Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Tarix: 26-10-2024, 11:11 | Çap et
"Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar"
Xalq artisti Fidan Hacıyeva Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Fidan xanım, sənətinizlə bağlı nə planlarınız var?

- Planlar çoxdur. Ötən gün Azərbaycan Tibb Universitetində tələbələrimlə birlikdə konsert proqramı ilə çıxış etdik. Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbim var. Musiqi məktəbimin nəzdində Gənc Opera Teatrı fəaliyyətə başladı. İnşallah, 2025-ci ildə ll Beynəlxalq Opera Festivalı baş tutacaq. Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası üzərində gənc ifaçılarla həm Azərbaycan, həm də ingilis dilində tamaşalar hazırlayırıq.

Xeyli yeni layihələrimiz var. Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi 2015-ci ildən fəaliyyətdədir. Çox istedadlı tələbələrim var, müxtəlif yaş kateqoriyasındadırlar. Dörd yaşından 68 yaşına qədər tələbəm var. 68 yaşlı tələbəm xarici vətəndaşdır, ölkəmizə Şotlandiyadan gəlib.

2019-cu ildə Azərbaycanda ilk dəfə xanımlardan ibarət Kamera Orkestri yaratdım. 2024-cü ildə ilk dəfə l Beynəlxalq Opera Festivalı təşkil etdik. Festival yeddi gün davam etdi, çox böyük bir layihə idi. Və festival haqqında "Bakı" jurnalında böyük bir məqaləmiz dərc edildi. Festivalda müxtəlif ölkələrdən tanınmış opera ifaçıları iştirak etdi. Türkiyədən Cemal Reşit Rey adına simfonik orkestrin baş dirijoru və Cemal Reşit Rey konsert zalının bədii rəhbəri Murat Cem Orxan, Almaniyadan Korneliya fon Kerssenbrofk, Rusiyadan Vyaçeslav Vasilyev, İtaliyadan Ripalta Bufo, Gürcüstandan Giorgi Çelidze və bir çox məşhurlar gəldilər. I Beynəlxalq Musiqi Festivalı çox böyükmiqyaslı layihə oldu.

- I Beynəlxalq Opera Festivalı zamanı həmkarlarınız sizə dəstək oldumu?

- Bəli, bütün dostlarıma, həmkarlarıma və Mədəniyyət Nazirliyinə dəstək üçün təşəkkür edirəm. Akademik Opera və Balet Teatrı simfonik orkestrinə və solistlərinə minnətdaram. Bizə çox böyük dəstək verdilər. Festivalda komanda şəklində işlədik.

- Həmkarlarınızla münasibətiniz necədir?

- Hər kəs bir-biri ilə çox mehribandır. Bu sahədə fəaliyyət göstərənlər arasında söz-söhbət olmur, hər kəs öz sənətiylə məşğuldur. Opera çox çətin musiqi janrıdır. Opera ifaçıları bütün günü sənətləriylə, repertuar seçimi, səsləri ilə məşğul olurlar. Qastrol səfərlər və dövlət tədbirlərimiz də olur.

- Operaya gənclərin marağı necədir?

- Artıq dediyim kimi, opera çox çətin və mürəkkəb bir musiqi janrdır. Onu oxumaq, öyrənmək lazımdır. Operanı orkestrin müşayiəti ilə bir neçə dillərdə oxuyursan. Bunun üçün musiqi savadın olmalıdır.

Altı yaşımdan musiqi sahəsi ilə məşğulam. Bakalavr, magist, aspirantura səviyyəsini Azərbaycanda təhsil alandan sonra Moskvada SSRİ xalq artisti, opera müğənnisi İrina Arxipovanın ustad dərslərində dinləyici kimi iştirak etmişəm. İtaliyada dünyaca məşhur müəllimə, mezzo-soprano Bruno Balyonenin sinfini bitirmişəm. Bununla yanaşı İtaliyada Kidjano Akademiyasında laureat olmuşam.

Opera janrı elədir ki, daim öz üzərində çalışmalısan. Səsin formada olmalıdır, səsini qorumalısan. Gərək soyuq yeməyəsən, soyuq havada gəzməyəsən. Bu, çox çətindir, amma mən bu rejimə öyrəşmişəm. Səsin yorğun olmaması üçün çox danışmamalı və yaxşı yatmalısan. Bu sənəti çox sevəsən və bununla yaşayasan.

- Sizə xarici ölkələrdən iş təkifləri olubmu? Gələcək planınızda xarici ölkədə fəaliyyət göstərmək fikri varmı?

- Bir çox xarici ölkələrdə - Fransa, İngiltərə, Yaponiya, Rusiya, Türkiyədə konsert proqramı ilə çıxış etmişəm. Mənə iş təklifləri də gəlib, amma öz vətənimdən kənarda yaşamaq istəmirəm. Çünki vətəndən kənarda darıxıram. Xarici ölkələrdə konsert proqramı olan zaman ölkəmi təmsil edib, tez vətənimə qayıdıram. Başqa ölkədə beş gündən artıq qala bilmirəm. Bakıda ailəm, tələbələrim, məktəbim var. Ona görə də ailəmin yanında olmaq istəyirəm.

Tələbələrimi çox sevirəm. Öz vətənimi çox sevirəm və çox vətənpərvər insanam. Yaxın günlərdə Almaniyadan iş təklifi oldu. Onlara bildirdim ki, konsert proqramına görə gələrəm, yaşamaq üçün yox.

- Siz İngiltərə vətəndaşı Filip Neylorla evlisiniz, xarici ölkədə yaşamaq şansınız da var idi.

- Bəli, xarici ölkədə yaşamaq şansım var idi, hələ də var. Amma biz həyat yoldaşımla Bakıda yaşayırıq. O da Azərbaycanı çox sevir. Neçə illərdi burada yaşayır. Yayda İngiltərəyə gedirik, ən çoxu iki həftə qalırıq. Artıq həyat yoldaşım da deyir ki, mən azərbaycanlıyam. Adət-ənənələrimizi çox sevir. Uşaqlarımız evdə Azərbaycan dilində danışırlar.

- Neçə övladınız var? Maraqlıdır, neçə xarici dil bilirlər?

- Üç övladım var, bir neçə xarici dil bilirlər, Azərbaycan dili, ingilis dili, rus dili, fransız dili. Qızımın 20 yaşı, oğlanlarımdan birinin 18, digərinin isə 11 yaşı var. İki övladım tələbədir, İngiltərədə təhsil alırlar. Kiçik oğlum isə musiqi ilə məşğul olur, skripka, fortepiano və gitara dəsrlərinə gedir. Musiqiyə çox böyük həvəsi var. Sanki mənim davamçım olacaq.

- Sizin ailə qurduğunuz illərdə əcnəbiylə evlənmək insanlar tərəfindən qeyri-adi hadisə kimi qarşılanırdı. Maraqlıdır, siz ailə quranda valideynləriniz necə qarşıladı?

- Mən Allahın qismətinə çox inanıram. Milad bayramı idi, Filip Bakıya yeni gəlmişdi. Milad bayramı qeyd edilirdi və mən BP-də "Karmen"i oynayırdım. İngilis dilində çox yaxşı bilirdim. Filip tamaşadan sonra mənə yaxınlaşdı və dedi ki, çox gözəl səsiniz var. Məni rəqsə dəvət etdi. BP-də baş tutan tədbirdən sonra uzaqlaşdıq, o, heç telefon nömrəmi də götürmədi.

Sonra Filip Opera və Balet Teatrında "Arşın mal alan" operettasına gəldi. Orada "Asya" obrazını oynayırdım. Tamaşanın səhəri gün mənə məktub verdilər. Filip mənə məktub yazıbmış, "Arşın mal alan"ın bir hissəsini tərcümə etmişdi. Beləliklə, Filip Azərbaycan mahnılarımı ingilis dilində tərcümə etməyə başladı. Mən indi əsərləri həm Azərbaycan, həm də ingilis dilində ifa edirəm.

- Filip bəylə ailə qurarkən valideynləriniz qərarınızı necə qarşıladı?

- Normal qarşıladılar. Çünki Filiplə bir-birimizi sevirdik. Atam Filipin ailəsi ilə tanış olmaq istədi. Filip və qaynanam İngiltərədən bizə gəldilər. Beləliklə, ailərimiz tanış oldu və biz ailə həyatı qurduq.

Mən Filiplə tanış olduqdan sonra Türkiyəyə getdim, orada bir-iki il işlədim. Amma biz telefonla əlaqə saxlayırdıq. Əvvəl dost kimi danışırdıq. Mən Bakıya gələndən sonra Filip dedi ki, daha sənin Türkiyəyə getməyimi istəmirəm. Səninlə ailə qurmaq istəyirəm.

- Filip bəylə ailə qurarkən ənənə, mental dəyərlər baxımından çətinlik yaşadınızmı?

- Ümumilikdə çətinlik yaşamadım. Ona görə ki, klassik musiqi ilə böyüyən insanam. Xarici ölkələrə tez-tez gedir və konsert proqramlarında iştirak edirdim. Xaricilərin mental dəyərlərini çox yaxşı bilirdim. Eləcə də ingilis dilində çox yaxşı danışırdım. Bu səbəblərdən mənə çox rahat oldu.

Filip də Azərbaycanın adət-ənənələrini çox sevir. Yeməklərimizi, insanları, qonaqpərvərliyimizi çox bəyənir. Özü də çox qonaqpərvər insandır. Hər il 20 Yanvar faciəsində Şəhidlər Xiyabanını ziyarət edir. Vətən Müharibəmizdə dünyasını dəyişən şəhidlərimizi də unutmur, onların məzarını ziyarət edir. Çox vətənpərər insandır, sanki azərbaycanlıdır. Bəlkə də bütün bunlar məndən qaynaqlanıb.

Həyat yoldaşımla ailə qurarkən ona dedim ki, mən vətənimə çox bağlı insanam. İngiltərəyə getmək mənim üçün çox çətin olacaq. O da mənim qərarımla razılaşdı. Bu məsələ barədə bir daha danışmadıq.

- Həyat yoldaşınızın vətənində konsert proqramı ilə çıxış etmisinizmi?

- Bir neçə il əvvəl İngiltərədə konsertim oldu. Yaxın günlərdə də orada konsert proqramı ilə çıxış etməyi planlaşdırırıq.

Konsertimin birinci günündə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdim. Azərbaycanın görkəmli bəstəkarı Ədilə Hüseynzadənin romanslarını səsləndirdim. Üçüncü konsertim isə 44 günlük qələbəmizə həsr edilmişdi. Orada da Azərbaycan vətənpərvər əsərlərini ifa etdim.

- Azərbaycan opera sənətinin Karmeni adlandırılırsınız. Bununla yanaşı, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Gülüş, Asya, Gülçöhrə, Rozina, Maddalena kimi bir çox rolları ifa etmisiniz. Karmendən sonra hansı obrazınızı çox sevirsiniz?

- Karmen obrazını daha çox sevirəm. Azərbaycan bəstəkarlarından isə mezzo-soprano üçün çox az opera yazıb. Çoxu sopranodur. Ona görə "Arşın mal alan" operasında Gülçöhrəni, Asyanı da oynamışam. Karmendən sonra “Arşın mala alan”da Asya obrazını çox sevirəm.

- Musiqi məktəbinizə müraciət edənlərdə daha çox nələrə diqqət edirsiniz?

- Musiqi duyumu olmalıdır. Bizim məktəbdə vokaldan başqa estrada, skripka, fortepiano dərsləri və sair öyrədilir. Çox sayda müəllimlərimiz və istedadlı tələbələrimiz var.

- Daim sizi formada görürük. Eyni çəki dərəcəsində qalmaq üçün nələri edirsiniz?

- İdman növləri ilə məşğul oluram. Yeməyimə diqqət edirəm. Yağlı yeməklərdən uzaq dururam və daha çox tərəvəzlərə üstünlük verirəm.

- Opera sənətinin daha geniş vüsət alması üçün nə etmək lazımdır?

- Öncə televiziyada opera sənətini təbliğ etmək üçün proqram təqdim etmək lazımdır. Bu sahədə çox istedadlı tələbələrimiz var. 2025-ci ildə II Beynəlxalq Opera Festivalında tələbələrim də ifa edəcək. Tələbələrimin sayı çoxdur. Tamaşaçılara düzgün musiqini təqdim etmək üçün televiziyada proqram aparmaq istəyirəm.

Son zamanlar radio və televiziyalarda necə musiqini təbliğ olunduğunu görürsünüz. Ona görə də mənə televiziyalarımızdan belə belə bir təklif gəlsə, böyük məmnuniyyətlə dəyərləndirərəm. Proqram vasitəsiylə tələbələrimi və müxtəlif istedadlı vokalçıları, klassik ifaçıları tamaşaçılara tanıtmaq istərdim.

- Son zamanlar cəmiyyətimizdə boşanmaların sayı çoxalıb. Bunun qarşısını almaq üçün gənclərimizə nələri tövsiyə edərsiniz?

- Ailə sevgi üzərində qurulmalıdır. Cütlüklər bir-birinə qarşı səbrli, anlayışlı olmalıdırlar. Hazırda gənclər çox səbrsizdirlər. İlk gündən hər şeyin olmasını istəyilər. Hər şey zamanla ərsəyə gəlir. Gənc ailələr bir-birinə güzəştə getməlidirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru