Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

ƏMƏKDAR ARTİST OD PÜSKÜRDÜ
Tarix: 28-09-2012, 12:10 | Çap et
ƏMƏKDAR ARTİST OD PÜSKÜRDÜ

“AZƏRBAYCAN CENNİFER LOPEZ SƏVİYYƏDƏ MÜĞƏNNİLƏRLƏ DOLUDUR”

“Üç yerdə işləyirəm, amma aldığım maaş maşınımın benzin puluna çatmır”

Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynovanın APA-ya müsahibəsi

- Azərbaycan muğam sənətinin bugünkü vəziyyəti haqqında fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, bu gün “Azərbaycan muğamı inkişaf edir” fikri ilə razılaşmaq mümkündürmü?

- Əlbəttə, səmimi deyim ki, bu gün Azərbaycanda muğama diqqət və qayğı dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə bu gün muğama xüsusi diqqət var. Sözsüz ki, dövlət rəhbərliyi ümumi muğam ifaçılarına xüsusi təqaüd ayrılması, ev verilməsi ilə bağlı ümumi qərar verir. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycanın milli dəyərlərinə, ənənələrinə sadiq qalaraq, əsasən də bizim klassik sıralarda sadalanan aşıq sənəti, muğam sənəti, folklor ənənələrinə xüsusi diqqət yetirirlər. Azərbaycan muğamı UNESCO-nun maddi-mədəni irs siyahısına daxil olunub. Müsəlmanların dünyada sıxışdırıldığı bir vaxtda Avropanın mərkəzində bu cür işlər görmək, mədəniyyətimizi təbliğ etmək böyük bir uğurdur. Bu da bir müharibədir, mədəniyyətin müharibəsi... Mədəniyyətin müharibəsi isə bəşəriyyətdə uğur və qalib gəlmək üçün vacib şərtdir. Bəşəriyyəti çox çətin maneələrdən xilas edən yeganə bir şey varsa, o da mədəniyyətdir.

Dövlətimizin xüsusi diqqəti sözsüz ki, təqdirəlayiqdir. Amma yerdə qalan icraçılar görək, onlar bunu sona kimi icra edib, yerinə yetirirlərmi? Yox. Yetirsəydilər, mən də hamı kimi prezident tərəfindən tətbiq olunan, Heydər Əliyev Fondunun milli ifaçılar üçün verdiyi mükafatlardan alardım, amma almıram. Mən şou adamı, restoranlarda, toylarda sənətimi ucuz satan müğənnilərdən deyiləm. Özümə və sənətimə sonsuz hörmət edirəm.

- Söylədiyiniz mükafatlarla bağlı müvafiq müraciətləriniz olubmu?

- Niyə müraciət etməliyəm? Məgər mən gürcüyə, rusa, erməniyə xidmət edirəm? Mən Azərbaycan mədəniyyətinə xidmət edirəm. Özü də çıxış etdiyim Azərbaycan Qədim Musiqi Alətləri Ansamblı 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiqlənib, dövlət statusu verilib, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin tərkibinə daxil edilmiş ən sanballı, ən sevimli, unikal, bütün dünyaya çıxarılıb göstərilə biləcək və fəxr ediləcək bir ansambldır. O ansambl yaranan gündən bu günə kimi bu ansamblın solisti işləyirəm. Dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini o ansamblla birgə göstərmişəm. Bu, mənim peşəm və işimdir, mən öz işimi sevirəm və mən bundan zövq alıram. Sözsüz, ailəmdən, övladlarımdan, dostlarımdan da zövq alıram. Bütün bu şeylərə rəğmən, bu zamana kimi gedib kiminsə qapısını döyüm, kimdənsə nəyisə xahiş edim – belə şeylər xarakterimə ziddir. Mən bunu etməmişəm və etməyəcəyəm də. Məgər əməkdar artist fəxri adını alanda kiminsə qapısını döymüşdüm? Mənə əməkdar artist adını çox gec verdilər, amma yenə də Əbülfəs Qarayevə çox böyük təşəkkür edirəm. Əbülfəs müəllim nazir kürsüsünə keçdikdən sonra mənə əməkdar artist fəxri adı verildi. Düşünürəm ki, yaxın zamanlarda diqqətdən kənarda qalmayacağam.

Həyatda insanın övlada olan sevgisi heç bir hisslə əvəz oluna bilməz. Mən çox xoşbəxt həyat yoldaşı, ana və nənəyəm. Qızımın uşağı dünyaya gəlib və hara getməyimdən asılı olmayaraq evə getməyə tələsirəm. Elə bilirəm ondan uzaq düşsəm ölərəm.

- Hər bir xanım xanəndə üçün Leyli obrazında çıxış etmək ən böyük arzular sırasında olur. Bəs siz niyə heç zaman Akademik Opera və Balet Teatrının səhnəsinə çıxmamısınız və Leyli rolunu oynamamısınız?

- Mənə artist deyiləndə çox acığıma gəlir və hər zaman deyirəm ki, mən bu sənətdə artist yox, bu sənətin ziyalısıyam. Bu gün hər birimiz yalnız evimizin içində özümüzük. Mən Naxçıvanda bütün rayonlardan gələn uşaqların arasından seçilərək Bakıya gəlib Maestro Niyazinin sədrlik etdiyi, Şövkət Ələkbərova, Rauf Adıgözəlov, Arif Babayev, Sara Qədimova, Canəli Əkbərov və digərlərinin üzvü olduğu münsiflər heyətinin qarşısında çıxış etdim və uğur qazandım. Bu, artıq böyük bir mükafatın başlanğıcı idi. Xatırlayıram, Niyazi mənim başıma sığal çəkib Şövkət Ələkbərovaya “səhnəmizin gələcək Leylisi hazırdır, baxın bunun boyuna, simasına, saçlarına, görkəminə - bundan gözəl Leyli ola bilərmi?” dedi. Niyazi nə biləydi ki, dövr və zaman gələcək, Leylinin daxili dünyasına, mənəviyyatına uyğun gəlməyən Leylilər peyda olacaq, amma Leyli roluna Maestro Niyazi tərəfindən layiq bilinən Nuriyyə Hüseynovanın ayağı heç zaman Opera və Balet Teatrına dəyməyəcək, heç qapısından da içəri girməyəcək. Nuriyyə Hüseynova ona görə Leyli oynamadı ki, heç zaman hansısa dövlət məmurunun və ya vəzifəli şəxslərin qarşısında saatlarla boynunu büküb qadınlıq qürurunu aşağı sala biləcək bir hərəkət etmədi, əsl Azərbaycan qadınına məxsus adət-ənənələri bu günədək qoruyub saxladı. Hətta öz tələbələrinə də bunları aşılayıram. Mən heç zaman Leyli oynamaqdan ötəri hansısa insanın qapısını döymədim, heç kimə yalvarmadım. Gərək bu arzumu reallaşdırmaq üçün 10 dəfə gedəydim kimlərinsə qapısına, yalvaraydım, ən azından Opera və Balet Teatrının direktoruna müraciət edəydim ki, qurban olum, başınıza dönüm, icazə verin mən də Leylini oynayım. Bunu mən öz adıma və qadın qüruruma sığışdırmıram. Artıq Leylini oynamaq vaxtı keçdi, mən Leyli oynaya bilmərəm. Leylini oynamaq üçün bizim səhnəmizə 22, 23 yaşında yaraşıqlı, gənc və istedadlı qızlar gəlir. Hər halda, ortalıqda idim, tanınırdım, iynə deyildim ki, məni görən olmasın. Mən əgər bir işi bacarıramsa, o yükün altına girirəmsə, alnıaçıq çıxıram. Bu gün hər kimsə qolumdan tutub mənə güclə “sən Ərəbzəngi oynamalısan” desə, mən bunu oynaya bilmərəm. Onu mənə milyonlar da versələr, yenə oynaya bilmərəm, çünki mən daxilən Ərəbzəngi deyiləm.

- Axı bu gün 50 yaşında da Leylimiz var...

- Vaxt-dövr gəlirsə, o getməlidir. Özü də insan üzü sulu, zamanında getməlidir. 42-43 yaşında Leyli olmaz. Leylinin öz yaşı var. Leyli 22-23 yaşında sevib, bu yaşında Leyli obrazını yaratmaq tamam başqa bir şeydir.

- O zaman siz Nəzakət Teymurova, Gülyaz Məmmədova və digərlərinin Leyli oynamasının əleyhinəsiniz...

- Onlar özü bilər, bu mənim şəxsi fikrimdir. Əslində sizə bir şey də deyim, mən yaşda olan sənətkarlar səhnədən uzaqlaşdırılır, bunun əleyhinəyəm. İnsan yaşa dolduqca kamilləşir, müdrikləşir. Kamil dövründə sənət də kamilləşir. Bu o demək deyil ki, insanın bir az saçı ağarır, bir az yaşa dolur deyə səhnədən uzaqlaşdırılmalıdır. Sənətkar ki səhnədən uzaqlaşdırıldı, demək, o artıq yaşamır. Bu sənət sanki bir balığın suda olmasıdır. Onu məhv etmək üçün sudan çıxart və at səhraya, nəticə göz önündə olacaq. Sənət də, sənətkar da belədir. Sənətkar ürəyi çox həssas, kövrəkdir.

Şou-biznes deyəndə mənim gülməyim gəlir. Şou nədir, biznes nədir. Biri var səviyyəli musiqi, biri də var insanları toylarda, şənliklərdə əyləndirmək məqsədi daşıyan musiqilər. Bunlar tamamilə fərqli şeylərdir və bunları qarışdırmaq olmaz. İnsan öz işini, peşəsini sevirsə, inkişaf edəcək. Düzdür, kömək də lazımdır, köməksiz çox çətindir. İnsanın bu gün irəli getməsi, nəsə qazanması üçün maliyyə məsələləri çox önəmlidir. Çox gözəl səsin ola bilər, amma onu üzə çıxarmaq üçün maliyyə mütləqdir. Adicə mahnının oranjimanı 500 manatdan başlayır. Həqiqətən də bu gün çox çətin zəmanədir. Kimin kimisə ola bilər, mənim Allahdan başqa bir kimsəm yoxdur.

- Maliyyədən söz düşmüşkən, Bülbül adına Musiqi Məktəbindən, Mədəniyyət və İncəsənət Universitetindən və Qədim Musiqi Alətləri Ansamblından aldığınız əmək haqqı Sizə yetirmi?

- Aldığım əmək haqqı heç mənim maşınımın benzininə belə bəs etmir. Həftədə üç dəfə həm universitetə, həm Bülbül adına məktəbə gedirəmsə, həftədə də iki dəfə ansamblla məşqim olursa, bunların hamısını, eləcə də tıxacları nəzərə alsaq, maşınımın benzinin pulu deyil. Mən gəncləri öyrətməkdən zövq alıram, həvəslə işləyirəm, onları öyrətmək mənə milyonlara dəyər. Təbii ki, həyat yoldaşımın çox böyük köməyi var. Yəni yalnız onun hesabına böyük danışa bilərik. Maşınımı da mənə yoldaşım alıb. Yaxşı pul qazanmaq üçün gərək restoranlara gedib oxuyasan, mən də bunu etmərəm.

- Siz gənclik illərində olduğu kimi, indi də özünüzü reklam etdirməkdən çəkinirsiniz...

- Mən özümü heç zaman gözə soxmağı bacarmamışam, utancaqlıq var. Bəli, mən bu gün xalq artisti deyiləm, Leylini oynamamışam. Bunlar mənim üçün o qədər vacib, önəmli şeylər deyil. Əslində mən çoxdan xalqın artistiyəm. Sadəcə bir şey qalıb, prezident imza atıb təsdiq eləsin. O qədər xalqın artisti olmayıb, xalqın tanımadığı, sevmədiyi insanlar var ki, bu gün xalq artistidirlər. Elə məclislər olur ki, orda məni xalq artisti kimi təqdim edirlər. Xalqın artisti olmaq xalqın dəyərlərinə sədaqətlə xidmət etmək, xalqın ənənəsini davam etdirmək, təvazökarlıq, səmimilik, sədaqətlilik bir insanda cərəyan edirsə, eyni zamanda gələcək üçün tələbələr yetişdirirsə, o, artıq xalqın artistidir. Mən televiziyadayam, kanallardayam, ifa edirəm, görünürəm, qat-qat üstünəmsə, daha bilmirəm necə olmalıdır. Mütləq kimsə yada salmalı, xatırlatmalıdır, ya necə?.. Bunu giley kimi də qəbul etməsinlər ki, giley edirəm. Sadəcə, düşünürəm ki, ya heç kiminçün olmasın, birdəfəlik götürülsün, ya da yaxşıların hamısı üçün olsun. Bu mənim haqqımdır. Mən Azərbaycan musiqisinə xidmət edirəm, şou adamı deyiləm ki, deyim şou mənə ucuz şöhrət, ucuz reklam, yaxşı da pul gətirir.

- Bu gün Opera və Balet Teatrına başqa bir obraza dəvət olunsanız, gedərsinizmi?

- Yox, getmərəm. Leylinin anası oynamağa o qədər adamlar var ki. Hər bir insan özünü bir ampluada, simada görür. Mənə elə gəlir ki, hələ də tələbəyəm, dərsə gəlmişəm, İslam müəllim gəlib dərs keçəcək. Övladlarımı böyütmüşəm, bunların hamısı həyatımda çox tez baş verib. Bu il oğlum rezidenturaya daxil oldu. Mən buna görə Məleykə Abbaszadəyə xüsusi minnətdarlıq bildirirəm. Çünki oğlum hərbi xidmətdə olarkən rezidenturaya şam işığında hazırlaşdı, hərbi xidmətdə olanlara isə xüsusi güzəştlər oldu. Mən zamanımı boş keçirməmiş və nəyləsə məşğul olmuşam. Övlad böyütmək, ailəni qoruyub-saxlamaq və bütün bunlarla yanaşı, sənəti inkişaf etdirmək asan məsələlər deyil.

- Nuriyyə xanım, niyə Azərbaycan toylarında muğam hələ də qəbul olunmur?

- Çünki Azərbaycan tamaşaçısının səviyyəsi hələ biz istədiyimiz səviyyədə deyil. Adicə baxın, bu gün respublikanın hər yerində gözəl parklar, istirahət məkanları tikilir. Amma bu cür mədəni yerlərdə insanların özünü aparmaq qaydalarına diqqət etmək kifayətdir. Bu gün insanlara nələri edib, nələri etməməyi demək zamanı deyil, bunu insan özü dərk etməlidir. Qadın xeylağı əgər avtomobillə gedə-gedə su şüşəsini yerə atırsa, bu cür insanın hansı zövqü ola bilər? Axı hər kəs şüurlu şəkildə anlamalıdır ki, bunun üçün zibil yeşikləri var. Muğam düşündürücü təsirə malikdir. Toyda 5 dəqiqəlik muğam oxumaq olar, ondan artıq oxusan, gözdən düşəcək.

- Bu yaxınlarda dünyaca məşhur müğənni Cennifer Lopez Bakıda konsert proqramı ilə çıxış etdi. Sizcə, Azərbaycan müğənniləri nə zaman yaxşı pullar müqabilində xarici ölkələrdə konsertlərə dəvət alacaq?

- Azərbaycanda Cennifer Lopez kimi oxuyacaq, o səviyyədə müğənni hara baxsan doludur. Səmimiyyətimə inanın. Səhnə gözəlliyi və gəncliyi sevir. Bizim xanımların hamısında da gözəllik var. Bilirsinizmi, müğənninin dünyaya çıxarılması üçün yüksək səviyyədə menecerin olması lazımdır. Bütün bu şeylərin hamısı külli miqdarda pul tələb edir. Azərbaycanda hələ bu səviyyədə menecer yoxdur. Bu gün Azərbaycanda haraya baxsan, Cenniferin diapazonu kimi diapazon taparsan. Sadəcə, dünyaya çıxarılası menecerimiz yoxdur, nə edək... Əgər Flora Kərimovanın zamanında bu cür meneceri olsaydı, o, indi bütün dünyaya çıxmışdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Bu gün, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Bu gün, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Bu gün, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Bu gün, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Bu gün, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Bu gün, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Bu gün, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Bu gün, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Bu gün, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Bu gün, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Bu gün, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Bu gün, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Bu gün, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Bu gün, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Bu gün, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Bu gün, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Bu gün, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Bu gün, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Bu gün, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Bu gün, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Bu gün, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Bu gün, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Bu gün, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Bu gün, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Bu gün, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Bu gün, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Bu gün, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Bu gün, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Bu gün, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Bu gün, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Bu gün, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Bu gün, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Bu gün, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Bu gün, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Bu gün, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Bu gün, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Bu gün, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Bu gün, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Bu gün, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Bu gün, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Bu gün, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Bu gün, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Bu gün, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Bu gün, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Bu gün, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Bu gün, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Bu gün, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Bu gün, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru