“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                     Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                 

İFLASA UĞRAYAN "ÇAXIR SİYASƏTİ"
Tarix: 8-11-2012, 10:24 | Çap et
İFLASA UĞRAYAN "ÇAXIR SİYASƏTİ"
KTN NƏDƏN ÇAXIRIMIZIN AXIRINA ÇIXDI?

Statistikaya inansaq, hər il Azərbaycanda 500 min dekalitrdən çox şərab, yəni istehsal olunan şərabın 70%-dən çoxu satılmamış qalır. Məsələn, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə respublikada 693 min dekalitr əmtəəlik, yəni satış üçün şərab istehsal edilib. Ölkə daxilində istehlak edilən və ya xaricə göndərilən şərab məhsullarının həcmi isə bundan xeyli aşağı olub: Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Azərbaycanda yaşı 15-dən yuxarılar arasında adambaşına çaxır istehlakı ildə cəmi 0,03 litrə bərabərdir. Yəni DST də bizdə ənənvi olaraq arağa üstünlük verildiyini və bu hesabla, ölkənin yaşı 15-dən yuxarı olan 7 milyon vətəndaşının toplam şərab istehlakı 21 min dekalitrdən artıq olmadığını deyir. Ölkənin şərab ixracı üzrə göstəriciləri də elə böyük deyil, ənənəvi olaraq Azərbaycan şərab məhsullarını MDB-nin üç slavyan ölkəsində satır - 2011-ci ildə Rusiyaya təxminən 150 min dekalitr şərab və üzüm çaxırının distilləsindən alınan digər məhsullar göndərilib. 2011-ci ildə Belarusa Azərbaycandan 4 min dekalitr, Ukraynaya isə 14 min dekalitrə qədər şərab və digər şərab məhsulları yola salınıb. Yəni istehlakla ixracat birlikdə 190 min dekalitri keçmir.

O biri tərəfdən isə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı (BİŞT) bu il şərab bazarının ciddi böhran yaşadığını vurğulayır. BİŞT baş direktoru Federiko Kastelluççi bunu ilk növbədə Fransa və İtaliyada havaların pis keçməsi ilə əlaqələndirir. Onun sözlərinə görə, 2012-ci ildi qlobal səviyyədə alkoqollu içkilər istehsalı 6,1 faiz azalaraq 1975-ci il səviyyəsinə düşəcək: “Gözlənilir ki, ilin sonuna kimi dünya üzrə çəkiləcək şərabın həcmi 243,5 milyon hektolitrdən 252,9 milliona hektolitrə qədər dəyişəcək. Bu son 37 il üzrə ən aşağı göstəricidir”,- deyə Kastelluççi vurğulayıb.

Xatırladaq ki, 2011-ci ildə dünya üzrə şərab istehsalı 264,2 milyon hektolitr olub. Beləliklə, dünya üzrə şərab istehsalı təxminən 12 milyon hektolitr, yəni 120 milyon dekalitr az olacaq. Bu da Fransa, İtaliya və İspaniya kimi iri şərabçılıq ölkələrində şərabın topdansatış qiymətlərini 20 faizə qədər qaldırıb. Beləliklə, Azərbaycan yaranmış bu fürsətdən yararlanaraq, nisbətən ucuz qiymətlərlə son bir neçə ildə yığılmış milyonlarla dekalitr şərab məhsullarını bəzi yeni bazarlara yeridə bilər. Bu, ən azından nəzəri cəhətdən belə görünür.

Ancaq Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təmsilçiləri ilə söhbət zamanı praktikada bunu həyata keçirməyin çox çətin olduğu anlaşılır. KTN bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev dünya bazarında heç bir qıtlığın olmayacağını bildiririr: “Bunlar hamısı boş söhbətlərdir, əsas məqsəd əllərində yığılmış qalığı satmaqdır. İtaliya, İspaniya və Fransa hər il on milyonlarla dekalitr artıq şərab istehsal edir və satmağa yer tapmır. Onlar qalıq şərabı on il satsalar da bitməz. Yer axtarırlar şərab satmağa - Afrikadan belə bazarları öyrənirlər”.

KTN təmsilçisinin bu sözlərini qərb bazarlarınada son 8 ildə baş verən proseslər də təsdiqləyir. Məsələ bundadır ki, 2004-2010-cu illər arasında dünya şərabçılıq sənayesi təklif artıqlığı ilə mübarizə aparıb. Bu, 2004-ci ildən başlayaraq, ardıcıl bir neçə il bol məhsul yığılması, həmçinin 2008-ci ildən sonra dünya böhranı səbəbindən şərab istehlakının azalması ilə bağlıdır. Yəni əgər 2001-2003-cü illər üzrə dünyadakı şərab istehsalının orta toplam göstəricisi 2658 milyon dektalitr olubsa, 2004-cü ildə bu, 3019 milyon dektalitrə qalxıb, yəni bir ildə şərab istehsalı 361 milyon dekalitr artıb. 2005-ci ildə isə 2862 milyon dekalitr şərab istehsal edilib ki, bu da əvvəlki illərin orta göstəricisindən 204 milyon dekalitr artıq deməkdir. Yəni təkcə iki il ərzində 565 milyon dekalitr qalıq şərab toplanıb. Beləliklə, sırf bazar konyukturasına görə, Azərbaycan şərabının Avropa bazarlarına girməsi çətindir.

Bir çox ekspertlər Azərbaycan üçün ən əlverşili bazar olaraq Rusiyanı görürlər və bunlar əsasən sovet keçmişində bu müttəfiq respublikaya göndərilən çaxır vaqonlarının xatirəsini unutmayıblar. Həmin illərdə Azərbaycan SSRİ-nin ən iri şərabçılıq respublikalarından birin çevrilmişdi. Qorbaçovun “quru qanunu” ilə bağlı Azərbaycanda üzümlüklərin qırılmasından azacıq əvvəl 1984-cü ildə respublikada 2,1 mln. ton üzüm yığılmışdı və həmin illərdə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab, 1,4 mln dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. Azərbaycanın toplam gücü 1,8 milyon ton olan 181 şərab zavodu əsasən Rusiya bazarı üçün işləyirdi.

1985-ci ildə Rusiyanın şərab qablaşırma zavodlarının toplam gücü 120 milyon dekalitr idi ki, bunun 45-50 milyon dekalitri məhz Moldova, Azərbaycan və Orta Asiyanın hesabına təmin edilirdi. Azərbaycan çaxır materialı əsasən Ural, Uzaq Şərq, Sibir, Volqa boyu və Şimal iqtisadi zonalarında yerləşən şərabqablaşdırma zavaodlarına aparılırdı. Amma SSRİ dağıldıqdan sonra Rusiyanın şərab bazarının həcmi sürətlə aşağı düşməyə başladı. Moskva nəqliyyat xərclərinin bahalı olmasını irəli sürərək Sibir, Ural və Uzaq Şərqdə yerləşən şərab zavodlarına çaxır materialı almadı və beləliklə, bu ölkənin şərab zavodlarının 70%-i boşdayanmadan sıradan çıxdı. Aparılan siyasət nəticəsində Rusiya vətəndaşlarının şərab istehlakı da aşağı düşdü və hazırda orta hesabla adamdaşına 4 litrdən çox deyil. Müqayisə üçün deyək ki, bu, Fransanın göstəricisindən 20 dəfə aşağıdır - aparılan güclü təbliğat nəticəsində ruslar indi daha çox pivəyə və arağa üstünlük verirlər. Hazırda Rusiyanın şərab bazarının ümumi həcmi 50 milyon dekalitrdən çox deyil, yəni SSRİ dövrü ilə müqayisədə 2,4 dəfə azalma var.

Buna paralel olaraq, Moskva MDB-nin digər respublikalarından idxal edilən şərab məhsullarını da azaltmağa başlayıb. Məsələn, 1997-ci ildə Rusiya MDB respublikalarından 34,5 milyon dekalitr şərab idxal edibsə, 1999-cu ildə bu, 14,3 milyon dekalitrə, 2000-ci ildə isə 10,7 milyon dekalitrə düşüb. Hazırda Rusiya daxili bazarı əsasən öz şərab məhsulları ilə təmin etməyə çalışır və Azərbaycan bu bazarda 0,5%-dan da az paya malikdir.

Elə bu səbəbdəndir ki, Sabir Vəliyev Azərbaycanın şərabçılıq sektoru üçün perspektivli MDB bazarları kimi Belarusun və Ukraynanın olduğunu vurğulayır. Və KTN təmsilçisi dediklərində haqlıdır. Ukraynanın şərab bazarının indiki durumunu analiz etdikdə Azərbacana ənənəvi olaraq dostluq nümayiş etdirən bu ölkədə böyük satış potensialının olduğunu görmək mümkündür. Məsələ bundadır ki, 2008-ci ildə baş vermiş dünya böhranı bu ölkədə şərab istehlakını iki dəfəyə qədər salıb.

Ukrayna Üzümçüləri və Şərabçıları Assosasiyasının direktoru Sergey Mixaleçkonun sözlərinə görə, böhrandan əvvəl Ukraynada adambaşına 6-6,5 litr şərab istehlak edilirdisə, hazırda bu rəqəm 3 litrə düşüb. “Şərab həmişə ölkə əhalisinin maliyyə durumunun göstəricisi olub” deyən Mixaleçko dolayısı ilə bu ölkədə iqtisadi durum düzəldikcə şərab bazarının daha 15 milyon dekalitr artacağını bildirir. Eyni özləri böhrandan əvvəl adambaşına şərab istehlakı 21 litr olan Belarus barədə də demək olar. Bu ölkədə də böhran nəticəsində şərab istehlakı bir neçə milyon dekalitr azalıb. Yəni Azərbaycanın ənənəvi dostu olan hər iki slavyan ölkəsində bazar tələbatı getdikcə artmaqdadır və Azərbaycanın şərab zavodları bundan yararlanaraq satış arealını genişləndirə bilər.

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) aqrar islahatlar üzrə eksperti Vahid Məhərrəmov isə Azərbaycanın şərab zavodlarının satış bazarı kimi yalnız MDB ölkələri ilə kifayətlənməsini doğru saymır: “Gürcüstanın yolu ilə gedə bilərlər, bir neçə il əvvəl Rusiya Gürcüstanın şərab istehsalçılarını öz bazarından çıxardı və onlar Avropa bazarlarına üz tutmalı oldular. Almaniyadan xüsusi mütəxəssislər gətirdilər və öz məhsullarını Avropa bazarlarının standartlarına uyğunlaşdırdılar. Bunu bizimkilər də etməlidir”.

Vahid Məhərrəmov Azərbaycanda üzümçülük və şərabçılıq üzrə təkcə mütəxəssislərin deyil, ixtisaslı fəhlə kadrlarının da hazırlanmasının vacibliyini vurğulayır: “İspaniya, Fransa və İtaliya ona görə ucuz və keyfiyyətli məhsul istehsal edir ki, onların kadrları var, artıq üzümü becərməyə və yığmağa başlayandan texnologiyaya əməl edirlər”.

İTM təmsilçisi Azərbaycan üzümçülərinin diqqət yetirməli əsas istiqamətlərdən birinin də daxili bazar olduğunu vurğulayır. Onun sözlərinə görə, adambaşına hər il normativə görə, 12 kiloqram üzüm istehlak edilməlidir: “Buraya şərabdan tutmuş, üzüm şirəsinə, bəhməzə, kişmişə, mürəbbələrə qədər çox məhsul daxildir. Bunu nəzərə aldıqda, indi istehsal edilən 120 min ton üzüm yalnız daxili bazar üçün yetərli olar. Yəni üzümçülük müəssisələri alkoqolsuz məhsulların da istehsalını artırmalıdırlar”.

Qeyd edək ki, bu məsələdə mentalitetcə bizə yaxın olan Türkiyənin təcrübəsi xüsusilə maraqlıdır, qardaş ölkədə adambaşına ildə 33,6 kiloqram üzüm istehlak edilir və bunun çoxu alkoqolsuz məhsullardır. Yəni Azərbaycan məişətində də üzüm Türkiyə səviyyəsində istifadə edilsə, daxili bazarın həcmi 300 min tonu keçər və üzüm istehsalında sovet illərinin səviyyəsinə müəyyən qədər yaxınlaşma mümkün olar ki, bu da üzümçülük və şərabçılıq müəssisələrindən xüsusi maketinq siyasəti tələb edir.
Türkiyənin üzümçülük sektorunda üzümün il boyu təzə meyvə kimi istehlakı ağırlıq təşkil edir və bu ölkədən Avstraliya, Almaniya, Küveyt, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Niderland kimi ölkələrə təzə üzüm ixrac edilir. Yəni Azərbaycanda da iri üzüm anbarları tikilə bilər və ölkə iş adamları üçün ənənəvi satış bazarı olan MDB ölkələrini il boyu təzə üzümlə təmin etmək olar. Halbuki, Azərbaycan bazarında belə, mövsümdən kənar dövrlərdə satılan üzüm əsasən Türkiyə və İrandan gətirilmiş olur. \ ans \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48
Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru