lazımdır. O halda, Azərbaycan kinosu yaşayacaq.


- Azərbaycan kinosu böyük sənətkarlara, istedadlı adlara, nümunəvi peşəkarlara yer açıb. İndi televiziyada, sayı getdikcə azalan kinoteatrlarda və internet platformalarında yeni kinolar və ya seriallar peşəkarlıq əvəzinə nəyə üstünlük verir ki, biz əvvəlki kimi gülə bilmirik və ya ağlaya bilmirik, duyğudan duyğuya keçə bilmirik?!
- Azərbaycan kinosu böyük sənətkarlara istedadlı adlara nümunəvi peşəkarlara yer açıb, elədir. Hazırda televiziyada, sayı getdikcə azalan kinoteatrlarda, internetdə yeni kinolar, seriallar peşəkarlıq əvəzinə bilirsinizmi nəyə üstünlük verilir? İnsanların zövqünü korlamağa üstünlük verilir. Bizim tamaşaçının zövqünü korlayıblar. Bayağı zarafatlarla və məntiqsiz danışıqlarla. Loru dildə desək, “mırt”a üstünlük verirlər. Çünki ciddi əsərlər ortalığa qoyulmur. Reytinq gətirən mövzulara, reytinq verən zarafatlara üstünlük verilir. Çünki tamaşaçının zövqü korlanıb. Tamaşaçıya bunu veriblər, tamaşaçı buna öyrəşib. İstər televiziyada, istər kinoda, istər seriallarda ciddi və sosial mövzulara insanlar maraqla baxmırlar.


- Azərbaycan kinosu harada qırıldı, sizcə? Kinonun təhsili zəifləyəndə, kinoteatrların sayı azalanda, peşəkar ustadlar aramızdan ayrılanda, ssenarilər süniləşəndə... İpin ucu nə zaman qopdu?
- Azərbaycan kinosu harda qaldı? Onun bir çox səbəbləri var. Ümumiyyətlə, bizdə kino məktəbi yoxdur. Yəni kinoda özünü görən, kinoda özünü sınamaq istəyən, kinonu sevən gənclərimiz kino sinifini öyrənə bilmirlər.

Bizdə bir İncəsənət universiteti var. Hətta onu da deyim ki, qızım da İncəsənət universitetində televiziya rejissorluq fakultəsini bitirib. İnanın ki, İncəsənət universitetində praktika yoxdur. Gözəl müəllimələr var. Aktyorluqdan və ya rejissorluqdan dərs deyirlər, amma praktika yoxdur. Yəni rejissorluğu qurtaran və yaxud aktyorluğu qurtaran tələbə və yaxud operator, heç cür texniki dəstək əldə edə bilmir ki, gedib kinosunu çəksin. İnstitutda bir dənə kamera var. Montaj və işıq təchizatı sıfır səviyyəsindədir, kamera sıfır. Yəni texnika cəhətdən tələbələrin praktikası yoxdur. Bunlar sadəcə olaraq, oxudular və nəzəriyyəni keçdilər. Bəlkə də keçmirlər deyə bilmərəm. Amma bilirəm ki, təhsil zəifdir. Sonra da diplomların aldılar, çıxıb getdilər başqa sənətə. Çoxu başqa sənətə gedir. Necə ki, qızım indi tamam başqa bir yerdə işləyir.

Biz təhsildə kino məktəbi yaratmalıyıq, təhsilə böyük bir önəm verməliyik. Kinoteatrın sayını çoxaltmaqla iş düzəlməyəcək. Onların iş prinsipini dəyişmək lazımdır. Vergi prinsipini dəyişmək lazımdır. Kinoteatrlar üçün bir film istehsal edən bir şirkət məcbur olub, 60% kinoteatra verir. Yəni gəlirin əgər varsa, o gəlirin 60 faizini kinoteatra verməlisən. Baxırsan ki, kinoteatrlarda heç zalın yarısı dolmur. Onun tədbirini görmək lazımdır, onun üçün nəsə etmək lazımdır. İnsanları kinoteatrlara cəlb etmək lazımdır.

Və ssenarilər… Əlbəttə ki, ssenaristlər yetişdirilməlidir. Maraqlı mövzular ortaya gətirilməlidir. Maraqlı olmalıdır ki, insanlar buna maraq göstərsinlər. Nə bilim, bəlkə mən pessimist sayılıram. Azərbaycan kinosu zirvədə parıldayır? Əgər elədirsə, mən görmürəm?! Bilirsinizmi vəziyyət necədir? Tutalım ki, bizim kino tariximiz var, bizim kino əsərlərimiz var, yaxşı filmlərimiz var, amma şedevrlərimiz yoxdur. Azərbaycan kino tarixində yaxşı filmlərimiz var. "Arşın Mal Alan”, "O olmasın bu olsun", "Şərikli Çörək", “Bir Cənub Şəhərində"... Bu cür filmlər gözəl filmlərdir. Amma bunlar şedevr sayılmır. Yəni dünya səviyyəsində şedevr deyil.

Bir misal deyim sizə; gürcü kinosu və ya başqa qonşu ölkənin kinosunu götürək. Bircə film deyəcəm sizə: "Əsgər atası" filmi… "Əsgər atası" filmi dünyada kino məktəblərində bir təlim filmidir, kino nümunəsidir. Yəni kino məktəblərində o filmi göstərirlər. Bu, dünya səviyyəsində olan kinodur. Amma Azərbaycan kinosu… Təbii ki, biz çalışmalıyıq ki, daxili tamaşaçı üçün daha çox maraqlı olsun. O ki, qaldı, Azərbaycan kinosunun dünyada tanıtmağa, mütləqdir ki, biz festival kinoları da çəkməliyik. Kommersiya tipli bir yana, amma festival kinoları çəkməliyik. Azərbaycan kinosunu mütləq beynəlxalq festivallarda təqdim etməliyik.

- Kinomuzun inkişafına dəstək üçün kimlər və hansı qurumlara səslənmək istəyərsiniz?
- Mən dövlətə səslənirəm, Mədəniyyət Nazirliyinə səslənirəm. Birinci növbədə nazirlik Azərbaycan kinosunu ayağa qaldırmalıdır, onun bayrağını qaldırmalıdırlar. Azərbaycan Kinomatoqrafiyaçılar İttifaqı və kinoya aid neçə qurum varsa, hamısı Azərbaycan bayrağını və Azərbaycan kinosunun bayrağını qaldırıb, irəli getməlidir.

İradə Cəlil, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru