"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" .....                     Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... .....                     “Azneft” İstehsalat Birliyi cərimələnə bilər .....                     Fətulla Mustafayev NQS işçilərindən pul yığır .....                     Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür .....                     Paşinyan Qarabağ klanına qarşı .....                     “Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” .....                     Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: .....                     Rəqsanənin səhhətində problemlər var .....                     AZƏRİQAZ LƏĞV OLUNUR? .....                     Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... .....                     Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı .....                     "Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" .....                     Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək .....                     Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil .....                     Ukrayna çoxlu ərazi qazanacaq .....                     İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi .....                     Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq .....                     Şair Məmməd İsmayıl vəfat edib .....                     Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı .....                     Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam .....                     “Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... .....                     Bakıda cütlük nişan günü ayrıldı .....                     İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: .....                     Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib .....                     Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri .....                     Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb .....                     Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır .....                     Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib .....                     Ağ Evdə Ukrayna müzakirələri: .....                     Azərbaycan Fransaya neft satışını bərpa edib .....                     Tramp həmin görüşdə Azərbaycandan danışdı .....                     “İçinizdə hürün, insanların inancına…” .....                     İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib .....                     Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... .....                     "Onlara “dur” deyən yoxdur..." .....                     Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı .....                     Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək .....                     Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb .....                     İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər .....                 

“Atamın hələ də Muğam Mərkəzində büstü, yaşadığı binada barelyefi yoxdur, müraciət etsək də...” - MALƏSƏF...
Tarix: 28-05-2025, 09:52 | Çap et

“Atam 2015-ci ildə dünyasını dəyişdi. Onun ürəyində bir nisgil var idi. O da vətən həsrəti idi. Atam olduqca ciddi insan idi, amma Qarabağ adı çəkiləndə gözyaşlarını saxlaya bilmirdi. O Qarabağ torpaqlarının işğal altında olmasını, Xocalı soyqrımını və bütün bu faciələri yanğı ilə öz çalğısında əks etdirirdi. Hətta bəzən hönkürtü çəkib ağlayırdı da. İnsanların o faciəsini öz ağrısı kimi qəbul edib yaşayırdı. Həssas bir insan idi. Bu onun çalğısından da bəlli idi. Hətta bir dəfə bu yanğılı ifaları ilə bağlı mən ona sual da verdim. Dedi ki, belə yanğılı ifamın əsas səbəblərindən biri Qarabağ dərdidir. Nə qədər ki, bu dərd var, mənim ifalarım həmişə belə olacaq. Atam kaşki sağ olaydı və biz ona deyərdik ki, ata, artıq torpaqlarımız azaddır, sən orada rahat yat. Bizim şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, Ali Baş Komandanımızın göstərdiyi şücayət sayəsində torpaqlarımız işğaldan azad olundu. İnanıram ki, atam indi bunu görür və onun ruhu çox şaddır”
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva deyib. O daha sonra bildirib ki, ermənilər atasına sənətdə çox mane olublar:
“Atam sənətə gələndən sonra kamança alətinin çalğı üslubunu tamamilə dəyişdi. Ermənilərin hər zaman çaldığı o kamanın üslubunu dəyişərək öz üslubuna saldı. Artıq onların çalğısı Habil kaman çalğısının yanında bir heçə çevrildi. Ermənilər onun kamançasına müdaxilə etməyə, ona sənətdə mane olmağa, incitməyə çox çalışdılar, amma buna nail ola bilmədilər. Çünki mənim atamın ürəyi ifa edirdi. Onun çalğısı, ifası kamançanı çalan ermənilərdən çox-çox fərqli idi. Erməni ifaçıları kaman çalır, kaman ifa edirdilər, amma mənim atamın ürəyi ifa edirdi. Sanki kaman ağlayırdı.. Onu ağladan da Habilin kamanı oldu. Ermənilər atamı məyus etməyə çox çalışdılar, amma ona gücləri çatmadı. Yenə də mənim atam qalib oldu. Biz musiqimizdə də onlara qalib gəldik” deyə sənətkarın qızı bildirib.
Vəfa xanım deyir ki, atası övladlarına qarşı çox tələbkar olub və daim məsləhətlər verib:
“Biz ailədə 3 bacı, bir qardaşıq. Üçümüz də həkimik, Rəvan hüquqşünasdır. Atam istəyirdi ki, xalqa layiq övladlar olaq. O deyirdi ki, mən həkim olsaydım o sahədə də yüksək səviyyədə olardım. Bizə məsləhət verib deyirdi ki, əgər bir sahəyə yiyələnirsinizsə, onun ən yaxşısı olmalısız. Xalqa, vətənə sadiq olmağı hər dəfə dönə-dönə tapşırırdı. O sevmirdi ki, insan yalana, başqa fırıldaq işlərə əl atsın, işindən kənar məsələlərə qoşulsun. Düzgünlüyü, dürüstlüyü, halallığı bizə atamız aşılayıb. Çünki bizim evimizə hər zaman halal pul girib. Mənim atam övladlarını zəhmətinin halal pulu ilə yetişdirmişdi, bizə də onu tövsiyyə edirdi. Hər birimiz də öz sahəmizdə bu şəkildə işləyirik. Bizi tanıyanlar da bilir ki, öz sahəmiz üzrə heç bir kənar hərəkətimiz, addımımız ola bilməz. Biz düzgün şəkildə vətənimizə, xalqımıza xidmət göstəririk” deyə o bildirib.
Vəfa xanım atasının pedaqoji fəaliyyətlə məşğul olmamağının səbəblərindən də danışıb:
“Atam tələbə yetişdirməsə də özünüz görürsünüz ki, bütün kamança ifaçıları onun yolu ilə çalır. Mənim atamın tələbə yetişdirməməyinin, pedaqoji fəaliyyətlə məşğul olmamağının yalnız bir səbəbi var. O bir az səbrsiz adam idi. Ustad müəllimdə bir az səbr olmalıdır. Bir də o deyirdi ki, mən segahı bu gün bir cür ifa edirəm, sabah onu başqa cür ifa edirəm. Mən tələbəyə bu gün bir cür, sabah başqa cür öyrədə bilmərəm. Bu improvizasiya daxildən gələn bir bacarıq idi. Atam musiqiyə yeniliklər gətirirdi deyə ona görə tələbə hazırlaya bilmirdi” deyə o bildirib.
Vəfa Əliyeva bildirib ki, atasının əsas kamançası onun nəvəsindədir:
“Atamın bir neçə kamançası olub. Əsas ifa etdiyi kamança oğlum Bəhruzdadır. Çünki Bəhruz bir hobbi kimi skripkada ifa edir. Atam bilirdi ki, Bəhruz onun kamançalarından birini istəyir. Elə öz kamançasını atam rəhmətə gedəndən sonra anam Bəhruzə bağışladı. Bir kamançası da var ki, qızıl, sədəf, brilliant qaşlarla bəzədilib. O da hazırda atamın ev muzeyindədir. Əsas ifa etdiyi kamançası Bəhruzdadır. Bəhruz da onu göz bəbəyi, canı kimi qoruyur” deyə sənətkarın övladı bildirib.
Vəfa xanım onu narahat edən bəzi məsələlərdən də danışıb:
“Atamın büstü hələ də Beynəlxalq Muğam Mərkəzində foyedə qoyulmayıb. Bu məni həqiqətən də narahat edir. Tək məni deyil, onun dörd övladının dördünü də narahat edir. Orada bütün muğam ifaçılarının, musiqiçilərin büstü qoyulub, amma atamınkından başqa. Azərbaycan muğam sənətində mənim atamın çox böyük zəhməti olub, çox işlər görüb. Kamança alətini dünyada tanıdıb. Bunu Azərbaycan rəhbərliyi də bilir və hər zaman onu qiymətləndirib. Bu gün büstün olmaması məni çox narahat edir. Məni çox qorxudur. Düşünürəm ki, mənim atam artıq yaddanmı çıxdı? Ulu Öndər Heydər Əliyev, cənab prezidentimiz İlham Əliyev, Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyeva atama sağlığında bütün ordenləri, mükafatları, fərdi təqaüdləri və fəxri adları vermişdilər. Amma düşünürəm ki, mən birdən dara düşsəm, bir problemim olsa görəsən bu gün nəzərə alarlarmı bu Habil Əliyevin övladıdır? Ona bu işdə güzəşt olunsun və s. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Sadəcə olaraq bu laqeyd münasibət məni hərdənbir qorxudur. Məni ən çox düşündürən və narahat edən bu sualdır. Bütün bu problemlər zamanında rəhmətlik anamı da narahat edirdi. Niyə də etməsin? Atamın yaşadığı binada bir barelyefi yoxdur. Elə bir yerdə adına küçə verilib ki, heç tanınmır. Biz heç bilmirik ki, ora haradır? Yenə də sağ olsunlar veriblər. Mən çox istərdim ki, mərkəzi küçələrdən birinə atamın adı verilsin. Amma Muğam Mərkəzində atamın büstünün qoyulması onun haqqıdır. 2015-ci ildə bu insan rəhmətə gedib. Onun üstündən 10 il keçir. Anam zamanında Mədəniyyət Nazirliyinə, Muğam Mərkəzinə müraciət etsə də, hər kəs “bizlik deyil” deyib boyun qaçırdı. Çox istərdik bunun səbəbini bilək. Hər kəs problemi bir-birinin üstünə atır. Atam kimi böyük sənətkarları yaddan çıxartmaq olmaz. Gələcək nəslin onları tanıması vacibdir” deyə Vəfa Əliyeva bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu məsələdə İranda ciddi narahatlığın olduğunu müşahidə edirik" - ŞƏRH
Bu gün, 01:48
Müğənni Rəqsanə İsmayılova xərçəng xəstəsi imiş... - qızı AÇIQLADI
Bu gün, 01:42
“Azneft” İstehsalat Birliyi cərimələnə bilər
Dünən, 18:05
Fətulla Mustafayev NQS işçilərindən pul yığır – Hüquq müdafiəçisi
Dünən, 18:00
Avropa Rusiyaya qarşı əlavə sanksiyalar haqqında düşünür
Dünən, 17:58
Paşinyan Qarabağ klanına qarşı HƏRƏKƏTƏ KEÇİR
Dünən, 17:52
“Dağ boyda qardaşı torpağa şəhid verdim ki, kimsə gəlib...” - Şəhid qardaşından ETİRAZ
Dünən, 17:46
Pezeşkian və Paşinyandan Əliyevin təklifinə dəstək: - Hazırıq
Dünən, 17:42
Rəqsanənin səhhətində problemlər var – Vəkil
Dünən, 17:39
AZƏRİQAZ LƏĞV OLUNUR? - NHMT-dan MÜHÜM ARAYIŞ
Dünən, 17:37
Ruslar bizi HARDAN... HARAMIZDAN vura bilərlər... - DİQQƏT!
Dünən, 17:33
Şərurlu İsfandiyar işi dayandırdı: Min nəfər işsiz qaldı - TƏFƏRRÜAT
Dünən, 17:13
"Onları Şəhidlər xiyabanında dirəyə bağlamaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:05
Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək - Tramp
Dünən, 17:01
Krımın Ukrayna qaytarılması və Ukraynanın NATO-ya üzv olması mümkün deyil - ABŞ lideri
Dünən, 16:54
Ukrayna çoxlu ərazi qazanacaq - Tramp
Dünən, 16:49
İranı həyəcanlandıran siyahı: düşmənin dövlət sirri ələ keçdi – Tək şərt var
Dünən, 16:41
Müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayətinə baxılacaq
Dünən, 16:37
Şair Məmməd İsmayıl vəfat edib
Dünən, 16:36
Daha bir əməliyyat rəzaləti: Xəstənin çılpaq görüntüləri yayıldı - VİDEO
Dünən, 15:35
Sülh göyərçinləri uçurdan bir dövlət kimi görünməkdənsə, güclü olmağın tərəfdarıyam - Tural Abbaslı
Dünən, 15:29
“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI
Dünən, 15:27
Bakıda cütlük nişan günü ayrıldı - Film kimi məhkəmə
Dünən, 15:19
İmamoğlu həbsxanadan MÜSAHİBƏ VERDİ: - Onun prezidentliyə namizədliyini DƏSTƏKLƏDİ
Dünən, 15:13
Ukrayna qüvvələri Rusiyanın yanacaq qatarını məhv edib
Dünən, 15:04
Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR
Dünən, 14:56
Netanyahu Avstraliyanın Baş nazirini zəif siyasətçi adlandırıb
Dünən, 14:50
Üçüncü qüvvələrin sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız aradan qaldırılmalıdır - İran Prezidenti
Dünən, 14:45
Gəncədə dayısı və arvadını bıçaqlamaqda təqsirləndirilən şəxs 19 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 13:38
Ağ Evdə Ukrayna müzakirələri: - "Mən hamını sevirəm, rusları da"
Dünən, 13:00
Azərbaycan Fransaya neft satışını bərpa edib – Ölkələrin siyahısı
Dünən, 12:58
Tramp həmin görüşdə Azərbaycandan danışdı - “Armİnfo”
Dünən, 12:55
“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər
Dünən, 12:51
İnstaqramda özünü kanal rəhbəri kimi təqdim edən şəxs həbs edilib
Dünən, 12:47
Rusiya-Ukrayna SAVAŞI DAVAM EDƏCƏK... - Görünəni odur ki...
Dünən, 12:42
"Onlara “dur” deyən yoxdur..." - NARAZILIQ VAR...
Dünən, 12:38
Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı - NƏ BAŞ VERİR?
Dünən, 12:30
Nazirlik mindən çox mənzilin qiymətini bu şirkətlə müəyyən edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 12:27
Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb - “Ura.ru”
Dünən, 12:24
İrəvan və Bakı arasında imzalanan sənədlər sülh sazişinin əsasını təşkil edə bilər - MDB-nin Baş katibi
Dünən, 12:22
Qaz keçir... sərfiyyat qeydə alınmır və belədə qaz itkisi yaranır - DÖVLƏTİN SƏRVƏTİ BELƏ TALANIR...
Dünən, 12:14
Əsas "nüvə"si AFFA-da təmsil olunan "Azərlotereya" yenə Premyer Liqaya "çökdü" - “Misli” futbolumuza nə verib, nə alır?
Dünən, 12:07
ABŞ-nin yeni səfirinin Bakıya gəlişi tezləşir - Gözlənti
Dünən, 11:58
Ermənistan ordusunda kütləvi ixtisarlar başlayıb – “Hraparak”
Dünən, 11:55
Yetərsay çatmadı, bir qurumun 2 tenderi - LƏĞV OLUNDU
Dünən, 11:25
Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır - İLGİNC FAKTLAR...
Dünən, 11:21
“Elə kişilər var ki, atası onun əvəzinə bir lək soğan əksəydi, daha yaxşı olardı” - ETİRAZ
Dünən, 11:17
Zaman ermənilərin əleyhinə işləyir - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:02
Astarada başçıya söykənən ÖZBAŞINALIQ... - İTTİHAM VAR...
Dünən, 11:00
Laricani “batan İran gəmisini” xilas edə biləcəkmi? - NƏ BAŞ VERİR?
Dünən, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru